Dalga Televiziyasi Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün53
DünənDünən634
Bu həftəBu həftə6489
Bu ayBu ay51188
Bu günə qədərBu günə qədər7421662

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda fəallar İran və Gürcüstan yolunu bağlayıb

Ermənistanda Nkol Paşinyanın tərəfdarları bu gün Gürcüstana və İrana gedən dövlət əhəmiyyətli yolları bağlayıb.

APA-nın "1in.am" saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları N. Paşinyanın baş nazir seçilməsini tələb edirlər. "Bu gün bütün xalqın tələbi birdir: baş nazir bizim liderimiz Nikol Paşinyan olmalıdır. Respublikaçı deputatlar bu həqiqəti anlamalıdır", - deyə Sevanda Gürcüstan yolunu bağlayan fəallardan biri söyləyib.  

İran yolunda da eyni vəziyyət yaranıb. Vayk şəhəri ətrafında yerli sakinlər yük avtomobilləri vasitəsilə yolu kəsib və hökumət əleyhinə şüarlar səsləndirir. Yeniyetmələr yolda futbol və voleybol oynayır. Yollarda kabab çəkənlər də var.

Qeyd edək ki, mayın 1-də Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermə uğursuz nəticələnib. N. Paşinyan 53 səs tələb olunduğu halda, 45 səs toplayıb. Hakimiyyətdəki Respublika Partiyası müxalifətçiyə dəstək verməyib.    

Saytda Axtarış

Son xəbərlər