Dalga Televiziyasi İranda onlarla azərbaycanlı fəal həbs edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1400
DünənDünən3636
Bu həftəBu həftə17281
Bu ayBu ay91518
Bu günə qədərBu günə qədər9233996

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İranda onlarla azərbaycanlı fəal həbs edilib

İranın Azərbaycan vilayətlərində 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Milli Hökumətin yaranmasının 68-ci ildönümü qeyd olunub.

APA-nın “Savalanport”a xəbər saytına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün yerli vaxtla 14:00-16:00 arasında Qoşaçay (Miyandab) şəhərinin Qıcılı kəndində 21 Azər Hərəkatının şəhidlərindən biri olan Xanəli Motiinin məzarı başında anma mərasimi keçirilib. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tədbirə basqın edib və mərasim iştirakçılarına qarşı güc tətbiq edib.

Həbsə alınanların əksəriyyəti Qoşaçay, Marağa və Məlikkəndi (Məlikan) şəhərlərinin sakinləridir. Onlardan 5 nəfərinin ad və soyadları müəyyənləşib. Bunlar Daryuş Əndəlibian, Yusif Muxtari, Cavad Sudbər, Həbib Mənafiazər (hamısı Qoşaçay) və Muxtar (Artan) İbrahimidir (Məlikkəndi). Hazırda həbsə alınan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Saytda Axtarış

Son xəbərlər