Dalga Televiziyasi Gürcüstanın azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün785
DünənDünən957
Bu həftəBu həftə9986
Bu ayBu ay47724
Bu günə qədərBu günə qədər7475058

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub

Gürcüstanın Kaxeti bələdiyyəsinin əsasən azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.

Dalga tv AZƏRTAC-a istinadla xəbər verir ki, kimyəvi zəhərlənmədən 100-ə yaxın qoyun-quzu tələf olub, 200-dən çox heyvan isə zəhərlənib və onların da sağalmaq şansı yoxdur.

Baytar həkimləri həmin heyvanların ətinin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər və onların kəsiminə icazə verilməyib.

Yerli sakinlər və çobanlar bildirirlər ki, heyvanların ölümünə otlaq sahələrinə səpilmiş mənşəyi bilinməyən kimyəvi maddələrdir. Həmin otlaq sahələri iranlı iş adamları tərəfindən alınıb və torpaq mülkiyyətçiləri heyvanların bu ərazilərdə otarılmasına qarşı çıxıblar. Artıq bir neçə aydır ki, iranlı torpaq sahibləri ilə kənd sakinləri arasında münaqişə davam edir.

Yerli əhalinin dediyinə görə, iranlı iş adamları həmin ərazilərə kimyəvi maddələr səpib və bu yolla çobanların həmin otlaq sahələrində heyvan otarmalarının qarşısını almağa çalışırlar.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, nazirliyin kriminalistləri həmin ərazilərdə araşdırma aparıblar.

Saytda Axtarış

Son xəbərlər