Dalga Televiziyasi Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün393
DünənDünən1595
Bu həftəBu həftə6195
Bu ayBu ay50894
Bu günə qədərBu günə qədər7421368

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”

"Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma ana dillərini mütləq qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər".

Bunu Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Marneulidə seçicilərlə keçirdiyi görüşdə deyib.

O, 36 il Fransada yaşadığı dövrdə gürcü dili və mədəniyyətini qoruyub saxladığını bildirib: "Məhz dövlət dilini öyrənəndən sonra mən Fransada yüksək vəzifələrə nail oldum".

S.Zurabişvili vurğulayıb ki, Gürcüstanın hər bir vətəndaşı övladlarının işıqlı gələcəyinin olmasını istəyir: "Gələcəkdə uğur qazanmaq, dövlət qurumlarında təmsil olunmaq üçün və ümumiyyətlə, vətəndaş cəmiyyətinə inteqrasiya üçün dövlət dilini bilmək mütləqdir. Ümid edirəm ki, 6 illik prezidentlik müddətim başa çatandan sonra Marneuliyə gəlib sizlərlə tərcüməçisiz gürcü dilində danışacacağam”.

Prezidentliyə namizəd qeyd edib ki, dövlət milli azlıq nümayəndələrinin gürcü dilində tədrisi məsələsinə xüsusi diqqət ayırmalıdır: "Prezidentliyim dövründə dövlət dilinin milli azlıqlar tərəfindən yaxşı mənimsənilməsi üçün təbliğat işləri aparacağam".

Saytda Axtarış

Son xəbərlər