Dalga Televiziyasi Gürcüstanın Təhsil Nazirliyinin yüksək vəzifəli əməkdaşları istefaya göndərilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1369
DünənDünən634
Bu həftəBu həftə7805
Bu ayBu ay52504
Bu günə qədərBu günə qədər7422978

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın Təhsil Nazirliyinin yüksək vəzifəli əməkdaşları istefaya göndərilib

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bir neçə yüksək vəzifəli əməkdaşı tutduqları vəzifədən azad olunub.

Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, istefaya Nazirliyin Təhsilin Keyfiyyətinin İnkişafı Milli Mərkəzinin direktoru Tamar Sanikidze, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Maya Miminoşvili, Müəllimlərin Peşəkarlığının İnkişafı üzrə Milli Mərkəzin rəhbəri Giorgi Maçabeli və digər şəxslər göndərilib.

Nazir deyib ki, vəzifəsindən azad olunanlar arasında təhsil, elm, mədəniyyət və idman nazirinin müavinləri Liya Gigauri və Temur Murqulia da var.

M.Batiaşvili qeyd edib ki, təhsilin keyfiyyətinin artırılması əsas prioritetlərdən biridir: "Ölkənin inkişafı üçün rəqabətli təhsil sistemi yaradılmalı və bir çox vacib islahatlar həyata keçirilməlidir. Bu proses yeni enerji, yeni baxış və yeni kadr siyasəti tələb edir".

Nazir təhsil sistemində kadr dəyişikliklərinin davam etdiriləcəyini də söyləyib. 

Saytda Axtarış

Son xəbərlər