Dalga Televiziyasi Tbilisi azərbaycanlılarını narahat edən məsələlər şəhər rəhbərliyinin diqqətinə çatdırılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1262
DünənDünən634
Bu həftəBu həftə7698
Bu ayBu ay52397
Bu günə qədərBu günə qədər7422871

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisi azərbaycanlılarını narahat edən məsələlər şəhər rəhbərliyinin diqqətinə çatdırılıb

alt

Gürcüstanın paytaxtı Tbilisi şəhər Sakrebulosunun (şəhər məclisi) sədri Giorgi Tkemaladze Milli azlıqların koordinasiya şurasının üzvləri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə Tbilisidə yaşayan azərbaycanlıları narahat edən bir neçə məsələ şəhər rəhbərliyinin diqqətinə çatdırılıb.


Gürcüstanın Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva bildirib ki, görüşdə Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə bağlı məsələ qaldırılıb: “Teatrla bağlı məsələnin ayrıca görüşdə müzakirə olunması qərara alındı. Bununla yanaşı, Tbilisidə Botanika bağında görkəmli azərbaycanlıların panteonuna aparan yollarda göstərici nişanların quraşdırılması təklif olundu”.


G. Mustafayeva qeyd edib ki, şəhər rəhbərliyinə Tbilisidə Petriaşvili küçəsi 48 ünvanında yaşayan və evlərindən çıxarılma təhlükəsi ilə üzləşmiş beş azərbaycanlı ailənin də vəziyyəti barədə ətraflı məlumat təqdim olunub. 


Tbilisi şəhər Sakrebulosu paytaxtın azərbaycanlı sakinlərini narahat edən məsələləri diqqətdə saxlayacağını bildirib.

 

Saytda Axtarış

Son xəbərlər