Dalga Televiziyasi Qaradağda orta məktəbdə yanğın — 560 nəfər təxliyə edildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün412
DünənDünən1595
Bu həftəBu həftə6214
Bu ayBu ay50913
Bu günə qədərBu günə qədər7421387

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qaradağda orta məktəbdə yanğın — 560 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Saytda Axtarış

Son xəbərlər