Dalga Televiziyasi Gürcüstanın müxalif partiyası Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyini verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2250
DünənDünən3464
Bu həftəBu həftə23142
Bu ayBu ay55395
Bu günə qədərBu günə qədər9602536

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın müxalif partiyası Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyini verib

Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizəd irəli sürüb.
 

APA-nın yerli bürosunun məlumatına görə, partiyanın namizədi uzun illər QHT sektorunda çalışmış Leyla Məmmədovadır.
 

Namizədin rəsmi təqdimatında çıxış edən partiyanın lideri, Gürcüstan parlamentinin keçmiş spikeri David Usupaşvili deyib ki, Leyla Məmmədova uzun illər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib:“Fəxr edirik ki, Leyla Məmmədova bizim sıralarımızdadır. Əminəm ki, o, seçkilərdə qalib gələcək”.   


Qeyd edək ki, Marneuli rayonunda ilk dəfə olaraq icra başçısı vəzifəsinə qadın namizəd irəli sürülüb. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. 

Saytda Axtarış

Son xəbərlər