Dalga Televiziyasi Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1424
DünənDünən3901
Bu həftəBu həftə13088
Bu ayBu ay5325
Bu günə qədərBu günə qədər10022896

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda “Qurani-Kərim” yeni tərtibatda nəşr olunub

Gürcüstan Müsəlmanları İdarəsinin  sifarişi və dəstəyi ilə “Qurani-Kərim”in Azərbaycan və gürcü dillərində tərcüməsi yenidən çap olunub.

APA-nın yerli bürosunun məlumatına əsasən, ötən ilki nəşrdən fərqli olaraq yeni çap olunan kitabların özəlliyi ərəbcə mətnin yer alması və haşiyəsində təcümələrin qeyd olunmasından ibarətdir.

Latın qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Qurani-Kərim”i akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyev, gürcü dilinə isə Rezo Mikeladze tərcümə ediblər.

Qeyd edək ki, ötən il ümumilikdə 3000 nüsxədə Ağabala Mehdiyev və Dürdanə Cəfərlinin tərcümə etdiyi (ərəbcə mətn və izahlı tərcüməsi olan) 1200 səhifədən ibarət “Qurani-Kərim” çap edilərək Gürcüstanda yaşayan müsəlmanlara pulsuz təqdim olunub.

 

Saytda Axtarış

Son xəbərlər