Dalga Televiziyasi Bakıda Ermənistan bayrağı yandırıldı – FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3124
DünənDünən4435
Bu həftəBu həftə7559
Bu ayBu ay81796
Bu günə qədərBu günə qədər9224274

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda Ermənistan bayrağı yandırıldı – FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər".

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələri Laçın rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

"Dalğa TV"nin məlumatına görə, ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyulub, ruhlarına dualar oxunub.

QAT sədri Akif Nağı bildirib ki, Azərbaycan torpaqları yalnız hərbi yolla düşməndən azad oluna bilər:

“Vyana görüşləri bu həqiqəti bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik”.

Sonra aksiya iştirakçıları Ermənistan bayrağını tapdalayıb və yandırıblar.

Saytda Axtarış

Son xəbərlər