Dalga Televiziyasi Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2697
DünənDünən3506
Bu həftəBu həftə6203
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8994891

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır.

Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili olimpiadaya hazırlıq işləri ilə tanış olublar.

Olimpiadanın keçirilməsi üçün Batumidə yeni çoxfunksiyalı idman kompleksi inşa olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş sponsoru olduğu olimpiadada 180 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Azərbaycanı yarışda Qədir Hüseynovun kapitanı olduğu 5 qrossmeysterdən ibarət komanda təmsil edəcək.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək. 

Saytda Axtarış

ახალი ამბები