Dalga Televiziyasi “Meydan” Azərbaycan musiqi qrupu Tbilisidə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə çıxış edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün304
DünənDünən1595
Bu həftəBu həftə6106
Bu ayBu ay50805
Bu günə qədərBu günə qədər7421279

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Meydan” Azərbaycan musiqi qrupu Tbilisidə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirdə çıxış edib

alt

Gürcüstanda Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib. 

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ketevan Tsixelaşvili çıxışında bildirib ki, hər il keçirilən Tolerantlıq Həftəsinin və Tolerantlıq Gününün Gürcüstan üçün xüsusi önəmi var. O deyib: “Tolerantlıq qarşılıqlı hörmət deməkdir. Bu bayram vətəndaşlarımızın hər birinin bərabər olduğunu xatırladır və bu bərabərlik onlara həyatın bütün sahələrində iştirak etmək imkanı yaradır. Bu prosesi daha da sürətləndirmək üçün hər bir vətəndaşın istedadı bizim üçün önəmlidir. Etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın özünü təhlükəsiz hiss etməsi və haqqının qorunması üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”.

Tədbirdə Gürcüstanda yaşayan millətlərin nümayəndələrinin folklor qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.

M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin nəzdində fəaliyyət göstərən “Meydan” musiqi qrupu tədbirdə Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndirib.

Saytda Axtarış

Son xəbərlər