Dalga Televiziyasi Epilepsiyalı qadın relslərin arasına düşdü, qatar üstündən keçdi — Bakı metrosunda qorxulu anlar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1236
DünənDünən2551
Bu həftəBu həftə12261
Bu ayBu ay1236
Bu günə qədərBu günə qədər7818560

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Epilepsiyalı qadın relslərin arasına düşdü, qatar üstündən keçdi — Bakı metrosunda qorxulu anlar

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.

"Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib, - deyə Nəsimi Paşayev bildirib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

İnsidentlə əlaqədar qatarın hərəkətində 5 dəqiqə gecikmə olub. 

Saytda Axtarış

Son xəbərlər