Dalga Televiziyasi Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının 2 ay sonra yola salınması gözlənilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün145
DünənDünən1073
Bu həftəBu həftə1633
Bu ayBu ay50329
Bu günə qədərBu günə qədər7477663

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının 2 ay sonra yola salınması gözlənilir

Bakı-Tbilisi-Qars dəmir yolunun nəqletmə perspektivləri olduqca böyükdür.”
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib. O bildirib ki, dəmir yolu xətti Çin və Avropanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu bütün növ yüklər üçün nəzərdə tutulacaq və artıq Qazaxıstandan Türkiyəyə yük konteynerlərinin daşınması ilə bağlı təkliflər var”.
 

Nazirin sözlərinə görə, dəmir yolu Gürcüstanın limanları üçün rəqib olmayacaq.


“Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının təxminən 2 aydan sonra yola düşməsi gözlənilir: “Türkiyə və Azərbaycandan olan həmkarlarımızla çalışacağıq ki, buna nail olaq. Sərnişinlərə gəlincə, bunun üçün əlavə infrastruktur işləri başa çatdırılmalı və yeni qatarlar alınmalıdır”.

 
Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olublar.

https://youtu.be/apIG8u9LCnY

Saytda Axtarış

Son xəbərlər