Dalga Televiziyasi “İntihar etməyə gedirəm” yazan 10 yaşlı uşağın cəsədi tapılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün165
DünənDünən4048
Bu həftəBu həftə8648
Bu ayBu ay82885
Bu günə qədərBu günə qədər9225363

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“İntihar etməyə gedirəm” yazan 10 yaşlı uşağın cəsədi tapılıb

İyunun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Muğan kanalının Saatlı rayonunun, Qaralar kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralı, nəzarətsiz ərazidə)1 nəfərin batması barədə məlumat daxil olub.

Dalga tv Oxu.Az saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Bu gün 2007-ci il təvəllüdlü, Fərəcov Etibar Ramin oğlunun cəsədi, ”Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:54-də başa çatıb.

Saytda Axtarış

Son xəbərlər