Dalga Televiziyasi SOCAR Gürcüstanda təxirə saldığı 700 mln. dollarlıq layihəni yenidən nəzərdən keçirir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün739
DünənDünən2551
Bu həftəBu həftə11764
Bu ayBu ay739
Bu günə qədərBu günə qədər7818063

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR Gürcüstanda təxirə saldığı 700 mln. dollarlıq layihəni yenidən nəzərdən keçirir

SOCAR Gürcüstanda karbamid zavodunun tikintisi məsələsini yenidən nəzərdən keçirə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən II "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunun ikinci günündə Sumqayıtda tikilən Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov bildirib.
 
"Biz Gürcüstanda karbamid zavodunun tikintisini təxirə saldıq, lakin layihənin reallaşdırılması gündəmdən çıxarılmayıb və biz bu məsələyə perspektivdə qayıda bilərik. Biz Sumqayıtda tikilən zavodun analoqunu Gürcüstanda da tikə bilərik. Nəzərə alınmalıdır ki, bizim bu sahədə artıq təcrübəmiz də var", - deyə X.Cəfərov qeyd edib.

Xatırladaq ki, 2012-ci ilin sentyabr ayının 18-də Gürcüstanın Kulevi şəhərində karbamid zavodunun təməli qoyulub. SOCAR bu layihənin tikintisini Sumqayıtdakı zavodla paralel aparmaq niyyətində idi. Lakin bir müddət sonra açıqlanmayan səbəblərdən ümumi dəyəri 700 mln. dollar investisiya layihəsi təxirə salınıb.

Qeyd edək ki, Kulevidə SOCAR-ın iri neft terminalı fəaliyyət göstərir.
 
Tədbirdə çıxışında zavodun direktoru onu da qeyd edib ki, Sumqayıt Karbamid zavodunda tikinti işlərinin 82%-i başa çatıb: "Layihənin reallaşdırılması çərçivəsində layihələndirmə işlərinin 100%-i, tikinti işlərinin 82%-i başa çatıb. Ümumilikdə, layihənin 95%-i reallaşıb. 2017-ci ilin iyununda zavodun texniki su və elektrik enerjisi ilə təmin olunması üçün müvafiq kommunikasiyalarla təchizatı başa çatacaq ki, bundan sonrakı mərhələ artıq zavodun istismara verilməsidir. 2017-ci ilin dekabr ayında zavodda aparılan mexaniki işlər başa çatacaq".
 
Baş direktor qeyd edib ki, 2018-ci ilin II rübündə zavod istismara verilməsi üçün SOCAR-a təhvil verilərək.

Onun sözlərinə görə, zavodda 300-350 nəfər işə təmin olunacaq.

X.Cəfərov bildirib ki, zavodda il ərzində 650-660 min ton karbamid istehsal olunacaq: "İlkin mərhələdə il ərzində daxili bazara 150 min ton karbamid göndəriləcək. Gələcəkdə bu rəqəm 200 min tona çata bilər. Qalan məhsul isə ixraca yönələcək. Əsas hədəf olan ixrac bazarı Türkiyədir. Bundan başqa, biz məhsulumuzu Gürcüstana, Qara və Aralıq dənizi regionunda yerləşən ölkələrə ixrac etmək niyyətindəyik".
 
Layihənin ümumi dəyərinə gəlincə, baş direktor deyib ki, vergilər nəzərə alınmadan zavodun tikintisi 498 mln. avroya başa gələcək. Layihənin reallaşdırılması üçün 500 mln. avro məbləğində kredit cəlb olunub. "Söhbət Koreyanın İxrac-İdxal bankından (KEXİM) əldə olunan 249 mln. avro və KEXİM-in zəmanəti ilə "UniCredit", "Societe Generale", "Deutche Bank"dan alınan 251 mln. avrodan gedir", - deyə o bildirib.

Saytda Axtarış

Son xəbərlər