Dalga Televiziyasi Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1775
DünənDünən4337
Bu həftəBu həftə15305
Bu ayBu ay45967
Bu günə qədərBu günə qədər8789253

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Tbilisidə keçiriləcək beynəlxalq kommunikasiya forumunda iştirak edəcək

Aprelin 20-21-də Tbilisidə (Gürcüstan) kommunikasiya üzrə "Baltic Weekend" beynəlxalq forumu keçiriləcək. "Report"un "Vestnik Kavkaza" saytına istinadən verdiyi xəbərə görə, tədbirdə

Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya, Niderland, Xorvatiyadan 100-ə yaxın iştirakçı toplaşacaq.

"Tbilisi kommunikasiya bazarının nümayəndələrini, PR, GR, "digital", reklam və marketinq sahəsinin mütəxəsisslərini bir araya toplayacaq", - deyə məlumatda qeyd edilib.

Forumda dünya PR-sənayesinin aktual məsələləri müzakirə ediləcək, iştirakçılar yeni texnologiyalar sahəsində əldə etdikləri bilik və təcrübə ilə bölüşəcəklər, lokal və qlobal səviyyələrdə ictimaiyyətlə əlaqələrin inkişaf perspektivlərini qiymətləndirəcəklər.

"Baltic Weekend" - Mərkəzi və Şərqi Avropada kommunikasiya sahəsində ən iri tədbirlərdən biridir. 

Saytda Axtarış

Son xəbərlər