Dalga Televiziyasi Marneulidə azərbaycanlının evi yandı - Foto
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün656
DünənDünən1983
Bu həftəBu həftə7601
Bu ayBu ay45339
Bu günə qədərBu günə qədər7472673

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə azərbaycanlının evi yandı - Foto

Marneuli şəhəri, Sulxan Seba Orbeliani küçəsində Təzəgül Əliyevaya məxsus fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi sahəsi 86 kv. metr olan ev tamamilə yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğından bir gün sonra hadisə ilə əlaqədar Marneuli rayon icra hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Hazırda Marneuli sakini olan azərbaycanlıya dəyən zərər hesablanır.

Gürcüstan parlamentinə yeni seçilən majoritar deputat Tamaz Naveriani evi yanan ailəyə baş çəkib. O, zərərçəkən ailənin bundan sonra onun tərəfindən kirayə haqqı ödəniləcək evdə yaşayacağı bildirilib. Qeyd edək ki, 3 azyaşlının yaşadığı Əliyevlər ailəsinin sosial vəziyyəti qənaətbəxş deyil.

Saytda Axtarış

Son xəbərlər