Dalga Televiziyasi Gürcüstanda milli valyutanın rəmzi dəfnini təşkil etdilər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün444
DünənDünən2551
Bu həftəBu həftə11469
Bu ayBu ay444
Bu günə qədərBu günə qədər7817768

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda milli valyutanın rəmzi dəfnini təşkil etdilər

 

Gürcüstandakı bir neçə qeyri-hökumət təşkilatı paytaxt Tbilisidə milli valyutanın rəmzi dəfn mərasimini keçiriblər. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Larini yad edirik” adlı aksiya keçmiş baş nazir Bidzina İvanişvilinin evinin qarşısında təşkil edilib. “20 yaşlı lari 2 il sürən ağır xəstəlikdən sonra vəfat edib. Biz bura baş nazirin xalqı aldatdığını demək üçün gəlmişik”, - “Apriori” təşkilatının sədri Beso Şengeliya deyib. 
Aksiya iştirakçılarının əllərində tutduqları tabutun içərisinə üzərində İvanişvilinin təsviri olan milli valyuta əskinazları toplayıblar. Larinin rəmzi dəfni zamanı onlar mövcud böhranda hakimiyyəti təqsirkar adlandırırdılar.

2014-cü ilin noyabrından larinin rəsmi kursu ABŞ dollarına qarşı 26,8 faiz ucuzlaşıb. Martın 29-u üçün 1 ABŞ dolları 2,2242 lari təşkil edib.

Saytda Axtarış

Son xəbərlər