Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

Weather data OK
Bakı
22 °C

Ziyarətçi sayğacı

Bu günBu gün0
DünənDünən1600
Bu həftəBu həftə3199
Bu ayBu ay30282
Bu günə qədərBu günə qədər2786224

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sərhəddə atışma: Əsgər yaralanıb

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb.

DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, bu gün DSX Sərhəd Qoşunlarının sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar.

 

Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə əsgər Kurupov Ramazan Məmməd oğlu xidməti vəzifələrinin icrasında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Gürcüstanın yeni baş nazir və hökuməti təsdiq olunub

Gürcüstan parlamenti bugünkü növbədənkənar iclasında yeni baş nazir Mamuka Baxtadze və hökumətə etimad göstərib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

Qonşu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Çerkezişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri vəzifəsinə isə Nikoloz Qaqua təsdiq olunub.

 

Parlamentin etimad göstərdiyi hökumət müvəqqəti hökumət hesab olunur. Belə ki, ölkə qanunvericiliyinə ediləcək müvafiq düzəlişlərdən sonra nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq.

Baş nazir M. Baxtadze bir neçə həftə ərzində yenilənmiş hökumətin tərkibini təqdim edəcək və parlament bir daha hökumətə etimad göstərməli olacaq. Ölkədə bir neçə nazirliklərin birləşdiriləcəyi gözlənilir. M. Baxtadze yeni hökumətdə bir neçə yeni simanın olacağını bildirib.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili iyunun 13-də istefa verib. İyunun 14-də parlament çoxluğu maliyyə naziri M. Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb

https://youtu.be/0xA99S1QsYo

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Dalga tv Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli  rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.

 

Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.

Gürcüstanda xarici işlər naziri dəyişib

Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub.

APA-nın yerli bürosunun məlumatına görə, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Çerkezişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri isə Nikoloz Qaqua olacaq. Hər üç namizəd hazırda nazir müavinləridir.

Parlament bu həftə ərzində 14 nazirlikdən ibarət yeni hökumətə etimad göstərməlidir. Qanunvericiliyə müvafiq dəyişiklikdən sonra nazirliklərin sayı 11-dək azaldılacaq və parlament 2-3 həftədən sonra hökumətə yenidən etimad göstərməli olacaq.

Qeyd edək ki, bundan əvvəl iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri isə Mamuka Baxtadze olub. M. Baxtadze iyunun 14-də parlament çoxluğu tərəfindən baş nazirliyə namizəd irəli sürülüb.

Gürcüstanda nazirliklərin sayı azaldılır

"Gürcüstanda nazirliklərin sayı 14-dən 11-dək azaldılacaq".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş nazirliyinə namizəd Mamuka Baxtadze bildirib.

M. Baxtadze deyib ki, dəyişikliklər hökumət daxilində struktur dəyişiklikləri çərçivəsində həyata keçiriləcək: "Bu islahat dərhal yerinə yetirilməlidir. Yeni Nazirər Kabinetində bir neçə yeni sima olacaq".

Türkiyənin Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə keçirilir

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.

APA-nın xəbərinə görə, səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.

Səsvermədə iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib ki, bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs verir. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub: "Bu gün ikiqat bayramdır. Həm Ramazanın son günüdür, həm də səsvermə  keçirilir. Bu gün demokratiyanın, millətin öz iradəsinə sahib çıxdığını, azad seçim etdiyini göstərən bir gündür. Bu gün 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir".

E. Özoral qeyd edib ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir. Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə  bu səsvermə prosesi  19-na qədər davam edəcək. Bu gün də burada səsvermə üçün lazımlı tədbirlər görülüb. İndiyə qədər səsvermə çox rahat keçirilir.  Ümid edirəm ki, yekun nəticə vətənə, millətə xeyirli olacaq".

Qeyd edək ki, Türkiyədə prezident  seçkiləri iyunun 24-də keçiriləcək.

Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, K. Tsixelaşvili görüşdə Gürcüstanda yaşayan etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən dövlət proqram və layihələri barədə məlumat verib.

Dövlət naziri Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində milli azlıqlar üçün dövlət proqramları barədə məlumatlandırma kampaniyasına başlandığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı ilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlanıb

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze baş nazir vəzifəsinə namizəd olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın parlament çoxluğunun bugünkü görüşündə qərar qəbul olunub.

Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ötən gün istefa verib.

 

M. Baxtadze 2017-ci ilin noyabrın 13-dən maliyyə naziridir. O, 2013-2017-ci illərdə "Gürcüstan dəmir yolları"SC-nin direktoru olub.

Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı kəndinin sakinləri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, F. Muradov görüş iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Komitə sədri deyib ki, görüşün məqsədi Faxralı kəndinin icması ilə tanış olmaq və yerli sakinləri narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə Faxralı kəndinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak edib. Kəndin ziyalıları görüşdə çıxış edərək kəndin qayğıları və sakinləri narahat edən problemlər barədə danışıblar.

Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb

 

Fuad Murdov  Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlər və parlamentlərarası əlaqələr nəzərdən keçirilib.

Z. Dzidziquri Gürcüstanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd edib.

F. Muradov iki ölkə arasındakı qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Azərbaycan beynəlxalq müstəvidə Gürcüstanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

Komitə sədri Gürcüstan azərbaycanlılarının ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini qeyd edib. O, Gürcüstanın müsəlman icması iıə görüşdüyünü qeyd edərək Gürcüstanda din haqqında qanunun qəbuluna böyük ehtiyac olduğunu deyib.

Görüşdə Gürcüstan azərbaycanlılarını narahat edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Siyasət

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. 25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec...

Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaq

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (https://report.az/axtar%C4%B1%C5%9F/M%C9%99rk%C9%99zi%20Se%C3%A7ki%20Komissiyas%C4%B1/)(MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq. Bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi...

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində,...

Mədəniyyət

Tbilisidə azərbaycanlı gənc rəssamın ilk fərdi sərgisi açılıb

Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində gənc rəssam Fuad Babazadənin ilk fərd sərgisi açılıb. Sərgidə rəssamın 30-a yaxın rəsm əsəri təqdim olunub. F.Babazadə jurnalistlərə müsahibəsində Tbilisidə doğulduğunu və uşaqlıqdan rəssamlığa böyük marağının olduğunu deyib: "Tbilisi İncəsənət Akademiyasını...

Gürcüstanda Nəriman Nərimanova həsr olunan tədbir keçirilib

Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun həyat və yaradıcılığının təbliğinə həsr olunan görüş keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin təşkilatı dəstəyi ilə baş tutub. Görüşdən öncə Nəriman Nərimanovun Bakıdakı Ev Muzeyinin direktoru Kamilə Hüseynova,...

Bu gün dahi Üzeyirin ad günüdür

Bu gün Azərbaycan musiqisinin dahisi sayılan Üzeyir Hacıbəyovun ad günüdür. Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin...

Cəmiyyət

Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda yaşayış binasında güclü yanğın baş verib. Yanğın binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzildə qeydə alınıb. Fövqəladə halların idarə olunması xidmətindən bildirilib ki, yanğın zamanı 20 kv. metr sahə yanıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Təhlükəsizlik baxımından binanın...

Yağışdan sonra - FOTO

Bazar günü səhər saatlarında baş verən və paytaxtın bəzi mərkəzi küçələrini su altında qoyan yağışın fəsadları ilə bağlı məlumatlar gəlməkdə davam edir.  Oxucularımızdan birinin göndərdiyi fotolarda "Gənclik" metrostansiyası yaxınlığındakı istinad divarının uçması aydın görünür.  Hadisə nəticəsində üç avtomobilə ciddi ziyan dəyib.  ...

İnsanların əsas ölüm səbəbi açıqlandı

Spirtli içki qəbuluna görə hər il üç milyona yaxın insan ölür. Bu, QİÇS-ə, zorakılığa və yol qəzalarına görə ölənlərin sayından çoxdur. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.  Məlumat "MedicalXpress"in press-relizində yayımlanıb.  Mütəxəssislərin sözlərinə görə, spirtli içkilər dünyadakı 20 ölüm halından birinin səbəbi...

İqtisadiyyat

SOCAR-da “Azərbaycan nefti” ekspozisiyası açılıb

Bu gün "Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü” ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində "zərbaycan nefti" ekspozisiyasının açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, energetika naziri Perviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə...

SOCAR qazma əməliyyatları üçün nəzərdə tutulan məbləğin bir hissəsini əldə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR (https://report.az/axtar%C4%B1%C5%9F/SOCAR/)) qazma əməliyyatları aparılması üçün dövlət büdcəsindənayrılması nəzərdə tutulan 663,2 mln. manat məbləğin 1/3-ni artıq əldə edib. Bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bu məbləğ "Ümid", "Qarabağ" və "Babək" neft yataqlarında qazma...

Azərbaycan-Gürcüstan sərhədində laboratoriya açılıb

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib.  Gürcüstan bürosunun verdiyi xəbərə görə, tədbirdə Gürcüstanın Maliyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavinləri - Cavad Qasımov və İqbal Babayev, Azərbaycanın...

İdman

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir ilk gerçəkləşib. İkinci yarış günündə qadınların mübarizəsində 52 kq, kişilərdə isə 66 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub. Maraqlıdır ki, hər iki çəkinin qalibi yaponiyalı Abe ailəsinin nümayəndələri olub. Belə ki, kişilərin mübarizəsində Hifumi Abe ardıcıl ikinci...

Batumi 43-cü Ümumdünya Şahmat Olimpiadasına hazırdır

Gürcüstanın Batumi şəhəri sentyabrın 23-də start götürəcək 43-cü Ümumdünya Şahmat Olimpiadasını qəbul etməyə hazırdır. Şahmat Peşəkarları Assosiasiyasının prezidenti Emil Sutovski, FIDE-nin (Beynəlxalq Şahmat Federasiyası) baş direktoru Ceffri Borq, Acarıstan Muxtar Repsublikasının hökumət başçısı Tornike Rijvadze, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri...

Futbolçunu oyun zamanı ildırım vurdu

Almaniyanın Nider-Vizen şəhərinin futbol komandasının qolkiperini matç zamanı ildırım vurub. Hadisə oyunun bitməsinə 10 dəqiqə qalmış baş verib.   Futbolçu xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən, qapıçının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib....

Dünya

Nəhəng balinanın cəsədini dalğalar sahilə vurdu — FOTO

Avstraliyanın Royal Milli Parkının sahillərinə dalğalar nəhəng balinanın cəsədini atıb. Hər gün minlərlə yerli sakin balina cəsədinə tamaşa etmək üçün əraziyə axışır. 18 metr uzunluğu, 40 ton çəkisi olan balinanın ölüm səbəbi araşdırılır. Mütəxəssislər ölü balinanın regiondakı köpək balıqlarının sayını artıracağını ehtimal...

Dünyanın ən təhlükəli şəhərləri məlum oldu

Dünyanın ən təhlükəli şəhərləri məlum olub.  Numbeo araşdırma portalının ekspertləri müvafiq siyahı tərtib ediblər.  Bu il ilk "beşlik"də Karakas (Venesuela), Port-Morsbi (Papua Yeni Qvineya), Fortaleza (Braziliya) və Durban (Cənubi Afrika Respublikası) yer alıb.  327 şəhərin yer aldığı siyahıda Moskva 144-cü yer tutub.  Abu-Dabi (BƏƏ),...

İranda hərbi parad vaxtı terror aktı törədildi — Ölənlərin sayı 24-ə çatdı

İranda hərbi parad zamanı törədilən terror aktında ölənlərin sayı 24-ə çatıb. 53 nəfər yaralanıb. Onların arasında qadınlar və uşaqlar da var. Agentliyin məlumatına görə, terror aktına görə məsuliyyəti “Əhvazdakı patriot ərəb demokratik hərəkatı” qruplaşması öz üzərinə götürüb. Qeyd edək ki, bu qruplaşmanın...

Saytda Axtarış

ახალი ამბები