Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

Weather data OK
Bakı
24 °C

Ziyarətçi sayğacı

Bu günBu gün2355
DünənDünən2632
Bu həftəBu həftə2355
Bu ayBu ay82644
Bu günə qədərBu günə qədər2615659

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan baş naziri: “Etnik azlıqlar ölkənin NATO-ya inteqrasiyası barədə məlumatlandırılmalıdır”

"Gürcüstanda yaşayan etnik azlıqların NATO-ya inteqrasiyanın ölkəyə verdiyi faydalar barədə məlumatlandırılması olduqca vacibdir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 
 

"Bu il NATO günləri bölgələrdə xüsusilə qeyd olunur. Bu günlər həmçinin etnik azlıqların yaşadıqları bölgələrdə də keçirilir. Əhalimizin NATO-ya inteqrasiya barədə məlumatlandırılmasının səviyyəsi yüksək olmalıdır ki, vətəndaşlarımız ölkənin hansı faydaları əldə etməsi və ölkəmiz üçün sabitliyin necə vacib olmasını daha yaxşı anlasınlar". 
 

Qeyd edək ki, qonşu ölkədə aprelin 16-da start verilmiş NATO günləri may ayının 1-dək davam edəcək. NATO günləri çərçivəsində ilk görüş azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə baş tutub. 

Ermənilər dinc sakinimizi vurdular - YENİLƏNİB

Ermənilərin odlu silahla yaraladığı 27 yaşlı Rahim Hacıyevin bel nahiyəsində olan qəlpəni götürmək mümkün olmayıb. 

 Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Cərahiyyə Şöbəsinin müdiri Vaqif Bağırov APA-ya açıqlamasında bildirib ki, qəlpənin olduğu yerdə  əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb.

“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev xəstəxanaya döş qəfəsinin sağ yan səthindən daxilə sirayət edən odlu silah yaralanması ilə gətirilib. Vəziyyəti ağır idi, arterial təzyiqi aşağı, şok vəziyyətdə idi. Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edildi. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb reanimasiya palatasına köçürülüb, vəziyyəti ağırdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, R. Hacıyev bu gün saat 13:30 radələrində əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

İlham Əliyev: Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

“Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içib:

"Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam".

Daha sonra Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Marneulidə NATO Günləri çərçivəsində tədbir keçirilib

"Marneuli böyük potensialı, tarixi və gələcəyi olan şəhərdir. Marneuli şəhər ictimaiyyəti fəal olmaqla yanaşı, Gürcüstanın inkişafı prosesinə mümkün qədər çox dəstək verməyə hazırdır".
 

APA-nın yerli bürosunun məlumatına görə, bu sözləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze NATO Günləri çərçivəsində Marneulidə keçirdiyi görüşdə deyib. Nazir NATO Günləri çərçivəsində ilk görüşün Marneulidə keçirilməsindən məmnunluq ifadə edib. O, görüş iştirakçılarına Gürcüstanın avroatlantik məkana inteqrasiya prosesi və bu yolda əldə etdiyi tərəqqidən danışıb: "NATO bizim təhlükəsizliyimiz üçün seçimdir. Bizim müdafiə imkanlarını genişləndirmək hüququmuz var və aqressiya ilə mübarizə aparmaq üçün güclü dövlət olmalıyıq”.


M. Canelidze qeyd edib ki, Gürcüstan NATO və Aİ-yə heç zaman bu qədər yaxın olmayıb: "Bizim məqsədimiz bu əməkdaşlıq çərçivəsində daha çox sülh, sabitlik və təhlükəsizlik təmin etməkdir".


Sual-cavab formatında keçirilən görüşdə yerli idarəetmə orqanları, QHT və media nümayəndələri iştirak edib.


Tədbirə Kvemo Kartlinin qubernatoru Qriqol Nemsadze, Marneuli rayonunun icra başçısı Temur Abazov, Gürcüstanda NATO ofisinin rəhbəri Rozariya Pulisi də qatılıb.


Qeyd edək ki, Gürcüstanda dünəndən start götürmüş NATO Günləri may ayının 1-nə qədər davam edəcək. 

Gürcüstan DİN rəhbəri: “Təhlükəsizlik olmadan regionda iqtisadi inkişaf dayanıqlı ola bilməz”

"Təhlükəsizlik olmadan heç bir iqtisadi inkişaf tez və ən əsası dayanıqlı ola bilməz".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan daxili işlər naziri Giorgi Qaxariya biznesmenlərlə görüşdə deyib.
 

Nazir iqtisadiyyatın vacib sahələrinin təhlükəsizliklə bağlılığını qeyd edib: “"iz kifayət qədər kəskin təhlükələrlə üz-üzə olan regionda yaşayırıq. Biz çox yaxşı başa düşürük ki, iqtisadiyyatın turizm və tranzit, energetika kimi sahələri təhlükəsizliklə birbaşa bağlıdır". 
 

G. Qaxariya iş adamlarını Daxili İşlər Nazirliyində həyata keçirilmiş islahatlarla tanış edib. 

Sabah prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.


APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən,İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.
 

Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov andiçmə mərasiminin sabah olacağını bildirib.
 

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib. 

Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
 
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır. 

Sənəddə  qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur. 

 

Ermənilər kəndlərimizi atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 76 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstanda prezidentliyə ilk namizəd məlum olub

Gürcüstanda bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə ilk namizəd irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Girçi-yeni siyasi mərkəz" adlı partiyanın lideri Zurab Caparidze videomüraciətində prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

O bildirib ki, "Girçi-yeni siyasi mərkəz" partiyası ölkədə əhəmiyyətli dəyişikliklərə nail olub. 

Qeyd edək ki, "Girçi-yeni siyasi mərkəz" partiyası 2016-cı ilin aprelində yaradılıb. Siyasi mübarizədə qeyri-adi metodları tətbiq edən partiyada Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin keçmiş tərəfdarları təmsil olunur. Siyasi təşkilat marixuananın istifadəsinin leqallaşdırılması təşəbbüsü ilə çıxış edib. Partiya həmçinin dini təşkilat təsis edərək, çağırışçıları din xadimi kimi qeydiyyata alaraq, onlara həqiqi hərbi xidmətdən azad olmaq üçün arayış təqdim edir.   

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Dalga tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Cəbhədən SON XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstan ABŞ və müttəfiqlərinin Suriyadakı hərbi əməliyyatını dəstəkləyib

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ABŞ və müttəfiqlərinin Suriyada həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir "Twitter"dəki rəsmi səhifəsində raket zərblərini lazımlı və labüd adlandırıb.

"ABŞ, Fransa və Böyük Britaniyanın Suriyadakı raket zərbələri ölkədə dinc vətəndaşlara qarşı kimyəvi hücuma gərəkli cavabdır. Kimyəvi silahın istifadəsi yolverilməzdir və günahkarlar cavab verməlidirlər", - deyə nazirin bəyanatında qeyd olunub.

Siyasət

Gürcüstan hökumətinin yeni strukturu sabah məlum olacaq

"Gürcüstanın yeni hökumətinin strukturu sabah təqdim olunacaq". APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. O bildirib ki, hökumətin yeni tərkibində nazirliklərin sayı 11-dən çox olmayacaq: "Bu, effektiv fəaliyyət üçün ən optimal saydır". M. Baxtadze qeyd edib...

Azərbaycanın yeni hərbi helikopterləri Ermənistanı təşvişə saldı — ABŞ-a TƏCİLİ MƏKTUB

Ermənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb. Təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib. O,  Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən...

Sərhəddə atışma: Əsgər yaralanıb

Dövlət Sərhəd Xidməti (DSX) Cəlilabad rayonu ərazisində İranla sərhəddə baş vermiş insident barədə məlumat yayıb. DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, bu gün DSX Sərhəd Qoşunlarının sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan...

Mədəniyyət

Gürcüstanın məşhur aktyoru vəfat edib

Gürcüstanın əməkdar artisti, aktyor və rejissor Baadur Tsuladze 83 yaşında vəfat edib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, B. Tsuladze 1935-ci ildə Batumidə anadan olub. B. Tsuladze "Buratinonun sərgüzəştləri", "Mənim ərim ol" və digər məşhur filmlərdə çəkilib. Ümumilikdə 90 filmə çəkilən...

Fuad Poladov vəfat edib

Xalq artisti Fuad Poaldov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Mərhum sənətkarın ailəsinə başsağlığı verənlər onun evini ziyarət etməkdə davam edirlər. Qeyd edək ki, Xalq artisti Azərbaycan kino və teatr sahəsində yetərincə sözünü demiş, 50-dən çox tamaşa və filmdə müxtəlif obrazlar yaradıb. ...

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Bakı küçəsində "Azərbaycan payızı" festivalı keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Tbilisi sakrebulosunun majoritar deputatı Rima Beradze şəhərin Kiyev küçəsində keçirilmiş "Ukrayna baharı" festivalında çıxışı zamanı bildirib. O deyib ki, şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində...

Cəmiyyət

Salyanda yük avtomobilinin sürücüsü bacısını və onun 4 yaşlı oğlunu vurub, uşaq ölüb

Salyanda yük avtomobilinin sürücüsü ehtiyatsızlıqdan bacısını və 4 yaşlı oğlunu vurub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə bacısı -1994-cü il təvəllüdlü Məmmədova...

Tbilisidə görkəmli azərbaycanlıların panteonuna aparan yol bərpa olunur

Gürcüstanın paytaxtı Tbilisidə Milli Botanika Bağında bir sıra infrastruktur layihələrin icrasına başlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihələr çərçivəsində bağ ərazisində yerləşən görkəmli azərbaycanlıların panteonuna aparan əsas marşrut yollardan biri bərpa olunacaq. Tbilisi meri Kaxa Kaladze Botanika bağı ərazisində həyata keçiriləcək layihələrlə tanış...

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir. Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni...

İqtisadiyyat

Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır

İyul ayının 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq. "APA-Economics"in məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 9:00-da çatacaq. Avtobusların...

"Yaxın zamanda" Sınıq Körpü"də "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası yekunlaşacaq

Azərbaycan ilə Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü"gömrük postunun yaxınlığında tikilən "Ticarətin Asanlaşdırılması Mərkəzi"nin inşası tezliklə yekunlaşacaq. "APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin böyük inspektoru Rövşən Namazov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi...

SOCAR-ın Kulevi terminalından neft məhsullarının nəqli azalıb

Bu ilin yanvar-aprel aylarında SOCAR-ın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi Neft Terminalı 0,5 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb. APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü...

İdman

İngiltərə Panamanı darmadağın etdi — 6:1

Futbol üzrə İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.  Nijnıy Novqorodun eyniadlı stadionunda keçirilən görüş 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb. İngilislərin heyətində Harri Keyn het-trik, Con Stouns dubl edib. Cessi Linqard isə bir dəfə fərqlənməyə...

Formula 1-də ilk qəza — 3 pilot yarışı tərk etdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb. start verilən kimi birinci dövrədəcə iki pilot mübarizəni dayandırmalı olub. "Force India" komandasının pilotu Eseteban Okon və "Williams" komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər...

Azərbaycan prezidenti Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasiminə və final yarışına baxıb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar. APA-nın məlumatına görə, dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində...

Dünya

Nigeriyada qanlı toqquşma — 86 ölü

Nigeriyada Berom xalqının fermerləri ilə Fulani xalqının maldarları arasında qanlı toqquşma olub. Fermerlər maldarlara hücum edərək 5 nəfəri öldürüblər. Bundan sonra isə qarşı tərəfin cavabı olub. Fulanilərin hücumunda isə ölü sayı artıb. Bölgə uzun illərdir torpaq üstündə toqquşan bu iki qrupun qalnı...

Ərdoğan seçkilərdə qalib gəldi

Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gəldi. Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən bu barədə məlumat verib. Məlumata əsasən, bülletenlərin 99.2%-i artıq sayılıb. Nəticələrə əsasən, Ərdoğan 52.55% səslə qalib gəlib.  Bundan başqa parlament seçkilərində də altı partiyanın 10 faizlik...

Türkiyədə prezident seçkilərində bülletenlərin 43 faizi hesablanıb, Ərdoğan liderdir

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 56,98%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31%), üçüncü isə İyi Partiyanın...

Saytda Axtarış

ახალი ამბები