Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

Weather data OK
Bakı
13 °C

Ziyarətçi sayğacı

Bu günBu gün1919
DünənDünən3648
Bu həftəBu həftə15074
Bu ayBu ay41764
Bu günə qədərBu günə qədər2890205

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan 2008-ci il münaqişəsinə görə Rusiyanı günahlandırdı

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılması ilə bağlı məsələdə Rusiyanı günahlandırıb. 

Marqvelaşvili Tbilisidə Polşa, Litva və Latviya xarici işlər nazirləri, eləcə də, Ukrayna baş nazirinin müavini ilə görüşündə bəyan edib:

“Rusiya hibrid müharibəsi ilə iki regionu Gürcüstandan ayırıb. Biz bu məsələni danışmaqdan qorxmamalıyıq. Rusiya Gürcüstanın suverenliyinə qarşı nələr edib və hazırda edir. Bu aqressiyadır, işğaldır və beynəlxalq normaların pozulmasıdır”. 

Həmin gün Tbilisidə Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin digər nümayəndələri ilə 2008-ci il avqust müharibəsində həlak olanların abidəsi önünə gül dəstələri qoyub. 

Artilleriyaçılarımız finala yüksəlib

"Beynəlxalq Ordu Oyunları-2018" yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları-2018" müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək. 

 

İlham Əliyev: Ermənistanı daha da sarsıdacağıq

Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir.

Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox.

Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimindəki çıxışında söyləyib.

Azərbaycan Prezidenti deyib:

"Münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik.

Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil.

Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır".

Gürcüstanda keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub

alt

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

Dalga tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili keçirdiyi brifinqdə bildirib.

Bununla da seçkilərə rəsmən start verilib.

Məlumat üçün qeyd edək ki, bu il Gürcüstanda seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. Prezident altı il müddətinə seçiləcək və 6 ildən sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək.

Gürcüstanın hakim partiyası prezidentliyə namizədini avqustda elan edəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası prezidentliyə namizədini avqustda elan edəcək.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd Maya Tskitişvili deyib. 
 

"Bir neçə dəfə bəyan etmişik ki, prezidentliyə namizədin adını yayın sonunda açıqlayacağıq. Namizədimiz həmin vaxt məlum olacaq", - deyə o qeyd edib.  
 

Qeyd edək ki, bu ilin aprel ayında Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze hakim partiyanın prezidentliyə namizədini iyul və ya avqust ayında açıqlayacağını bildirmişdi.
 

 

Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək. Builki seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilər olacaq. 

Tramp Gürcüstanın NATO-ya üzvlüyünə münasibət bildirib

"Gürcüstan indi NATO-nun üzvü olmayacaq".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
 

D. Tramp bildirib ki, Gürcüstanın alyansa üzvlüyü ilə bağlı şans yaranacaq: "Gələcəkdə onların belə bir şansı olacaq, amma indi yox". 

Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

"Gürcüstan NATO-nun üzvü olacaq".

APA-nın yerli bürosunun məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

Baş katib bildirib ki, NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: "NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur".

 

Y. Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: "Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik".

G. Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: "Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır".

Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub

Kaxa Kaxişvili Gürcüstanın hökumət administrasiyasının rəhbəri təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Baş nazir K. Kaxişvilinin hökumətin ən uğurlu nazirlərindən biri olduğunu deyib.

 

Qeyd edək ki, K. Kaxişvili 2015-ci ildən cəzaların icrası və probasiya naziri olub. Hökumətdə həyata keçirilmiş struktur dəyişikliklərinə əsasən, onun rəhbərlik etdiyi nazirlik Ədliyyə Nazirliyinə birləşdirilir. Hökumət administrasiyasının keçmiş rəhbəri Şalva Tadumadze ötən gün ölkənin baş prokuroru vəzifəsinə təyin olunub.

Gürcüstanda yeni baş prokuror seçilib

Şalva Tadumadze Gürcüstanın baş prokuroru seçilib.

APA-nın yerli bürosunun məlumatına görə, onun bu vəzifəyə namizədliyi Gürcüstanın Ədliyyə Nazirliyinin prokurorlar şurası tərəfindən dəstəklənib.

Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. Onu baş prokuror vəzifəsinə parlament təsdiq etməlidir.

 

Baş prokuror vəzifəsinə Şalva Şavqulidze və Nino Qoqniaşvili də namizəd olub. Ş. Şavqulidze prokurorlar şurasının gizli səsverməsindən öncə namizədliyini geri götürüb.

Qeyd edək ki, Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. İstefaya səbəb ötən ilin dekabrında paytaxtda iki yeniyetmənin qətli ilə bağlı Tbilisi şəhər məhkəməsinin qəbul etdiyi qərarın yaratdığı böyük narazılıq olub.

Əfqanıstanda Gürcüstan müdafiə nazirinin baş çəkdiyi hərbi bazaya hücum olub

Əfqanıstanda Gürcüstanın müdafiə naziri Levan İzoriyanın baş çəkdiyi Kunduz hərbi bazası atəşə tutulub.

APA-nın yerli bürosu Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Kunduz bazasında L. İzoriya gürcü sülhməramlıları ilə görüşüb. 

Bildirilir ki, Gürcüstan müdafiə naziri Almaniya silahlı qüvvələrinin nümayəndələri ilə Kunduzdakı hərbi bazaya baş çəkdikdən sonra baza istiqamətinə iki dəfə atəş açılıb. Mərmilər bazanın yaxınlığına düşüb, xəsarət alan olmayıb.  

 

Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradoverməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

 F. Muradov deyib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: 

"Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır".

AdRiver Virtual karabakhyuxarı Bu müşavirə bütün qurumlara xəbərdarlıq idi - RƏY

Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar, çox güman ki, dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq. Cənab prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdaqlıqla söylədi.

O, hər zaman söylədiyi "biz hamımız, məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik" yanaşmasını bu müşavirədə də ortaya qoydu. 

Bunu açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. 

"Cənab prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. Çox ciddi mesajlar vardı. Bu müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi.

Cənab prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır.

Xüsusilə isti yay günlərində bəzi yerlərdə su təhcizatı və elektrik enerjisi ilə bağlı yaranmış problemlər tez bir zamanda öz həllini tapmalıdır", - deyə Q. Paşayeva əlavə edib.

Millət vəkili Eldəniz Səlimov qeyd edib ki, belə bir müşavirənin keçirilməsi gözlənilən və arzuolunan idi.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışında son iki gündə iki dəfə baş vermiş qəzanın çox ciddi şəkildə araşdırılmasının, günahkar şəxslərin müəyyənləşdirilərək, cəzalandırılmasının vacibliyini vurğulayıb:

"Dövlət başçısı çox haqlı olaraq bildirdi ki, bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu və ona görə də çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

Belə məsələlərdə kimsəyə güzəşt ola bilməz. Hər kəs öz hərəkətinin, öz davranışlarının cavabını almalıdır və alacaq. Buna kimsənin şübhəsi olmasın. Çünki Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin iradəsi ortadır. Heç bir güc, heç bir qüvvə bu iradəni sarsıda bilməz və sarsıtmaq iqtidarında deyil!"

Siyasət

Gürcüstan prezident seçkiləri ərəfəsində

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5...

Baş nazir: “Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək”

“Gürcüstan prezident seçkiləri ilə daha bir vacib demokratiya testi verəcək”. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, bir neçə gündən sonra Gürcüstanda çox vacib və məsuliyyətli gün olacaq: “Ölkədə prezident...

İlham Əliyev Türkiyəyə gedib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar. Prezident İlham...

Mədəniyyət

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbir şəhərin "Axtala" kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub. Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub....

Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb.  “Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir. Sərginin açılış mərasimində Azərbaycan,...

Azərbaycanlı model Gürcüstanda gözəllik müsabiqəsinin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss and Mister Planet - 2018" beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib. "Miss Planet - 2018" tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, "Mister Planet - 2018" tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb. "Miss Planet 2018" titulu uğrunda yarışmada...

Cəmiyyət

Tanışlarına qarşı yarım milyonluq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Muradov, Sehran Məmmədov və Abbas Rəsullunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Muradov 9 il və S.Məmmədov...

Son 9 ayda Azərbaycanda 497 nəfərin İİV-ə yoluxması aşkarlanıb

Son 9 ayda Azərbaycanda 497 nəfərin İİV-ə yoluxması aşkarlanıb. Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib. Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir:...

Tovuzda yol qəzası nəticəsində yaralananların adları məlum olub

Tovuz rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimlikləri məlum olub. Bunlar sərnişinlər - Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və...

İqtisadiyyat

STAR zavodunun açılış mərasimi keçirilib

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezçıxış ediblər. ...

Bakıdan Batumiyə birbaşa aviareys açılır

 "Buta Airways" aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq. Şirkətdən Reporta verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq.  Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal...

Vergilər naziri Gürcüstan səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.  Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Tanışlıq məqsədi daşıyan görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda starteji tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi...

İdman

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1. “Qarabağ”ın...

Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub. Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə...

“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək. "Qarabağ"ın İngiltərənin "Arsenal" komandası ilə oyununa maraq həddindən artıq böyükdür. Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun...

Dünya

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq. Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində...

İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir. Müğənni...

Hindistanda qatar izdihamı əzib — 50 nəfərdən çox insan ölüb

Hindistanda qatar dəmir yolunun üstündə toplaşan izdihamı əzib. Hadisə Pəncab ştatındakı Əmritsar şəhəri yaxınlığında qeydə alınıb.  Qəza nəticəsində 50 nəfərdən çox insanın öldüyü bildirilir.   Faciəyə səbəb kimi hinduistlərin qədim Dəşəhra bayramı münasibətilə xeyli sayda sakinin ənənəyə uyğun olaraq müqəvvalar yandırmaq üçün dəmir yolu...

Saytda Axtarış

ახალი ამბები