Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

No data available
Bakı
--- °C

Ziyarətçi sayğacı

Bu günBu gün146
DünənDünən1073
Bu həftəBu həftə1634
Bu ayBu ay50330
Bu günə qədərBu günə qədər7477664

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

Prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

 

Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib.

24News.ge xəbər verir ki, O, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb.

S.Zurabişvili kənd sakinlərini narahat edən problemlərlə maraqlanıb: "Qarşıdakı seçkilərin nəticəsində yeni Gürcüstan qurulacaq və sizin bu işdə töhfəniz əhəmiyyətli olacaq. Mən sizin prezidentiniz olacağam və siz mənə problemləriniz barədə məlumat verə biləcəksiniz. Mən sizin dəstəyinizə yalnız seçkilərdə deyil, seçkilərdən sonra da ümid edirəm. Biz sizinlə güclü Gürcüstan quracağıq".

Azərbaycan və Belarus Qarabağla bağlı birgə bəyanat qəbul edib

alt

Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər. 

Dalga Tv BELTA-ya istinadən xəbər verir ki, sənəddə bildirilir ki, tərəflər ATƏT çərçivəsində davam edən səylərə, habelə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətinə əsaslanaraq bu istiqamətdə gələcək addımların sürətləndirilməsinin vacibliyini vurğulayır. 

 

İlham Əliyev və Aleksandr Lukaşenko həmçinin münaqişənin tezliklə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına əsaslanan sülh nizamlanmasının vacibliyini vurğulayıblar. 

"Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib - Şahin Mustafayev

alt

"Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb"

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AzNews.az-a verillən məlumata görə, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. O diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb: “2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir”.

O bildirib ki, enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, Ş.Mustafayev Baki-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan üzərindən keçməklə yükdaşımaların artırılmasına, nəqliyyat-tranzit, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

İ.Maçavariani ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərini, iqtisadi sahədə əlaqələrin inkişafını, beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələrində ölkələrimizin əməkdaşlığını vurğulayıb.

Azərbaycan və Gürcüstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair daha bir təqdimatın keçirilməsinin regionun nəqliyyat-tranzit potensialının təbliği baxımdan önəmli olacağını qeyd edən İ.Maçavariani ölkəsinin Azərbaycanla enerji, nəqliyyat-tranzit sahələri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığının genişdirilməsində maraqlı olduğunu qeyd edib və SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə maliyyə, nəqliyyat-tranzit, gömrük, vergilər sahələrində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun təşkilinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili noyabrın 17-də Marneuli şəhərində Marneuli, Bolnisi və Dmanisidə yaşayan, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlı qadınlarla görüşüb.

Nazirliyin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov bildirib ki, görüşdə bələdiyyələrdə və ictimai həyatın müxtəlif sahələrində çalışan qadınlar dövlət nazirinə və onun müavininə bölgələrdə mövcud problemlər barədə ətraflı məlumat veriblər.

Ketevan Tsixelaşvili görüş iştirakçılarına vətəndaş cəmiyyətində fəal iştirak etdikləri üçün təşəkkür edib. Qaldırılan məsələlərin araşdırılacağını və onların həllinə çalışacaqlarını bildirib. Qeyd edib ki, azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynayırlar. Müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar da bölgənin inkişafına kömək edirlər. Onların bu fəallığı qürurvericidir. “Bu, bir daha bizim tarixi Vətənimizin inkişafı naminə birliyimizi sübut edir”, - deyə K. Tsixelaşvili vurğulayıb.

Gürcüstanın xarici borcları açıqlanıb

alt

“Gürcüstanın xarici dövlətlərə olan borcu açiqlanıb. “

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu il oktyabrın 31-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.

“Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.”

Gürcüstanın qonşu ölkələrə olan borcu isə müvafiq olaraq: Rusiya, 63,567 mln. Dollar, Türkiyə 15,297 mln dollar, Ermənistan 9,023 mln. Dollar, Azərbaycan 7,976 mln.dollar təşkil edir.

Gürcüstanın turizmdən gəliri açıqlanıb

alt

Bu ilin iyul-sentyabr aylarında əcnəbi ziyarətçilər Gürcüstanda ümumilikdə 1,2 mlrd. dollar (3,1 mlrd. lari) xərcləyiblər. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir.

Bir səfər üçün çəkilən orta xərc 435 dollar olub.

Gürcüstan turizmində payı olanların sırasında əsas, ruslar, azərbaycanlılar və ermənilərdir.

Bu il ölkəmizə ən çox üz tutan turist axını isə Rusiyadan baş verib: 582,7 min nəfər, Azərbaycandan 494,5 min nəfər, Ermənistandan isə 439,8 min nəfər.

Ümumilikdə, yay turizm mövsümündə Gürcüstana 2,6 milyon əcnəbi gəlib. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Ölkəmizə səfər edənlərin 45%-i 31-50 yaşlarında olub və onların 50,8% Gürcüstana sırf istirahət üçün gəldiklərini bildiriblər. 16,7%-i digər ölkəyə tranzit, 15,7%-i dost və ya qohuma baş çəkmək, 7,7%-i biznes, 4,5%-i alış-veriş, 2,2%-i müalicə və 2,4%-i digər məqsədlə baş çəkib.

Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunda ölkə üzrə 3637 məntəqə yaradılacaq

alt

Gürcüstanda prezident seçkilərinin ikinci turunda ölkə üzrə 73 dairə seçki komissiyası fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu mətbuata açıqlamasında Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib.

Onun sözlərinə görə, dairə seçki komissiyalarının nəzdində 3637 məntəqə yaradılacaq. İstisna hallarda daha 11 məntəqə yaradıla bilər. MSK sədrinin sözlərinə görə, Gürcüstanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində 57 seçki məntəqəsi yaradılacaq.

Ölkə üzrə seçici siyahılarında 3 milyon 504 min 82 nəfərin adı var. Xarici ölkələrdəki konsulluq şöbələrində isə 14 min 795 nəfər qeydiyyatdan keçib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28–də keçiriləcək.

Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıb.

İkinci turda mübarizə məhz bu iki namizəd arasında olacaq.

Gürcüstan qanunvericiliyinə görə, ikinci turda adi səs çoxluğu ilə qalib gələn namizəd ölkənin 5-ci prezidenti seçiləcək.

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək

alt

Gürcüstanda prezident seçkilərinin ikinci turu noyabrın 28–də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 14-də keçirilmiş iclasında qəbul olunub.

Oktyabrın 28-də keçirilmiş birinci turda müstəqil namizəd, hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili səslərin 38,66 faizini, müxalifətin yaratdığı “Güc birlikdədir” təşkilatının namizədi Qriqol Vaşadze isə 37,7 faiz səs toplayıblar.

Gürcüstan qanunvericiliyinə görə, ikinci turda sadə səs çoxluğu ilə qalib gələn namizəd prezident seçiləcək.

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Peter Pelleqrinini qarşıladı.

Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir. Dövlətimizin başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirdi.

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini xoş sözlərə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq etdi. O, Baş nazir kimi Azərbaycana birinci dəfə səfər etməsindən məmnunluğunu bildirərək bundan əvvəl parlament spikeri vəzifəsində çalışarkən Avropa Oyunları zamanı ölkəmizə gəldiyini vurğuladı. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil olunduğunu dedi. Qonaq ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunaraq bu səfəri zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini qeyd etdi və bunun iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğuladı.

Gürcüstan prezidentliyinə namizəd: "Məni və övladlarımı ölümlə hədələyirlər"

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili özünün və övladlarının hədə-qorxu mesajları aldığını bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu prezidentliyə namizəd keçirdiyi brifinqdə bildirib.

S.Zurabişvili son günlər ona və övladları Teymuraz və Ketevana ölüm hədələri olan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib: “Mesajlarda “Biz başlarınızı güllələyərik, qanınızı içərik” kimi senzuradan kənar sözlərdən istifadə olunmaqla həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib. Təhlükə realdır, çünki mesajların müəəlifləri müəyyən olunub. Onlar Vahid Milli Hərəkat Partiyası ilə əlaqəli olan keçmiş hərbçilərdir”.

Prezidentliyə namizəd Gürcüstan Daxili İşlər Nazirliyini ona və ailə üzvlərinin ölümlə hədələnməsi faktına dərhal reaksiya verməyə çağırıb.

Gürcüstanın azərbaycanlı gəncləri baş nazirə ünvanlanan müraciətə qoşulublar

Gürcüstanda gənclərin təmsil olunduğu 38 təşkilat Baş nazir Mamuka Baxtadzeyə müraciət təqdim edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, QHT-lər Gürcüstan hökuməti yanında Gənclərdən ibarət Məsləhət Şurasının yaradılmasını xahiş edir.

Təşkilatlar şuranın yaradılmasında fəal iştirak etməyə hazır olduqlarını bildirib.

“Gürcüstanda baş vermiş son proseslər göstərdi ki, hökumət və cəmiyyət arasında kommunikasiyada müəyyən baryerlər mövcuddur. Gənclərdən ibarət Məsləhət Şurası hökumət və gənclər arasında vasitəçi rolu oynaya bilər. Biz inanırıq ki, gənclərin hökumətin fəaliyyətinə cəlb olunması həm ölkə, həm də ölkədə yaşayan gənclər üçün müsbət nəticələr verəcək”, - müraciətdə qeyd olunub.

Müraciət müəllifləri bildiriblər ki, Gürcüstan hökuməti Gənclərdən ibarət Məsləhət Şurasının yaradılmasını dəstəkləsə, bu sahədə üçüncü ölkə olacaq. Belə ki, Kanada və Böyük Britaniya hökumətləri yanında analoji şuralar fəaliyyət göstərir.

Baş nazirə ünvanlanan müraciətə Gürcüstanda yaşayan milli azlıqların təmsil olunduğu gənclər təşkilatları da qoşulub. Sənədi həmçinin Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı da imzalayıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Gürcüstana müvəqqəti işlər vəkili təyin olunub

ABŞ-ın Gürcüstandaki səfirinin vəzifəsini müvəqqəti olaraq, Ros Uilson icra edəcək.

R.Uilson bu gün xarici işlər naziri David Zalkaliani ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin gələcək perspektivləri barədə müzakirələr aparıb.

Amerkalı vəkil bildirib ki, “ABŞ səfirliyi xanın Elizabet Rudun rəhbərliyi dövründə iki ölkə arasında həqiqətən önəmli işlər həyata keçirlib. Mən də onun başladığı işləri davam etdirəcəm deyə bildirib.

Vəkil həmçinin iki ölkə arasında olan problemli məsələlərin aradan qaldırlması üçün əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, R.Uilson 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki, 2000-2003-cü illərdə isə Azərbaycandakı səfiri olub.

Siyasət

Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə üçtərəfli...

Prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

  Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib. 24News.ge xəbər verir ki, O, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb. S.Zurabişvili kənd sakinlərini narahat edən problemlərlə maraqlanıb: "Qarşıdakı seçkilərin nəticəsində yeni...

Gürcüstan prezident seçkiləri ərəfəsində

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5...

Mədəniyyət

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbir şəhərin "Axtala" kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub. Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub....

Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb.  “Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir. Sərginin açılış mərasimində Azərbaycan,...

Azərbaycanlı model Gürcüstanda gözəllik müsabiqəsinin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss and Mister Planet - 2018" beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib. "Miss Planet - 2018" tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, "Mister Planet - 2018" tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb. "Miss Planet 2018" titulu uğrunda yarışmada...

Cəmiyyət

Marneuli rayon böyük Bəylər kəndində ev yanaraq külə dönüb

Gecə saatlarında Marneuli rayon böyük Bəylər kəndində Əmirxan Sultanova məxsus ev yanaraq külə dönüb. 24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə hadisə 23noyabr gecə saat 00.00 radələrində baş verib. Yanan evin sahibləri türkiyədə yaşasalarda evdə onların qızı yaşayırmış lakin yanğın başlayan...

Marneulidə İmam Əli (ə) Məscidində qan vermə aksiyası keçirilir

Bu gün Marneulidə Qan Donoru Yeni Vizual Univeristeti və İmam Əli (ə) Məscidinin birgə təşkilatçılığı ilə sözü gedən məsciddə təmənnasız qan vermə aksiyası keçirilir. İmam Əli (ə) Məsçidin axundu Hacı Hacıyev 24News.ge xəbər portalına müsahibəsində bildirib ki, “Marneuli İmam Əli (ə)...

“İçəridə ana və oğlu “bizi qurtarın” deyirdi” — Gəncədəki dəhşətli partlayışın ŞAHİDLƏRİ

Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub. Hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib. Sakin: “Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış...

İqtisadiyyat

Maliyyə Nazirindən açıqlama var: Kimlərin kredit borcu silinəcək?

İvane Macavariani: 1 il  və ondan çox müddət ərzində banklara  2000 lariyədək borcunu ödəyə bilməyən vətəndaşların borcu sıfırlanacaq: Borcların sıfırlanması təşəbbüsü, 1 il  və ondan çox müddət ərzində banklara  2000 lari məbləğində borcunu ödəyə bilməyən vətəndaşlara şamil edilir.   24News.ge xəbər verir...

STAR zavodunun açılış mərasimi keçirilib

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezçıxış ediblər. ...

Bakıdan Batumiyə birbaşa aviareys açılır

 "Buta Airways" aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq. Şirkətdən Reporta verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq.  Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal...

İdman

Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu

Bu gün futbol millimiz UEFA Millətlər Liqasının oyununa çıxacaq. Ancaq Kosovo ilə qarşılaşma millimiz üçün ilk Millətlər Liqasında həm də son qarşılaşma ola bilər.  Belə ki, komandamız heç-heçə etsə və ya məğlub olsa, qrup lideri olmaq şansını əldən vermiş olacağıq. Bununla da...

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1. “Qarabağ”ın...

Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub. Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə...

Dünya

Fransada etirazlar: yüzlərlə insan xəsarət alıb

Fransada 280 mindən çox insan benzinin qiymətlərinin yüksəlməsinə etiraz olaraq küçələrə çıxıb. Dalga tv Rusiyanın CTB telekanalına istinadən xəbər verir ki, bütün ölkəni bürümüş mitinqlərdə 220-dən çox insan xəsarət alıb, 100-dən çox adam saxlanılıb. Qeyd edək ki, Fransada yanacağın qiyməti 15 faiz artırılıb.  ...

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq. Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində...

İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir. Müğənni...

Saytda Axtarış

ახალი ამბები