Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

No data available
Bakı
--- °C

Ziyarətçi sayğacı

Bu günBu gün847
DünənDünən1345
Bu həftəBu həftə11877
Bu ayBu ay9155
Bu günə qədərBu günə qədər7497372

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə nümayəndə heyətləri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin ərazisində H. Əliyevin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.
 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu cür görüşlərin hərbi təhsil müəssisələrinin zabit-müəllim heyətləri arasında dostluğun daha da möhkəmləndirilməsinə, eləcə də hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əlaqələrin genişləndirilməsinə mühüm təkan verəcəyinə əminliyini bildirib.
 

Bu görüşün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirən Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze vurğulayıblar ki, bu cür tədbirlərin keçirilməsi hərbi təhsil müəssisələri arasında təcrübə mübadiləsinin, birgə proqramların, layihələrin reallaşdırılmasına layiqli töhfələr verəcək.
 

Tərəflər gələcəkdə də bu cür görüşlərin davamlı olmasını, daha geniş formatda keçirilməsini arzulayıb, hər zaman qardaş dövlətlərin müsbət təcrübələrindən öyrənməyə, onlarla birgə işləməyə hazır olduqlarını və bundan böyük qürur hissi keçirdiklərini ifadə ediblər.
 

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Türkiyə Respublikası Quru Qoşunları Məktəbinin və Gürcüstan Milli Müdafiə Akademiyasının yaranma tarixi, onların keçdikləri inkişaf mərhələləri, təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunub.
 

Qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin trenajor zalında, siniflərdə və zirehli texnika anbarında olub, təhsil ocağındakı tədris prosesi ilə yaxından maraqlanıblar.
 

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb.

Azərbaycan və Gürcüstanın parlament sədrləri arasında görüş keçirilib

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İstanbulda keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədov və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze arasında görüş keçirilib.

APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli münasibətlər və iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər iki ölkə arasında tarixi dostluq münasibətlərinin strateji əlaqələrin gələcəkdə də gücləndirilməsi üçün əsas olduğunu vurğulayıb.

O. Əsədov gürcü həmkarını Azərbaycana səfərə dəvət edərək, yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirib.

Tərəflər parlamentlərarası əlaqələr və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşdə həmçinin Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsü və 17-19 iyul tarixində bu təşəbbüs çərçivəsində Gürcüstanda keçiriləcək beşinci illik sammit də nəzərdən keçirilib. İ. Kobaxidze qeyd edib ki, Gürcüstan parlamenti Azərbaycanla açıq hökumət sahəsində təcrübə mübadiləsinə hazırdır.

Azərbaycanlı deputatlar Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüblər

Milli Məclisin deputat qrupu Tbilisidə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua ilə görüşüb. 

 
APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdən öncə Milli Məclisin üzvləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.

 
XİN-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

 
D. Dondua bildirib ki, Gürcüstan və Azərbaycan arasında nümunəvi mehriban qonşuluq münasibətləri var. O qeyd edib ki, iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi çox önəmlidir və Azərbaycan millət vəkillərinin Gürcüstana səfəri bu əlaqələrə yeni təkan verəcək.
 

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov isə iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə bir-birinin mövqeyini daim dəstəklədiyini bildirib. O, nümayəndə heyətinin Gürcüstan parlamentində keçirdiyi görüşlər barədə məlumat verərək, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün təkliflərin nəzərdən keçirildiyini vurğulayıb.
 

Qeyd edək ki, Ə. Amaşovun başçılıq etdiyi deputat qrupuna millət vəkilləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov daxildir. 

Giorgi Kvirikaşvili: “Ölkədə qarşıdurmaya yol verilməyəcək”

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.

Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.

Tbilisidə etiraz aksiyasına cavab aksiyasının iştirakçıları parlament binasına irəliləyir

Tbilisidə keçirilən etiraz aksiyasına qarşı Milli Sosialistlər Hərəkatının təşkil etdiyi cavab aksiyası davam edir.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hərəkat üzvlərinin bir qrupu polis cərgəsini  yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb.

Polis bir neçə hərəkat üzvünü saxlayıb.

Hərəkat fəalları parlamentin binası qarşısında keçirilən etiraz aksiyasının dayandırılmasını tələb edirlər.

Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasının əleyhinə olan ictimai fəal Giorgi Qabedava  9 aprel qurbanlarının xatirəsini yad etmək istəsə də, polis onun memorial abidəyə yaxınlaşmasına icazə verməyib. G.Qabedava polisə tabe olmadığına görə saxlanılıb.

Tbilisidə etirazçılar baş nazirə tələb irəli sürüb

Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər.  Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gecə Tbilisidəki "Basiani" və "Gallery" gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. 

ABŞ-ın Pensilvaniya ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

Pensilvaniya ştatının qubernatoru Tom Vulf Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq təbrik məktubu ünvanlayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, məktubda qeyd olunub ki, 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulub və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınıb.

Müstəqillik dövründən bəri Azərbaycan regionun mayakı olaraq irqi, cinsi və ya etnik mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabərlik hüququnu tanıyıb və Qafqaz regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

 

T.Vulf Azərbaycanın yaranmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar, ölkədə yaşayan Azərbaycanlıları cəmiyyətə verdikləri töhfələri nailiyyət və qürur hissi ilə qeyd etməyə çağırıb.

Qubernator Pensilvaniyada yaşayan vətəndaşlar adından Azərbaycanın 100 illiyini tanımaqdan qürur duyduğunu və 100 illiyin yaddaqalan və uğurlu qeyd olunması üçün ən xoş arzularını bildirib.

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb.

Atəşkəsin 24 ili

"Bişkek protokolu" mayın 12-də qüvvəyə minib.

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.

1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib.

Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.

Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb.

Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib.

Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib.

Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub.

Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

Atəşkəsdən ötən 24 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub (APA).

Leyla Əliyeva “Həyat Fondu”nun bir illiyində - FOTO + VİDEO

Bu gün “Həyat Fondu”nun yaranmasının bir illiyi münasibətilə “Buta Palace”də böyük tədbir təşkil olunub.

Tədbirə müxtəlif incəsənət nümayəndələri, siyasətçilər, idmançılar, şirkət rəhbərləri qatılıb. 

Tədbirin əsas qonağı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva tədbirin aparıcılığını edib.

 

Ermənilər kəndlərimizi atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstan parlamentində spikerlə prezident arasında mübahisə yaranıb

Gürcüstan parlamentində prezident Giorgi Marqvelaşvilinin illik hesabatından sonra keçirilən debatlar yarımçıq qalıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna səbəb G. Marqvelaşvili ilə parlamentin sədri İrakli Kobaxidze arasında yaranmış mübahisə olub.
 
Prezident parlament spikerindən deputatların tənqidlərinə cavab vermək üçün ona şəraitin yaradılmasını xahiş edib. İ. Kobaxidze isə bildirib ki, prezidentə prosedur qaydalarına uyğun olaraq yekunda cavab vermək imkanı yaradılacaq.
 
G. Marqvelaşvili ona bu imkanın yaradılmamasına etiraz olaraq iclası tərk edib.
 
İ. Kobaxidze dövlət başçısının bu hərəkətini öncədən planlaşdırılmış addım adlandıraraq, bunu parlamentə hörmətsizlik kimi qiymətləndirib.
 
Hazırda G. Marqvelaşvili parlament binasındakı kabinetində onun debatlarda iştirakı ilə bağlı qərarın qəbul olunmasını gözləyir.

Siyasət

Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə üçtərəfli...

Prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

  Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib. 24News.ge xəbər verir ki, O, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb. S.Zurabişvili kənd sakinlərini narahat edən problemlərlə maraqlanıb: "Qarşıdakı seçkilərin nəticəsində yeni...

Gürcüstan prezident seçkiləri ərəfəsində

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5...

Mədəniyyət

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbir şəhərin "Axtala" kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub. Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub....

Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb.  “Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir. Sərginin açılış mərasimində Azərbaycan,...

Azərbaycanlı model Gürcüstanda gözəllik müsabiqəsinin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss and Mister Planet - 2018" beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib. "Miss Planet - 2018" tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, "Mister Planet - 2018" tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb. "Miss Planet 2018" titulu uğrunda yarışmada...

Cəmiyyət

Marneuli rayon böyük Bəylər kəndində ev yanaraq külə dönüb

Gecə saatlarında Marneuli rayon böyük Bəylər kəndində Əmirxan Sultanova məxsus ev yanaraq külə dönüb. 24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə hadisə 23noyabr gecə saat 00.00 radələrində baş verib. Yanan evin sahibləri türkiyədə yaşasalarda evdə onların qızı yaşayırmış lakin yanğın başlayan...

Marneulidə İmam Əli (ə) Məscidində qan vermə aksiyası keçirilir

Bu gün Marneulidə Qan Donoru Yeni Vizual Univeristeti və İmam Əli (ə) Məscidinin birgə təşkilatçılığı ilə sözü gedən məsciddə təmənnasız qan vermə aksiyası keçirilir. İmam Əli (ə) Məsçidin axundu Hacı Hacıyev 24News.ge xəbər portalına müsahibəsində bildirib ki, “Marneuli İmam Əli (ə)...

“İçəridə ana və oğlu “bizi qurtarın” deyirdi” — Gəncədəki dəhşətli partlayışın ŞAHİDLƏRİ

Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub. Hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib. Sakin: “Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış...

İqtisadiyyat

Maliyyə Nazirindən açıqlama var: Kimlərin kredit borcu silinəcək?

İvane Macavariani: 1 il  və ondan çox müddət ərzində banklara  2000 lariyədək borcunu ödəyə bilməyən vətəndaşların borcu sıfırlanacaq: Borcların sıfırlanması təşəbbüsü, 1 il  və ondan çox müddət ərzində banklara  2000 lari məbləğində borcunu ödəyə bilməyən vətəndaşlara şamil edilir.   24News.ge xəbər verir...

STAR zavodunun açılış mərasimi keçirilib

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezçıxış ediblər. ...

Bakıdan Batumiyə birbaşa aviareys açılır

 "Buta Airways" aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq. Şirkətdən Reporta verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq.  Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal...

İdman

Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu

Bu gün futbol millimiz UEFA Millətlər Liqasının oyununa çıxacaq. Ancaq Kosovo ilə qarşılaşma millimiz üçün ilk Millətlər Liqasında həm də son qarşılaşma ola bilər.  Belə ki, komandamız heç-heçə etsə və ya məğlub olsa, qrup lideri olmaq şansını əldən vermiş olacağıq. Bununla da...

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1. “Qarabağ”ın...

Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub. Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə...

Dünya

Fransada etirazlar: yüzlərlə insan xəsarət alıb

Fransada 280 mindən çox insan benzinin qiymətlərinin yüksəlməsinə etiraz olaraq küçələrə çıxıb. Dalga tv Rusiyanın CTB telekanalına istinadən xəbər verir ki, bütün ölkəni bürümüş mitinqlərdə 220-dən çox insan xəsarət alıb, 100-dən çox adam saxlanılıb. Qeyd edək ki, Fransada yanacağın qiyməti 15 faiz artırılıb.  ...

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq. Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində...

İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir. Müğənni...

Saytda Axtarış

ახალი ამბები