Dalga Televiziyasi Tbilisidə etirazçılar baş nazirə tələb irəli sürüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün390
DünənDünən1348
Bu həftəBu həftə4085
Bu ayBu ay52781
Bu günə qədərBu günə qədər7480115

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə etirazçılar baş nazirə tələb irəli sürüb

Tbilisidə parlament binası qarşısında davam edən aksiyanın təşkilatçıları baş nazir Giorgi Kvirikaşvilini gecə klublarında keçirilmiş xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağa çağırıblar. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, təşkilatçılar baş nazirə bəyanatla çıxış etməsi üçün saat 22:00-a qədər vaxt veriblər.  Əks halda aksiya gecə saatlarında da davam etdiriləcək və çadırlar qurulacaq.

Polis aksiya təşkilatçılarına çadırların qurulmasına icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tbilisi meri Kaxa Kaladze baş verənlərlə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Qeyd edək ki, ötən gecə Tbilisidəki "Basiani" və "Gallery" gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. 

Saytda Axtarış

ახალი ამბები