Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Hava proqnozu

No data available
Bakı
--- °C

Ziyarətçi sayğacı

Bu günBu gün383
DünənDünən1345
Bu həftəBu həftə11413
Bu ayBu ay8691
Bu günə qədərBu günə qədər7496908

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

Gürcüstan prezidenti parlamentdə hesabat verəcək

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili may ayının 2-də parlamentdə illik hesabatla çıxış edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dövlət başçısının çıxışı ilə bağlı prezident administrasiyasi və parlament rəhbərliyi arasında razılıq əldə olunub.

Qeyd edək ki, qonşu ölkədə prezidentin qanunverici orqan qarşısında ənənəvi çıxışı adətən yaz sessiyasının ilk iclasında baş tuturdu. Gürcüstan parlamentinin yaz sessiyası fevralın 6-da başlayıb.

Düşmən kəndlərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalanıb

Martın 31-də Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
 

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.
 

Media qarşısında çıxışı zamanı Z.Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçirilib

Bu gün Türkiyənin Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.


Görüşdə çıxışı zamanı general-polkovnik Zakir Həsənov ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilib və itkin düşüb.


Soyqırımı ilə əlaqədar Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli Azərbaycan xalqına başsağlığı verib.

Gürcüstanda 31 mart soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart 1918-ci il soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.  Sonra 31 mart soyqırımına aid sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində səfirlikdə ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırımı həqiqətlərini əks etdirən fotoşəkil və kitablardan ibarət sərgi təşkil olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov 31 mart soyqırımının qısa tarixi barədə danışaraq 30 mindən çox azərbaycanlının qanına qəltan edildiyini diqqətə çatdırıb: "31 mart soyqırımı ermənilərin xalqımıza qarşı tarix boyu soyqırım həyata keçirdiklərini, bu prosesin məqsədyönlü və ultramillətçi ideoloji əsaslarla gerçəkləşdirildiyini sübuta yetirir. Ermənilər uydurma "Böyük Ermənistan" xülyalarını həyata keçirmək üçün tarixi şəraitdən və himayədarlarının dəstəyindən istifadə edərək, regionu azərbaycanlılardan və qeyri-millətlərdən təmizləmək, yalnız ermənilərin yaşadığı nasist dövləti yaratmaq istəyiblər. Azərbaycanın tarixi torpaqlarında – Dağlıq Qarabağda və ətraf rayonlarda törədilmiş soyqırımı cinayətləri, işğal bu prosesin davamıdır".

Sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu qeyd edib: "1918-ci il qətliamları törədilən zaman bu hadisənin unutdurulmasına çalışırdılar. O zaman media, televiziya olmadığından buna nail olunurdu. Bizim əsas vəzifəmiz qətliam qurbanlarının xatirəsini yad etmək və bu cür qətliamların bir daha təkrarlanmasına yol verməməkdir".

Diplomatın sözlərinə görə, Türkiyə və Azərbaycan təhdidlərin haradan gələ biləcəyini çox yaxşı bilir: "Biz böyük millətik. İki böyük dövlətimiz var. Gürcüstan kimi çox yaxşı qonşumuz var. Hər üç xalq gələcəkdə ortaq təhdidləri birgə aradan qaldırmalıdır".

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev öz növbəsində deyib ki, Azərbaycan həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması istiqamətində səylər daha da artırılmalıdır.

Tədbirdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı ziyalılar, gürcü tarixçilər və ekspertlər və digər şəxslər iştirak edib.

Gürcüstan MSK-nın üzvləri Azərbaycanda seçkiləri müşahidə edəcək

alt

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) dörd üzvündən ibarət nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.  O bildirib ki, təmsil etdiyi qurum Azərbaycan MSK-dan aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı dəvət alıb: "Azərbaycana göndəriləcək nümayəndə heyətinə Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müşaviri Tamaz Şarmanaşvili rəhbərlik edəcək".   

Azərbaycan ordusu döyüş atışlı təlimlərə başladı

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. 

Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.

https://youtu.be/6KI8aSCEN_c

Gürcüstanın baş naziri istefa verəcəyi barədə xəbərlərə münasibət bildirib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefası ilə bağlı son günlər yayılmış xəbərlərə münasibət bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, baş nazir jurnalistlərə hələ heç yerə getməyə hazırlaşmadığını deyib.

G.Kvirikaşvili bildirib ki, dəyişikliklər adi haldır: "Biz bir sıra vacib işlər görməliyik. Sakitləşin, ölkəyə sabitlik lazımdır və hər şey yaxşı olacaq".

Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır

Gürcüstan Rusiyanın maraqlarını təmsil edən diplomatı ölkədən çıxarır.
 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumatda bildirilir ki, Gürcüstan XİN Birləşmiş Krallıq ərazisində 3 insanın sağlamlığına ciddi ziyan vurmuş və digər insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmış kimyəvi silahın istifadəsi faktını qınayır: "Bu, ümumi təhlükəsizlik üçün ciddi çağırışdır. XİN Birləşmiş Krallıqla həmrəylik nümayiş etdirir və ölkənin, dünya ictimaiyyətinin bu məsələ ilə bağlı mövqeyini bölüşür".
 

Gürcüstan XİN İsveçrə Konfederasiyasının səfirliyində Rusiya səfirliyinin maraqları seksiyasının əməkdaşını "arzuolunmaz şəxs" elan edərək ondan 7 gün ərzində Gürcüstanı tərk etməyi tələb edib. 
 

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında 2008-ci ildən etibarən diplomatik münasibətlər dayandırılıb. Gürcüstanda Rusiyanın maraqlarını İsveçrə Konfederasiyası səfirliyinin seksiyası təmsil edir

İlham Əliyev və Həsən Ruhani arasında görüş olub

Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

Dalga tv xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan prezidenti səfərin uğurlu olacağı, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişaf edəcəyinə əmin olduğunu bildirib:

"Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz".

Prezident Həsən Ruhanı, öz növbəsində deyib:

 "Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun.

Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz onuncu dəfədir ki, görüşürük, yəni, üzbəüz görüşürük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq.

Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm".

 

Gürcü ekspertlər Ermənistanda faşizmin təbliğatını təhlükəli hesab edirlər

"Ermənistanda faşist Qareqin Njdeyə heykəlin qoyulması sadəcə təhqirdir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın Hərb Tarixi Cəmiyyətinin sədri, tarix elmləri doktoru, polkovnik Mamuka Qogitidze deyib.  O bildirib ki, fazişmin bu formada qəhrəmanlaşdırılması qəbuledilməzdir: "Böyük Vətən Müharibəsində qələbə böyük itkilər hesabına başa gəlib və 73 il qabaq heç kəsin ağlına gəlməzdi ki, faşizm və neofaşizm nə vaxtsa bərpa oluna bilər".

"Patriot"  İnformasiya Agentliyini direktoru Giorgi Remadze də Ermənistanda faşizm ideologiyasının təbliğatını təhlükəli adlandırıb: "Ermənistanla yanaşı, Qafqazda da faşizm ideologiyasının bərpası və gənclər arasında yayılmasına cəhdlər müşahidə olunur. Bu cür təhlükəli tendensiyalar və cəhdləri yalnız birgə mübarizə aparmaqla aradan qaldırmaq olar".

Cəbhədə son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 106 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun  Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Siyasət

Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə üçtərəfli...

Prezidentliyinə namizəd azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

  Hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvili seçki kampaniyası çərçivəsində Kaxeti bölgəsinə səfər edib. 24News.ge xəbər verir ki, O, səfər çərçivəsində azərbaycanlıların sıx yaşadığı Qaracalar kəndində yerli sakinlərlə görüşüb. S.Zurabişvili kənd sakinlərini narahat edən problemlərlə maraqlanıb: "Qarşıdakı seçkilərin nəticəsində yeni...

Gürcüstan prezident seçkiləri ərəfəsində

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5...

Mədəniyyət

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbir şəhərin "Axtala" kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub. Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub....

Tbilisidə şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarının sərgi-satışı keçirilir

Gürcüstan paytaxtı Tbilisi şəhərində, "Axundov Evi" İncəsənət Qalereyasında "Şərq nağılları" adlı sərgi-satış yarmarkası açılıb.  “Report”un Gürcüstan bürosu xəbər verir ki,  sərgidə Tbilisi sakinlərinin şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş etdirilir. Sərginin açılış mərasimində Azərbaycan,...

Azərbaycanlı model Gürcüstanda gözəllik müsabiqəsinin qalibi oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Miss and Mister Planet - 2018" beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib. "Miss Planet - 2018" tituluna Ukrayna təmsilçisi Yelana-Evelina Firut, "Mister Planet - 2018" tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb. "Miss Planet 2018" titulu uğrunda yarışmada...

Cəmiyyət

Marneuli rayon böyük Bəylər kəndində ev yanaraq külə dönüb

Gecə saatlarında Marneuli rayon böyük Bəylər kəndində Əmirxan Sultanova məxsus ev yanaraq külə dönüb. 24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata görə hadisə 23noyabr gecə saat 00.00 radələrində baş verib. Yanan evin sahibləri türkiyədə yaşasalarda evdə onların qızı yaşayırmış lakin yanğın başlayan...

Marneulidə İmam Əli (ə) Məscidində qan vermə aksiyası keçirilir

Bu gün Marneulidə Qan Donoru Yeni Vizual Univeristeti və İmam Əli (ə) Məscidinin birgə təşkilatçılığı ilə sözü gedən məsciddə təmənnasız qan vermə aksiyası keçirilir. İmam Əli (ə) Məsçidin axundu Hacı Hacıyev 24News.ge xəbər portalına müsahibəsində bildirib ki, “Marneuli İmam Əli (ə)...

“İçəridə ana və oğlu “bizi qurtarın” deyirdi” — Gəncədəki dəhşətli partlayışın ŞAHİDLƏRİ

Bu gün səhər saatlarında dördmərtəbəli yaşayış binasında partlayış olub. Hadisə şəhərdə yerləşən dördmərtəbəli binada "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib. Sakin: “Səhər-səhər 6-ya qalmış əynimi geyinib bazara gedirdim, gördüm partlayış...

İqtisadiyyat

Maliyyə Nazirindən açıqlama var: Kimlərin kredit borcu silinəcək?

İvane Macavariani: 1 il  və ondan çox müddət ərzində banklara  2000 lariyədək borcunu ödəyə bilməyən vətəndaşların borcu sıfırlanacaq: Borcların sıfırlanması təşəbbüsü, 1 il  və ondan çox müddət ərzində banklara  2000 lari məbləğində borcunu ödəyə bilməyən vətəndaşlara şamil edilir.   24News.ge xəbər verir...

STAR zavodunun açılış mərasimi keçirilib

Türkiyənin İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq  Abdullayev, Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezçıxış ediblər. ...

Bakıdan Batumiyə birbaşa aviareys açılır

 "Buta Airways" aşağı büdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq. Şirkətdən Reporta verilən məlumata görə, bu, loukosterin Gürcüstanda 2-ci istiqaməti olacaq.  Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir. Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal...

İdman

Yalnız qələbə: Millimiz üçün “ölüm-dirim” oyunu

Bu gün futbol millimiz UEFA Millətlər Liqasının oyununa çıxacaq. Ancaq Kosovo ilə qarşılaşma millimiz üçün ilk Millətlər Liqasında həm də son qarşılaşma ola bilər.  Belə ki, komandamız heç-heçə etsə və ya məğlub olsa, qrup lideri olmaq şansını əldən vermiş olacağıq. Bununla da...

"Vorskla" “Qarabağ”a minimal hesabla qalib gəlib

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların qələbəsi ilə başa çatıb. AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç topu “Qarabağ”ın qapısından keçirib - 0:1. “Qarabağ”ın...

Həbib Nurməhəmmədov əsrin döyüşündən qalib çıxdı — 27 döyüşdə 27-ci qələbə

Qarışıq döyüş növlərinin (MMA) UFC229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Əsrin döyüşü adlanan görüş Las Vegas şəhərində "T-Mobile Arena"da baş tutub. Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı döyüşçü bu görüşdə...

Dünya

Fransada etirazlar: yüzlərlə insan xəsarət alıb

Fransada 280 mindən çox insan benzinin qiymətlərinin yüksəlməsinə etiraz olaraq küçələrə çıxıb. Dalga tv Rusiyanın CTB telekanalına istinadən xəbər verir ki, bütün ölkəni bürümüş mitinqlərdə 220-dən çox insan xəsarət alıb, 100-dən çox adam saxlanılıb. Qeyd edək ki, Fransada yanacağın qiyməti 15 faiz artırılıb.  ...

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq. Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində...

İrlandiyalı müğənni O Konnor İslam dinini qəbul edib - FOTO

İrlandiyalı müğənni, ötən il adını Maqda Davitə dəyişən Şineyd O Konnor İslam dinini qəbul etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Sənətçi bildirib ki, hazırda onun adı Şuhadədir. Nəşrin məlumatına görə, müğənninin yeni ad tərcümədə "şəhid" deməkdir. Müğənni...

Saytda Axtarış

ახალი ამბები