Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün122
DünənDünən1073
Bu həftəBu həftə1610
Bu ayBu ay50306
Bu günə qədərBu günə qədər7477640

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda zəlzələ baş verib

Gürcüstanın Dmanisi bölgəsində zəlzələ qeydə alınıb.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, zəlzələnin baş verməsi barədə İlya Dövlət Universitetinin Seysmoloji Monitorinq Mərkəzi məlumat verib.

Məlumatda qeyd olunub ki, zələlənin episentri Tiflisdən 61 km aralı, Dmanisinin qərbində yerləşən Söyüdlü kəndindən 4 km aralıda qeydə alınıb.

Zəlzələnin maqniturası 3.1 olub.

Qeyd edək ki,  bu, azərbaycanlıların kompakt yaşadığı Söyüdlü kəndində son günlər qeydə alınmış 3-cü zəlzələdir.

63 yaşında ana oldu

Avstraliyanın Tasmaniya regionunun 63 yaşlı sakini ilk dəfə ana olub. 

Körpə dünyaya hamiləliyin 34-cü həftəsində qeysəriyyə əməliyyatı ilə gəlib.

Qadın çoxillik süni mayalanma cəhdlərindən sonra donor toxum hüceyrələriylə hamilə olub. Sonuncu cəhd uğurlu alınıb. Valideynlər yeni doğulan qızın adını açıqlamırlar.

Erməni ilə ailə quran azərbaycanlı qız - “Baxın, öyrənin...”

Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurub.

Dalga TV Baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla həyat yoldaşının soyadını da götürüb. Üç ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin bir qız övladı var.

Leyla sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır. Erməni və azərbaycan dilində duet şəkilində ifa olunan mahnının sədaları altında rəqs edən azərbaycanlı və ermənilərin birgə rəqsini paylaşan Leyla bunları yazıb:

"Baxın, öyrənin, dostluq və sülh şəraitində necə yaşayırlar. Bu videonu mənasızcasına milliyətçilik və vətənpərvərlik edənlərin acığına paylaşıram".

Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir.

Azərbaycanda havanın hərarəti 35 dərəcəyə yüksələcək

Mayın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi günün ikinci yarısında müalyim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacaq.

Mayın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı

Qızıldan avtomobil hazırlatdı - FOTO

İsveçrəli iş adamı avtomobilinin bəzi hissələrini dəyişərək qızıldan hazırlatdırıb.

AzNews.az atv.az-a istinadən xəbər verir ki, 35 ustanın gördüyü iş avtomobil sahibinə 10 milyon dollara başa gəlib.

Putin mayda Bakıya gələcək? - Açıqlama

May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb.

Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, V. Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur:“Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır”.

Diplomatik mənbələrdən verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq. 

London meri Müsəlman namizəd seçildi - İlk dəfə

İngiltərənin paytaxtı Londona yeni mer seçilib.

Bu, Leyboristlər Partiyasından olan namizəd Sadiq Xandır.

O, dini əqidə baxımından müsəlmandır.

İşğal altındakı torpaqlarda erməni ordusu

“Hər vəchlə yaranmış vəziyyəti vətəndaşlarına müsbət ampluada təqdim etmək istəyən Ermənistan hakimiyyəti, deyəsən, ön cəbhədən xəbərsizdir. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında düşmən ordusunun durumu həqiqətən acınacaqlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Lider TV-nin cəbhənin Goranboy istiqamətindən hazırladığı reportajda deyilir.

Həmin kadrlarda qarşı tərəfin hərbçiləri görünür. Azərbaycan ordusunun son əməliyyatları nəticəsində bütün strateji yüksəklikləri əldən verən erməni silahlı birləşmələrinin yeni mövqe axtarışında olduğu qeyd edilir.

Erməni silahlı bölmələrindən fərqli olaraq Azərbaycan ordusu azad etdiyi ərazilərdə tam möhkəmlənib.

SOCAR şagirdlər üçün xüsusi təqaüd təyin edib

SOCAR 2016-2017-ci tədris ilindən etibarən Bakı İstedadlar Təhsil Kompleksininin (BİTK) təhsildə və davranışda fərqlənən şagirdləri üçün xüsusi təqaüdlər təyin edib.

SOCAR-dan  verilən məlumata görə, təqaüdlər sentyabr ayından xüsusi fərqlənən şagirdlərə, ildə bir dəfə təqdim olunacaq. Şagirdlərin akademik göstəricilərindən asılı olaraq, təqaüdün məbləği, illik təhsil haqqının 50%, 70% və 100%-ə qədər olan məbləğlərini təşkil edəcək.

Hazırda təqaüdçülərin seçim prodsedurları hazırlanır. Sosial məsuliyyət ənənəsinə sadiq olaraq, SOCAR Azərbaycanda ictimai rifahın yüksəldilməsi məqsədilə müxtəlif sahələrdə layihələr həyata keçirir. Neftdən gələn gəlirləri ölkəmizin insan kapitalına çevirmək üçün SOCAR təhsil layihələrinə də davamlı dəstək verməkdədir. Son illərdə Bakı və regionlarda bir çox məktəblərin inşası və əsaslı təmiri birbaşa SOCAR tərəfindən maliyyələşdirilib. İşçi qüvvəsinin səriştəsini artırmaq üçün ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən SOCAR təlim və tədris mərkəzləri yüksək səriştəli peşəkarlar hazırlamaqdadır.

SOCAR-ın daxili təqaüd proqramı minlərlə tələbəni daha yüksək nəticələrə təşviq edirsə, xarici təqaüd proqramı yüzlərlə istedadlı gənclərə xaricdə yüksək reytinqli ali təhsil müəssisələrində təhsil almağa şərait yaradır. Hər il SOCAR-ın dəstəyi ilə keçirilən "Yay məktəbi" ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin təcrübə və bilik mübadiləsi üçün bir platforma təşkil edir.

Bundan əlavə, şirkət azərbaycanlı gənclərin xaricdəki ictimai təşəbbüslərini də dəstəkləyir və bu məcrada Azərbaycan Tələbə Şəbəkəsi (Azerbaijan Student Network) kimi tələbə təşkilatlarının fəaliyyətinə töhfələr verib. BİTK şagirdləri üçün nəzərdə tutulan yeni təqaüd layihəsi də şirkətin istedadlara dəstək strategiyasının davamıdır və məhz istedadlı uşaqların keyfiyyətli müasir təhsildən kənarda qalmamasını təmin etmək üçün nəzərdə tutulub. BİTK 2012-ci ildə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və SOCAR-ın dəstəyi ilə "Britaniya məktəbi" kimi təsis olunub.

2015-ci ilin sentyabr ayında BİTK-də şagirdlərin sayı 640-a çatıb və təxminən 100 nəfər müəllim və müəllim köməkçisindən ibarət olan 150-dən çox işçi heyəti var.

Şahzadə keçmiş sevgilisinin toyuna gedib

Şahzadə Uilyam keçmiş sevgilisinin toy mərasimində iştirak etmək üçün Keniyaya gedib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Cekki Kreyq Uilyamla hələ məktəb illərində, universitetə qəbuldan əvvəl tanış olublar.

Jurnalistlər onların uzun sürməyən sevgi romanlarının olduğunu da iddia ediblər. Şahzadənin qanuni həyat yoldaşı Keyt Middlton toya getməyib. Qadın uşaqları ilə evdə qalmağa üstünlük verib.

Roma papası qaçqının ayaqlarını yuyaraq öpüb

Roma papası Fransisk Məşəqqət həftəsinin Böyük cümə axşamında siyasi sığınacaq verilməsi haqqında ərizə vermiş şəxslərin müvəqqəti saxlanma mərkəzində 12 dindarın - 11 qaçqın və bir italiyalı qadının ayaqlarını yuyaraq öpüb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, <p">bu barədə "Avvenire" nəşri yazıb.

12 dindar arasında dördü nigeriyadan olmaqla 5 katolik, 3 müsəlman, 3 kopt və 1 bütpərəst olub. <p">Mərasim zamanı pontifik çərşənbə axşamı Brüsseldə baş verən qanlı terror aktlarını xatırlayıb. 

Türkiyəli şərhçi: “Başqa ölkələr mesaj belə göndərmədiyi halda, Azərbaycan prezidentinin səfəri çox önəmlidir”

Türkiyəli şərhçilər Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh ediblər.

Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi professor Mənsur Akgün APA-ya deyib ki, Türkiyənin sıxıntılı günlərində Azərbaycan prezidenti çox önəmli addım ataraq, Ankaraya səfər edib: “Bununla, Türkiyənin yanında olduğunu dünyaya nümayiş etdirdi. Türkiyə çox çətin bir dönəmdən keçir, terror hadisələri səbəbindən prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iki dəfə təxirə salınıb. Bu məqamda prezident İlham Əliyev qətiyyət nümayiş etdirdi. Onun bu addımını Türkiyə heç vaxt unutmayacaq”.

Beykent Universitetinin beynəlxalq tarix və ikitərəfli münasibətlər üzrə magistratura və doktorluq proqramları müəllimi, professor Məhmət Saray bildirib ki, prezident İlham Əliyev bu səfərlə qardaşlığın təkcə xoş günlər üçün olmadığını göstərib: “Əsas məsələmiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olmalıdır. Prezident İlham Əliyevin səfəri Türkiyə ictimaiyyətinin bu məsələyə diqqətinin daha da artmasına səbəb olacaq. Biz terror təşkilatının öhdəsindən gələcəyik”.

Işık Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi, professor Gamze Güngörmüş Konanın fikrincə, bu səfər Azərbaycan prezidenti Əliyev tərəfindən Türkiyəyə verilən açıq dəstəkdir: “Başqa ölkələr mesaj belə göndərmədiyi halda, Azərbaycanın prezidentinin Ankaraya gəlməsi çox önəmli hadisədir. Onun Ankaraya səfəri işğal altında olan Azərbaycan torpaqlarını xarici qüvvələrin dəstəyi ilə işğal altında saxlayan ermənilərə də ciddi mesajdır”.

Saytda Axtarış

ახალი ამბები