Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün20
DünənDünən1073
Bu həftəBu həftə1508
Bu ayBu ay50204
Bu günə qədərBu günə qədər7477538

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda parlament seçkilərinin ikinci turunun keçirilmə tarixi məlum olub

Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.

APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.

Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki,  Marneulidə №36.22.48  nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək. 

Ana körpə övladını divara çırpıb öldürdü -DƏHŞƏT

Türkiyədə dəhşətli cinayət faktı qeydə alınıb.Amasyada 20 yaşlı gəlin Ayşe I. 3 illik əri evdə olmayan vaxt Elif adını qoyduğu 18 günlük qızını ağladığına görə divara çırparaq öldürüb. Səsə gələn qonşular uşağı xəstəxanaya çatdırsalar da, Elif dünyasını dəyişib. 

Türkiyədə uşaq 25 min AZN tapdı - Sahibi bilinmir

alt

Türkiyədə Edirnekapıda anasının rəfiqəsi ilə gəzintiyə çıxan uşaq avtobus dayanacağından içərisində Azərbaycan manatı olan çanta tapıb.

Qafqazinfo” xəbər verir ki, qadın pul ilə dolu çantanı polis bölməsinə gətirib. Paketin içərisində 50 min lirəyə bərabər 50 və 100 manatlıqlar olduğu məlum olub.

Qadın çantanın sahibini tapmaq üçün sosial şəbəkədən çağırış edib: “Pulun sahibi tapılarsa onunla tanış olmaq istəyərəm. İnşallah pul ünvanına çatar. Restoranda işləyirəm. Alnımızın təri ilə çalıraşaraq qazandığımız pulu yeyirik”.

Anasının meyidini zirzəmidə basdırıb cildinə girdi - 2 il təqaüdünü aldı

alt

Türkiyədə hər kəsi şoka salan hadisə baş verib. "Şərafəddin nənə" ləqəbli Şərafəddin Gencel anası öldükdən sonra onun adına uzun müddət pensiya alıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fırıldaqçı iki ildən sonra rəsmi qurumlar tərəfindən ifşa olunub. Belə ki, qurumlar Şərafəddinin anasının vəfat etdiyini aydınlaşdırıblar.

14 ay həbs edilən Şərafəddin məhkəmədə bildirib ki, anası kimi görünmək üçün bir həftə ayna qarşısında məşq edib: "Qardaşımı belə aldatmışdım. Heç kim şübhələnmədi.

Onun anasını evin zirzəmisində basdırdığı da ortaya çıxıb.

Boşanmaq üzrə olan qadın özünü 9-cu mərtəbədən atdı - Azyaşlı oğlu da qucağında olub...

alt

Rusiyanın Omsk şəhərində faciəli hadisə baş verib.

Dalga TV  Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 33 yaşlı yerli sakin Anna P. özünü 9-cu mərtəbədən aşağı atıb. Ən dəhşətlisi isə qadının özünü atarkən oğlunu da özü ilə götürməsidir. Belə ki, Anna P. Həmin vaxt yuxuda olan 9 yaşlı oğlu Qlebi də qucağına götürüb. Daha sonra isə pəncərəyə yaxınlaşaraq özünü aşağı atıb. Nəticədə ana və oğlu ölüb.

İntihar etməzdən öncə qadın məktub yazıb. Burada o, intihar səbəbini şəxsi problemləri ilə əsaslandırıb. Polisdən verilən məlumata görə, qadın əri ilə boşanma ərəfəsində olub. Bundan əlavə, məhkəmə psixoloji xəstəliklərinə görə onu analıq hüquqlarından məhrum edib.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstan DİN: “Marneulidə saxlanılanlar polisə zor tətbiq ediblər””

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında keçirilən aksiya səngiyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentinə yeni seçilən deputatlardan Azər Süleymanov və Mahir Dərziyev və deputatlığa namizədlər İsrafil Bayramov və Əhməd İmamquliyev və Avropa İnsan Haqları Məhkəməsinin Gürcüstan üzrə təmsilçiləri Marneuli Rayon Polis İdarəsinin qarşısına gələrək aksiya iştirakçıları ilə görüşüblər. Aksiya iştirakçıları deputatları və deputatlığa namizədləri  fitə basıblar. Etirazçılar dünən gecə maskalı xüsusi təyinatlılar tərəfindən saxlanılan 1997, 1994, 1996, 1996, 1992 və 1993 təvəllüdlü gənclərin gecə saatlarında saxlanılmasına etirazlarını bildirib və onların tezliklə azad olunmasını tələb ediblər.

Gürcüstan DİN-dən APA-ya verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və  qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib. DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.

Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: “Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.

Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: “Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq”, - deyə deputatlığa namizəd qeyd edib.

“Burçuladze-Dövlət xalq üçün” partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili  ilə görüşdüklərini bildirib: “Qubernator bizə bildirdi ki,  baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib”, - deyə İ. Bayramov vurğulayıb.

Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.

Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.

Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib. 

4 milyonluq toydan - Fotolar

Albaniya şahzadəsi II Leka Zoqu ölkəsnin ən məşhur sənətçisi Elia Zaharia ilə ailə qurub.

Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, toy mərasimi paytaxt Tirananın məşhur otellərindən birində baş tutub.

Nikah mərasimi isə hökumət tərəfindən muzeyə çevrilmiş Kral Zoqun sarayında xüsusi icazə ilə keçirilib.

Toya dünyanın bir çox tanınmış siyasətçiləri və iş adamları dəvət alıb. Lakin yerli siyasətçilərdən heç kim toyda iştirak etməyib.

Toya 2.5 milyon avro (təxminən 4.2 milyon manat) xərclənib.







 

Tolqanın evinə həbs qoyuldu - Günayın istəyi ilə...

Keçmiş evli cütlük- məşhur aktyor Tolqa Karel ilə azərbaycanlı model Günay Musayevanın münasibətləri yenidən gərginləşməyə başlayıb.

Qafqazinfo” xəbər verir ki, məhkəmə oğlu Cahangirin alimentini verməyən Tolqanın Beylerbeyindəki evi nəzarətə götürüb.

Musayevanın vəkili mövzu ilə bağlı açıqlama yayıb. 

“O, lüks içində yaşayır, ancaq oğluna 500 TL dəyərində aliment vermir. Vicdansızlıqdır, bu səbəbdən məhkəməyə müraciət etdik, onun evinə həbs qoyulub”, -deyə vəkil qeyd edib.

Xatırladaq ki, məşhur cütlük 2011-ci ildə evlənmiş, ötən il isə münasibətlərinə son qoymuşdular.

Ağalarovun obyektində partlayıcı tapıldı - Foto

alt

Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, “Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb. Məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində aşkar edilib. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birlərinə ötürmək istəyiblər.

“Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olmuşdu ki, “Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.

Partlayıcı maddənin fotoşəkli də dərc olunub. Qeyd edilir ki, fotoda görünən qurğunun yalnız bir hissəsidir.

Qeyd edək ki, “Krokus Ekspo” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Bakıda Dubay nömrəli “Lamborghini” saxlanıldı - Foto

alt

Bakıda yol polisi yarım milyonluq “Lamborghini” markalı avtomobili cərimə meydançasına salıb.

Qafqazinfo”nun xəbərinə görə, bu barədə Criminal.az-a maşının sahibi Xəyal Tağızadə məlumat verib. “Lamborghini”nin sahibi avtomobilinin cərimə meydançasına salınmasında mətbuatı günahlandırıb.

Belə ki, ötən gün avtosfer.az-da “'Bahalı maşını Bakıda Dubay nömrəsi ilə sürən kimdir?” başlıqlı yazı dərc edilib. Həmin yazıda qeyd olunub ki, L 1117 Dubay nömrəli “Lamborghini” Bakıda bir neçə aydır sürülür.

X.Tağızadə bü gün onu da əlavə edib ki, avtomobil ona məxsusdur və avqust ayında Dubaydan Bakıya gətirilib: '”Maşının 3 ay Bakıda Dubay nömrəsi ilə idarə olunması üçün icazəsi var. Mən nə məmur oğluyam, nə də avtoş... Niyə rahat yaşamağa qoymursunuz bizi? Fəxr etməlisiniz ki, azərbaycanlı “Lamborghini” sürür. Mən halal pulla qazanıb maşın almışam. Bir həftədən sonra maşın yenidən Dubay şəhərinə aparılacaq”.

17 yaşlı oğul atasını niyə öldürdü? - Divanda televizora baxarkən...

alt

Dünən Bakıda 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsinin təfərrüatı məlum olub.

“Qaqfazinfo”nun Lent.az-a istinadən məlumatına görə, Binə qəsəbəsi, Südçülük Sovxozundakə fərdi yaşayış evində atası, 41 yaşlı Qulu Qasımovu bıçaqlayaraq öldürən 17 yaşlı Kənanın psixi problemlərinin olduğu məlum olub.

Müəyyənləşdirilib ki, son aylarda 17 yaşlı Kənanın davranışlarında ciddi dəyişikliklər olub. O, tez-tez valideynləri, əsasən də anası ilə dalaşırmış. Bir neçə gün əvvəl 17 yaşlı Kənanın çətinliklə qəbul olduğu liseyi özbaşına tərk etməsi isə ailədə münasibətləri daha da kəskinləşdirib. Nəhayət dünən səhər saatlarında anası işə getdikdən sonra atası Kənanla söhbət etməyə çalışıb və oktyabrın 5-də anasına dediyi sözlərə görə onu danlayıb. Gənc oğlan isə atasına sərt cavab verib və heç kimin onun işinə qarışmamasını deyib. Ata ilə oğulun mübahisəsi daha sonra münaqişəyə çevrilib və 17 yaşlı Kənan divanda uzanıb televizora baxan atasına hücum çəkib və ona bıçaqla zərbələr endirib.

Hadisə vaxtı evdə ata ilə oğuldan başqa kimsə olmayıb. Dayısı Kənanı polisə təslim edib.

Qeyd edək ki, oğlu tərəfindən öldürülən Q.Qasımov taksi sürücüsü olub.

“Bakıdan növbəti dəfə təklif gələrsə, sevinclə qarşılayaram” - Hollivud ulduzu

“CinemaPlus” kinoteatrında “Əli və Nino” filminin qəhrəmanlarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Nino obrazını canlandıran Mariya Valverde, həmçinin Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.

Mətbuat konfransında yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Filmin baş qəhrəmanı, Hollivud ulduzu Mariya Valverde Azərbaycana aşiq olduğunu bildirib. O qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.

Qeyd edək ki, yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Saytda Axtarış

ახალი ამბები