Dalga Televiziyasi Digər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1008
DünənDünən634
Bu həftəBu həftə7444
Bu ayBu ay52143
Bu günə qədərBu günə qədər7422617

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AQTA Gürcüstandan Azərbaycana gətirilən 26 ton zərərli kartofu geri qaytarıb

altÖlkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartof məhsulundan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.

Agentlikdən "Report"a verilən məlumata görə, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

“Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

Azərbaycan Tbilisidə keçirilən Vəkillərin Beynəlxalq Konfransında təmsil olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Vəkillərin Beynəlxalq Konfransı keçirilir.

Tədbir Avropa Şurası, Avropa Vəkilləri Assosiasiyası, və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən təşkil olunub.

Beynəlxalq konfransda Gürcüstanla yanaşı, Azərbaycan, Polşa, Belarus, Ermənistan, Rusiya və Ukraynanın vəkillər kollegiyalarının üzvləri iştirak edirlər.

Azərbaycanı toplantıda Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Kollegiyanın Rəyasət Heyətinin üzvü Fariz Məmmədov təmsil edirlər.

İkigünlük tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrin vəkillər assosiasiyaları arasında əlaqələrin inkişaf etdirilməsi və vəkillik sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Konfransda çıxış edən Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani tədbir iştirakçılarını ölkədə qeyd olunan Vəkillər günü münasibətilə təbrik edib. O deyib ki, son illər Gürcüstanda vəkillərin peşəkarlıq səviyyəsi artır: “Gürcüstanda vəkillərin yalnız 2 faizi hakim ola bilir. Bu, çox kiçik göstəricidir. Kollegiya tərəfindən vəkillərin peşəkarlığının daha da artırılması istiqamətində işlər aparılır”.

Daha sonra çıxış edən Avropa Vəkilləri Assosiasiyasının sədri Mariya Slazak konfransda iştirak edən və müxtəlif ölkələri təmsil edən vəkilləri təşkilatla sıx əməkdaşlıq etməyə çağırıb. O qeyd edib ki, Assosiasiyaya Avropa Şurasına üzv olan bütün ölkələrin vəkilləri təmsil oluna bilərlər.

Konfrans müxtəlif mövzulara həsr olunmuş panellərlə davam etdirilir. 

Gürcüstanda şaxtaçılar etiraz edir

alt

Gürcüstanın Tkibuli şəhərində kömür mədənlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı şaxtaçılar etiraz aksiyası keçirir.

Dünən axşam saatlarında Dzidziquri adına mədənə enən şaxtaçılar oradan çıxmayıblar.

25 nəfərə yaxın şaxtaçı 300 metr dərinlikdə qalmaqda davam edir. Şaxtaçılar hökumətdən mədənlərdə istehsal prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilməyənədək mədəndə qalacaqlarını bildiriblər.

Digər şaxtaçılar isə bu gün saat 12:00-da Tkibuli meriyası qarşısında etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, bu ilin iyulun 16-da Tkibulidəki Mindeli mədənində baş vermiş qəza nəticəsində 4 şaxtaçı ölüb. Hadisədən sonra hökumətin qərarı ilə Tkibulidə yerləşən bütün mədənlərin fəaliyyəti dayandırılıb. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia mədənlərdə istehsal prosesinin dekabr ayının ortalarında bərpa olunacağını bildirib.

Tbilisidə iqtisadi inkişaf üçün peşə təhsili təşəbbüsləri mövzusunda beynəlxalq konfrans keçirilib

Noyabrın 5-də Tbilisidə “Minilliyin çağırışları: iqtisadi inkişaf üçün peşə təhsili təşəbbüsləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrində əldə olunan gəlirlərin bəşəriyyətin gələcəyi naminə insan kapitalına yönəldilməsi, peşə təhsilinin inkişafı, gənclərin işlə təmini, bəzi ölkələrdə dövlət və hökumət strukturlarında işlə təmin olunmaqda milli ayrı-seçkilik və digər məsələlər barədə müzakirələr aparılıb.

Çıxışlarda bildirilib ki, insan kapitalının artırılmasına yönəlmiş islahatlar hər bir ölkənin inkişafına xidmət edir. Təhsilin inkişafı, tələbə və gənclərə yeni ixtisasların öyrədilməsi, təhsil sahəsində islahatlar iqtisadiyyatın şaxələndirilməsində insan kapitalının vacibliyini bir daha ortaya qoyur. Çıxış edənlər Cənubi Qafqaz ölkələrində dövlətin peşə təhsilinin inkişafına, gənclərin işlə təmin olunmasına diqqət yetirməsinin vacibliyini xüsusi qeyd ediblər.

Gürcüstan parlamentinin təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşi Cənubi Qafqazda, xüsusən də öz ölkəsində peşə təhsilinin inkişafına yönəldilmiş islahatlar və bu sahədə beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Bildirib ki, Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin hazırladığı yeni təhsil qanunu ölkədə milli mənsubiyyətindən asılı olmayaraq bütün gənclərin ilkin peşə təhsili almalarına və öyrəndikləri ixtisas üzrə işlə təmin olunmalarına imkan yaradacaq. Hazırda qanunvericilikdə bir sıra boşluqlar var və gənclər ixtisas üzrə iş tapmaqda çətinlik çəkirlər.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsi yaxın vaxtlarda parlamentdə qəbul ediləcək.

Gürcüstanda illik inflyasiya 2,3% olub

Ötən ay Gürcüstanda inflyasiya 0,3% təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Ölkədə illik inflyasiya isə 2,3% olub.

Oktyabr ayında Gürcüstanda geyim (3,6%) və ayaqqabıların (12.6%) qiymətində bahalaşma olub. Nəqliyyat xərcləri 0,6%, alkoqollu içkilər və tütünün qiyməti 0,7%, səhiyyə xərcləri isə 0,6% artıb.

İllik inflyasiyaya gəlincə, ötən illə müqayisədə ərzaq və alkoqolsuz içkilər 0,2%, alkoqollu içkilər və tütün 5,7%, nəqliyyat xərcləri 6,5%, səhiyyə xərcləri 6,1%, kommunal xərclər isə 4,4% artıb. 

Leyla Əliyeva Xalq artistindən müsahibə aldı - FOTO

alt

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xalq artisti Fəxrəddin Manafovla görüşüb. O, aktyordan baş redaktoru olduğu "Bakı" jurnalı üçün müsahibə alıb.

Bu barədə Leyla Əliyeva özünün İnstaqram səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, müsahibə yaxın vaxtlarda oxucuların ixtiyarına veriləcək.

Türkmənistanda elmə məlum olmayan canlı aşkarlanıb

İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.

Bu barədə "Report" "Planet Today"ə istinadən xəbər verir.

Məlumata görə, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.

Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamül yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.

Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar.

Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.

Viskonsində dörd nəfər atışmanın qurbanı olub

ABŞ-ın Viskonsin ştatında atışma nəticəsində dörd nəfər ölüb.

Dalga tv  Fox 11 News telekanalına istinadən xəbər verir ki, insident martın 22-də Maraton dairəsində baş verib. 

Polisə Rotsçayld qəsəbəsində bank yaxınlığında, Şofild yaşayış məntəqəsində və buradan üç kilometr kənarda silahlı insident barədə məlumat daxil olub.

Güc strukturlarının nümayəndələri mətbuat konfransında hadisələrin bir-biri ilə bağlı olduğunu etiraf ediblər. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb, onun adı açıqlanmır, həmçinin cinayətin motivləri də məlum deyil.

Atışma nəticəsində bir polis əməkdaşının və üç vətəndaşın öldüyü bildirilir. 

Misir Mərdanova ağır itki

Tanınmış elm xadimi, sabiq təhsil naziri Misir Mərdanova ağır itki üz verib. 

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, M.Mərdanovun anası Mələk xanım vəfat edib. O, bu gün "Qurd qapısı" məzarlığında dəfn ediləcək.

Allah rəhmət eləsin! 

İsraildən aldığımız 5 milyardlıq silahlar

alt

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır.

Qafqazinfo” xəbər verir ki, hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 11 il əvvələ təsadüf edir. 2005-ci ildən başlayaraq ölkələrimiz arasında bu sahədə fəal əməkdaşlıq aparılır.

Ekspertin fikrincə, ilk illərdə Azərbaycan İsraildən reaktiv yaylım atəş sistemləri və pilotsuz uçuş aparatları alıb: “2008-ci ildə hərbi paradda bu silahlar nümayiş etdirilib. 122 mm Lynx Qrad, reaktiv yaylım sistemləri, 305 mm-lik extra operativ-taktik raket sistemləri (uçuş məsafəsi 150-160 km), eləcə də Azərbaycan İsrail şirkətindən “Aerostar” və “Orbiter-2” pilotsuz uçuş aparatları alıb 2008-ci ildə Azərbaycanın Müdafiə Nazirliyi və İsrailin “Elbit” şirkəti ilə imzalanan kontrakt əsasında Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan T-72 tankları modernizasiya olunub. Bu tanklardan aprel döyüşlərində istifadə olunub və özünü doğruldub. Tanklar döyüş zamanı yaxınlığdakı tankın düşmənə məxsus olmasını müəyyən edən sistemlə təmin olunub.

Həmin illərdə Azərbaycan və İsrailin “Elbit” şirkəti arasında imzalanan 156 milyon dollarlıq müqavilə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin rabitə sistemi tamamilə yenilənib. Alınan rabitə sistemlərindən bu gün də istifadə olunur və bu, dünyada istifadə olunan ən müasir rabitə sistemidir”.

R.Süleymanov bildirib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb: “Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. Bu pilotsuz uçuş aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. Sentyabr ayında isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. Qeyd etmək lazımdır ki, həmin pilotsuz uçuş aparatlarının motor və eletronik sistemləri çıxılmaqla qalan hissələri tam olaraq Azərbaycanda həyata keçirilir. O cümlədən onun proqram təminatı yerlidir. Bu, hərbi sənayemizə uğur qazandırdı. Sentyabr ayında imzalanan müqaviləyə əsasən müəssisə Azərbaycan Silahlı Qüvvələri üçün “Orbiter-3” və “Orbiter-4” havada 24 saat qala bilən pilotsuz uçuş aparatlarını istehsal edəcək”.

R.Süleymanov vurğulayıb ki, Azərbaycan İsraildən aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını alıb: “Eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları İsraildən alınıb. Həmçinin İsrailin şirkəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidməti ilə bir yerdə müəssisə təşkil edib. Yerli müəssisədə sahil mühafizə xidməti üçün gözətçi gəmilərinin istehsalı həyata keçirilir. Bundan əlavə Azərbaycan İsraildən dünyanın ən müasir tank əleyhinə raket kompleksləri olan “Spayk” alınıb. Bu silahın aprel döyüşlərində gözəl nəticələri oldu.

Silahlı Qüvvələrin Baş Qərargah Mərkəzində qurulan sistem İsrail şirkətinə məxsusdur. Bu sistem vasitəsilə bütün ordu korpusları, briqadaları canlı bağlantıya qoşula bilir. Həmçinin sistem vasitəsilə ön cəbhədə vəziyyəti izləmək mümkündür. Bundan əlavə Azərbaycan 2016-cı ildə İsraildən zirehli maşınlar alıb. Ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində İsrailin istehsalı olan müxtəlif snayper, avtomat, pulemyot və tapancalar yer alır. Bu əməkdaşlıq müdafiə sektorunun bütün sahələrini əhatə edir”.

Hərbi ekspert qarşıdakı illərdə bu əməkdaşlığın uğurla davam edəcəyini qeyd edib: “Qarşıdakı illərdə “Dəmir gümbəz” komplekslərinin alınması olacaq. Artıq razılaşmanın olduğuna dair informasiyalar var. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha gücləndirmiş olacaq”.

 

Ərdoğanın kortejində qəza

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümə namazını qılmaq üçün məscidə gedərkən qəza baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbulda prezidentin kortejində baş verən qəzada 4 polis əməkdaşı yaralanıb. Qəza səbəbindən yolda böyük tıxac yaranıb.

Gürcüstanda müxtəlif xidmət sahələrində qiymətlər bahalaşıb

Gürcüstanda cari ilin noyabr ayında ərzaq malları və kommunal xidmətlər bahalaşıb, paltarların və ayaqqabının qiymətində isə ucuzlaşma müşahidə edilib.

“Dalga TV” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, cari ilin noyabr ayında ötən ilin müvafiq ayı ilə müqayisədə spritli içki və tütün məmulatlarının qiyməti 10,5 faiz, səhiyyə xidməti 1,5 faiz, rabitə xidməti 3,89 faiz artıb, mehmanxanalarda, kafe və restoranlarda xidmət haqqı 3,2 faiz, təhsil sahəsində isə 1 faiz bahalaşma müşahidə edilib.

Məlumata görə, Gürcüstanda nəqliyyat sahəsində də 1,8 faiz qiymət artımı olub. 

Saytda Axtarış

ახალი ამბები