Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün351
DünənDünən1983
Bu həftəBu həftə7296
Bu ayBu ay45034
Bu günə qədərBu günə qədər7472368

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın törəmə şirkətləri Gürcüstanın ən iri 20 şirkəti arasında yer alıb

Gürcüstanın nüfuzlu "Forbes Georgia" biznes nəşri ölkənin dövriyyəyə görə ən iri 20 şirkətinin siyahısını tərtib edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı iki törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" və "SOCAR Georgia Gas" 20 ən iri şirkətin siyahısında yer alıb.

Siyahıda Gürcüstanın dövlət şirkətləri olan "Telasi" enerji paylayıcı şirkəti, "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru" (ESCO) və “Gürcüstan Dəmir Yolu” MMC də var.

Bu sənəddə neft şirkətləri dominantlıq edir. Belə ki, siyahıya 6 neft şirkəti daxil olub. "Forbes Georgia"nın qeyd etdiyi kimi, qonşu ölkənin biznes sektorunda ən böyük dövriyyəyə ticarət, emal sənayesi və tikinti sahələri sahibdir. Ötən ilin III rübünün məlumatına əsasən, biznes sektorda dövriyyə 19,7% artaraq, 18,6 mlrd. lari təşkil edib.

Azərbaycan ötən il Türkiyə və Gürcüstana qaz ixracını artırıb

2017-ci il ərzində Bakı-Tbilisi-Ərzurum  boru kəməri ilə Türkiyəyə 6300,1 mln. kubmetr qaz ixrac edilib. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 0,87% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Energetika Nazirliyinin  2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.

Məlumata görə, ötən il ərzində Bakı-Tbilisi-Ərzurum  boru kəməri ilə Gürcüstana 814,9 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə  2,81% çoxdur.

2017-ci il ərzində Qazıməmməd-Qazax boru kəməri ilə Gürcüstana 1379,7 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 18,32% çoxdur.

SOCAR rekord qırdı — Türkiyə mətbuatı ondan yazı

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR keçən il ümumi neft istehsalını 1 milyon ton həcmində artıraraq, 42 milyon ton səviyyəsinə çıxarıb və rekord qırıb.

Dalga tv xəbər verir ki, bu barədə Türkiyənin Hürriyet qəzetinin "SOCAR neft istehsalında rekord qırdı" başlıqlı məqaləsində deyilir.

"SOCAR-ın açıqlamasında şirkətin xam neft istehsalının və gəlirlərinin 2017-ci ildə əvvəlki ilə nəzərən artım nümayiş etdirdiyi bildirilib. Xüsusilə köhnə yataqlarda yeni texnologiya ilə istehsala keçilərək ümumi həcmdə 1 milyon ton istehsala nail olduqları ifadə edilib. SOCAR bununla il ərzində indiyəqədərki ən yüksək rəqəmə çatıb və istehsal rekordu qırıb", - deyə, məqalədə qeyd olunur.

Bildirilir ki, köhnə mədənlərdəki istehsalın azalmasının qarşısını almaq məqsədilə yeni texnologiyalarla geoloji-texniki işlər və yeniləmələr həyata keçirilib, bununla yanaşı, istehsalın bütün gücü ilə davam etdirilməsi üçün yeni neft yataqları da istismara açılıb.

"Şirkətin açıqlamasına görə, SOCAR-la müqavilələri olan "Abşeronneft" və "Bibiheybətneft" şirkətləri də neft istehsalını əvvəlki ilə nisbətən 8.7 faiz və 1.9 faiz həcmində artırıb".

Məqalədə həmçinin SOCAR-ın “Azneft” İstehsalat Birliyinin direktoru Daşqın İsgəndərovdan sitat gətirilir.

"Abşeron" yatağında iki dəfədən çox istehsal artımına nail olduqlarını qeyd edən D. İsgəndərov əlavə edib ki, SOCAR istehsalı artırmaqla yanaşı, xərcləri də aşağı salıb:
"Azərbaycandakı neft mühəndislərinin qərarlılığı sayəsində emal xərclərini dünya səviyyəsindən də aşağı salmağa nail olmuşuq".

Dünya birjasında neftin qiymətinin yenidən yüksəlişə keçməsi üçün OPEC ölkələri tərəfindən istehsalın azaldılması ilə bağlı müqavilənin müddətinin 2018-ci ilin sonuna qədər uzadıldığını xatırladan İsgəndərov Azərbaycanın bu müqavilə çərçivəsində istehsalın məhdudlaşdırılması ilə əlaqədar götürdüyü öhdəliklərini tam olaraq yerinə yetirdiyini və istehsaldakı azalmanın yüksələn neft qiymətlərinin təsiri ilə SOCAR-ın gəlirlərinə müsbət təsir etdiyini də bildirib.

Giorgi Çikovani: “Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”

"Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani deyib.

O bildirib ki, Gürcüstan bu il Rusiyadan təbii qaz idxal etməyəcək: "Hazırda Gürcüstan təbii qazı Azərbaycandan iki istiqamət üzrə - "Şahdəniz" konsorsiumu və "SOCAR" şirkətindən əldə edir".

G.Çikovanin qeyd edib ki, "Qazprom" şirkəti ilə imzalanmış müqavilə məxfidir və ictimaiyyətə açıqlana bilməz: "Müqavilələrdə qeyd olunub ki, əgər Gürcüstanın pik vaxtlarda və ya qəza zamanı əlavə təbii qaz həcminə ehtiyacı olarsa, o zaman həmin həcm Rusiya və ya digər ölkələrdən tədarük oluna bilər. Lakin hazırda buna ehtiyac yoxdur".

Qeyd edək ki, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunub. Bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini "SOCAR" şirkətindən, 813 mln. kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

“SOCAR Georgia Gas”: Gürcüstan hökuməti qarşısında götürülən öhdəliklər yerinə yetirilib

"SOCAR Gürcüstan hökuməti qarşısında götürdüyü bütün öhdəlikləri artıqlaması ilə yerinə yetirib".

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov deyib.

O bildirib ki, şirkət Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin icrası ilə bağlı 10 illik hesabat hazırlayıb: "Hesabat üzərində tamamlama işləri aparılır. Bu ayın sonunda sənəd Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə təqdim olunacaq".   

Qeyd edək ki, SOCAR və Gürcüstan hökuməti arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən, qonşu ölkənin 30 qazpaylayıcı təsərrüfat və şəbəkəsi şirkətin idarəçiliyinə verilib.

SOCAR Gürcüstanın 80%-dən çoxunu təbii qazla təmin edir. 2008-2016-cı illərdə "SOCAR Georgia Gas" şirkəti 800 yaşayış məntəqəsini təbii qazla təmin edib. Hazırda şirkətin 600 minə yaxın abunəçisi var.

Gürcüstanda Azərbaycan qazının satış həcmi 7 dəfə artıb

"Gürcüstanda ərazisində Azərbaycan qazının satış həcmi və abunəçi bazası 7 dəfə artıb".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu "SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədov "Georgian Business Consulting" nəşrinə deyib.

O bildirib ki, Gürcüstan hökuməti ilə 2008-ci ildə imzalanmış müqavilənin müddəti 10 dekabr 2017-ci il tarixində bitib və bu ayın sonunda sənədin icrası ilə bağlı 10 illik hesabat təqdim olunacaq.   

A.Məmmədov əlavə edib ki, cari il üzrə şirkətin bir çox planları var: “Prioritet institusional islahatlarla yanaşı təşkilatı strukturu inkişaf etdirməkdir. Azərbaycandakı baş ofis və yerli tənzimləyicilər bunu tələb edir”.

Şirkət rəhbəri keyfiyyətə nəzarət və paylayıcı şəbəkənin idarə olunmasında Avropa standartlarının tətbiqində üstünlüklərin əldə olunduğunu qeyd edib. 

SOCAR Vyanada keçiriləcək Avropa Qaz Konfransında iştirak edəcək

SOCAR rəsmisi yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək XI Avropa Qaz Konfransında (European Gas Conference 2018) iştirak edəcək.

Bu barədə APA-Economicsə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

O bildirib ki, hazırda SOCAR XI Avropa Qaz Konfransı çərçivəsində görüş və müzakirə imkanlarını nəzərdən keçirir.

Energetika Nazirliyindən isə APA-Economicsə bildiriblər ki, nazirliyin nümayəndələri XI Avropa Qaz Konfransında iştirak etməyəcək.

Xatırladaq ki, yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı keçiriləcək. 430-dan çox nümayəndənin iştirak edəcəyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir. Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 8,4 dəfə artırıb

2017-ci ildə Gürcüstanda elektrik enerjisinin idxalı 1 mlrd. 497,2 mln. kv/saat təşkil edib.

APA-nın yerli bürosu “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına istinadla xəbər verir ki, ötən il qonşu ölkəyə ən çox (917,6 mln. kv/saat) Azərbaycandan elektrik enerjisi idxal olunub. Bu göstərici 2016-cı illə müqayisədə 8,4 dəfə çoxdur.

Ötən il Gürcüstan Rusiyadan 452,2 mln kv saat, Ermənistandan isə 127,4 mln. kv/saat elektrik enerjisi idxal edib.

Gürcüstandan elektrik enerjisinin ixracı isə 685,7 mln. kv/saat təşkil edib. Türkiyəyə 284,5 mln kv/saat, Rusiyaya 261,9 mln kv/saat, Azərbaycana 1,7 mln. kv/saat, Ermənistana isə 137,5 mln. kv/saat elektrik enerjisi çatdırılıb.

Gürcüstan ərazisindən tranzit vasitəsilə 254 mln. kv/saat elektrik enerjisi ötürülüb. 205,1 mln. kv/saat Azərbaycandan Türkiyəyə, 42,2 mln. kv/saat Rusiyadan Ermənistana, 6,7 mln. kv/saat isə Rusiyadan Türkiyəyə çatdırılıb.

SOCAR İBM şirkəti ilə birgə müəssisə yaradıb

SOCAR və IBM şirkəti Caspian Innovation Center adlı birgə müəssisə yaradıb.

SOCAR-dan APA-Economicsə verilən məlumata görə, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları (İT), biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir.

SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcək.

“Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə - neft-qaz sənayesinin fövqünə qaldırırıq”, - deyə SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib.

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcək.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, - deyə IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi vurğulayıb.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

Ötən il Gürcüstan turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə görə, bu, 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

Ötən il qonşu ölkənin turizmdən ən çox gəliri iyul, avqust və sentyabr aylarının payına düşüb. İyul ayında gəlir 379 mln., avqustda 395 mln., sentyabrda isə 307 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur.

Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məbləğin 28 272 634 larisi seçkinin keçirilməsi, 1 002 300 larisi seçkilərə hazırlıq, 2 242 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
 

Gürcüstanda prezident seçkisi oktyabr ayında keçiriləcək. 

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

APA-nın yerli bürosunun Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb. 

Saytda Axtarış

ახალი ამბები