Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1108
DünənDünən634
Bu həftəBu həftə7544
Bu ayBu ay52243
Bu günə qədərBu günə qədər7422717

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bu gün Bakıda Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçiriləcək.

l=Layihəyə daxil olan boru kəmərlərindən birincisi - genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri istismara veriləcək.

Beləliklə, Cənub Qaz Dəhlizinin ilk hissəsi açılmış olacaq, genişləndirilən Cənubi Qafqaz Boru Kəməri ilə ilk qaz ötürülməyə başlanılacaq.

Dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

 

Cənub Qaz Dəhlizinə daxil olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi ilə bağlı yekun investisiya qərarı "Şahdəniz Mərhələ 2"ilə eyni vaxtda - 2013-cü il dekabrın 17-də verilib. Layihənin investisiya dəyəri 4,7 mlrd. ABŞ dolları təşkil edir. 2014-cu il sentyabrın 20-də təməlqoyma mərasimi keçirilib.

TANAP-ın Əskişəhərə qədər hissəsinin açılış mərasiminin isə iyunun 12-də keçirilməsi gözlənilir. Beləliklə, TANAP-la ilk qaz gələn ay Türkiyə bazarına daxil olacaq.

Cənub Qaz Dəhlizinin sonuncu qolunun - TAP-ın isə 2020-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

"SOCAR Georgia Gas” kommersiya baxımından daha səmərəli layihələri nəzərdən keçirir

"SOCAR Georgia Gas" şirkətinin direktoru Azər Məmmədovun APA-ya müsahibəsi:

- Azər müəllim, "SOCAR Georgia Gas"ın 2017-ci il üzrə fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz?

- 2017-ci il "SOCAR Georgia Gas" şirkəti üçün növbəti uğurlu bir il kimi yadda qaldı. Bildiyiniz kimi, 2008 və 2014-cü illərdə SOCAR şirkəti ilə Gürcüstan hökuməti arasında imzalanmış müqavilələrə əsasən, şirkətimiz tərəfindən 2017-ci ilin sonuna kimi 250 min abunəçi üçün yeni qaz şəbəkəsinin tikilməsi planlaşdırılmışdı. 2017-ci ilin dekabrın 10-da biz bu planı müvəffəqiyyətlə tamamladıq. Müstəqil auditor tərəfindən hazırlanmış və müqavilənin tərəfi olan Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təsdiqlənmiş hesabata əsasən, abunəçilərin sayı 300 min ətrafında oldu. Başqa sözlə, planı artıqlaması ilə yerinə yetirdik.

 

2017-ci ili əlamətdar edən daha bir hadisə şirkətimizin 10 yaşının tamam olması idi və biz çox şadıq ki, bu illər ərzində qonşu ölkə Gürcüstanda “SOCAR Georgia Gas”ın gəlirləri davamlı olaraq müsbət dinamika ilə artıb və şirkətimiz əsas iqtisadi göstəricilər üzrə bazarın liderləri sırasında yer alıb.

- Ötən il "SOCAR Georgia Gas"ın qaz satışının həcmi nə qədər olub və  şirkətin abunəçi bazası necə formalaşıb?

- 2017-ci ildə "SOCAR Georgia Gas" ümumilikdə 1 mlrd. 300 mln. kub metr qaz satıb. Bu göstərici 2016-cı illə müqayisədə 10% daha çoxdur. Gürcüstan bazarında reallaşdırılan təbii qaz əsasən üçüncü tərəflərdən, o cümlədən beynəlxalq konsorsiumlardan əldə edilir, bununla da şirkət ölkəmizə əlavə gəlir qazandırır. SOCAR üçün Azərbaycan bazarı mütləq prioritet olduğuna görə, SOCAR-ın birbaşa öz imkanları ilə hasil etdiyi təbii qazı isə bütövlüklə Azərbaycan bazarına yönləndirilir.

  Abunəçi bazasına gəlincə, bildirməliyik ki, şirkətimiz əsasən Gürcüstanın bölgələrində fəaliyyət göstərir. 2008-ci ildə şirkətin 78 min abunəçisi vardısa, bu günə olan məlumata əsasən, abunəçilərin sayı 620 min təşkil edir. Onların 21 mini kommersiya, yerdə qalanı isə fiziki şəxslərdir. Yalnız 2017-ci il ərzində 60 mindən çox yeni abunəçi qaz şəbəkəsinə qoşulub. Bu temp davam edərsə, yəni ildə 50-60 min abunəçi şəbəkəyə qoşularsa, 2 il sonra ümumi abunəçilərimizin sayı 750 min ətrafında olacaq. Bu da 2008-ci illə müqayisədə şirkətin abunəçi bazası və qaz satışı həcminin 10 dəfə artması deməkdir.   

- Gürcüstan hökuməti ilə şirkət arasında yeni müqavilənin imzalanacağı nəzərdə tutulurmu?

- Qeyd etdiyim kimi, biz ötən il investisiya planımızı müvəffəqiyyətlə başa vurmuşuq və yeni müqavilənin imzalanması nəzərdə tutulmur. Ümumiyyətlə, 10 il öncə Gürcüstanda qaz şəbəkələri yaxşı vəziyyətdə deyildi, regionlar qazlaşdırılmamışdı və 2008-ci ildə ümumi respublika üzrə ev təsərrüfatlarının heç yarısı belə qaz şəbəkəsinə qoşulmamışdı. Həyata keçirilən layihələr sayəsində qazlaşma səviyyəsi hazırda 74%-ə çatdırılıb. Şirkətin əldə etdiyi bu nailiyyətlər Gürcüstan dövləti və əhalisi, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən çox yüksək qiymətləndirilir. Müqayisə üçün, Fransa, İspaniya, Avstriya, bir sıra digər Avropa ölkələrində qazlaşdırma səviyyəsi bundan daha aşağıdır. Region ölkələri arasında yalnız Azərbaycanda qazlaşdırma səviyyəsi Gürcüstandakı göstəricini ciddi üstələyir və hazırda artıq 94% təşkil edir.

- Şirkətin Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgə və kəndlərin qazlaşdırılmasında iştirakı necədir?

- Şirkətin Gürcüstan hökuməti ilə məlum investisiya müqaviləsi üzrə qazlaşdırdığı bölgə və kəndlərin siyahısı Gürcüstanın keçmiş Energetika Nazirliyi tərəfindən təqdim olunurdu. Gürcüstanda azərbaycanlıların yaşadığı bəzi kəndlərin sakinlərindən qazlaşdırma ilə bağlı bizə müraciətlər daxil olurdu və Energetika Nazirliyində baxılırdı. Daha sonra həmin kəndlər qazlaşdırma siyahısına salınırdısa, biz Energetika Nazirliyinin sifarişi əsasında onu tikinti planına daxil edə bilirdik. Lakin buna baxmayaraq, bizdə olan statistik məlumata əsasən, Gürcüstanda azərbaycanlıların yaşadığı  kəndlərin böyük əksəriyyəti artıq qazlaşdırılıb. Qazlaşdırmada “SOCAR Georgia Gas” şirkəti ilə yanaşı digər şirkətlər də iştirak edib.

   Əməliyyatlarımızı Gürcüstan hökumətinin müəyyən etdiyi çərçivələrdə həyata keçirsək də, biz burada yaşayan soydaşlarımıza dəstək verməyə çalışırıq. SOCAR-ın Gürcüstanda həyata keçirdiyi bir sıra sosial məsuliyyət layihələri  soydaşlarımızın inkişafına yönləndirilir. Gürcüstanda yaşayan Azərbaycanlılara kənd təsərrüfatı texnikanın hədiyyə edilməsindən tutmuş, Azərbaycanlı tələbələrə təqaüdlərin verilməsinə qədər müxtəlif layihələrimiz bu ölkədə yaşayan soydaşlarımızın inkişafına xidmət edir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun ev muzeylərinin bərpası və mədəniyyət sahəsində SOCAR tərəfindən həyata keçirilmiş digər işlər Azərbaycanın tarixi və mədəni irsinin Gürcüstanda təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

- Şirkət 2018-ci ildə hansı işləri görmək niyyətindədir? Bu il üçün tədbirlər planınız nədən ibarətdir?

- Bu yaxınlarda Xoni bələdiyyəsində 2017-ci ildə tikilmiş yeni qazpaylayıcı şəbəkə istismara verildi. Şəbəkə sayəsində 3 kəndin əhalisi təbii qazla təmin olunub. Gürcüstanda investisiya planımızı yerinə yetirdiyimizə görə hazırda kommersiya baxımından daha səmərəli olan layihələri nəzərdən keçiririk və yeni layihələrin tikinti planının təsdiq olunması iyun ayına planlaşdırılır. Eyni zamanda, Gürcüstanda yeni qaz şəbəkələrinin tikilməsi ilə bağlı yeni dövlət layihələri var. Bu layihələr arasında şirkətimiz və ölkəmiz üçün səmərəlisi olacağı təqdirdə, həmin layihələrdə iştirakımız istisna olunmur.

Azərbaycan və Gürcüstan arasında ilk birgə sərhəd məntəqəsinin yaradılması müzakirə olunur

"Gürcüstan İpək yolu təşəbbüsü çərçivəsində Azərbaycanla ilk birgə sərhəd məntəqəsinin yaradılması imkanlarını müzakirə edir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Manilada keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) illik toplantısında deyib.

Nazir bildirib ki, İpək yolu təşəbbüsündə iştirak edən bütün ölkələr infrastruktur layihələrinə fəal olaraq investisiyalar yatırır: “Gürcüstan bütün regional layihələrdə fəal iştirak edir. Mərkəzi Asiya regionu mineral resurslarla zəngindir. Bu, çox maraqlı bazardır. Buna görə də biz bu regionu dünya iqtisadiyyatına daha yaxşı inteqrasiya etməliyik".

 

M.Baxtadze bildirib ki, Gürcüstan və Cənubi Qafqaz regionu bu prosesdə əsas rol oynayır: "Gürcüstan regionda Avropa İttifaqı və Çinlə azad ticarət rejimi olan yeganə ölkədir. Avropanın Asiya ilə əlaqələndirilməsi regionda ÜDM-in artım tempinə əhəmiyyətli təsir göstərəcək".

Dmitri Kumsişvili: “Bir kəmər-bir yol” təşəbbüsü gömrük prosedurlarını sadələşdirəcək”

"Bir kəmər-bir yol" təşəbbüsü bütün iştirakçı ölkələrə əhəmiyyətli faydalar gətirəcək".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Beynəlxalq Valyuta Fondu və Çin Xalq Bankının keçirdiyi beynəlxalq konfransda çıxışında deyib.

Nazir bildirib ki, bu təşəbbüs regional əməkdaşlıq, infrastruktur və ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verir: "Təşəbbüs həmçinin bütün iştirakçılar üçün yeni iş yerlərinin yaradılması, biznes və sosial rifah üçün yeni imkanlar deməkdir. "Bir kəmər-bir yol” təşəbbüsü əhəmiyyətli investisiyalar tələb etməklə yanaşı, qanunvericiliyin uyğunlaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsini təşviq edir".

Gürcüstan prezidenti Abu-Dabidə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb

"2019-cu ildə biz Bakıdan başlayaraq, İtaliya və Yunanıstanda tamamlanacaq, cənubi Avropanı enerji imkanları ilə təmin edəcək vacib layihəni reallaşdıracağıq. Bu o deməkdir ki, bizim daha çox tərəfdaşımız və dostumuz olacaq".  

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Abu-Dabidə Strateji Araşdırmalar Mərkəzində ictimai mühazirə zamanı deyib. 
 

Dövlət başçısı çıxışında Gürcüstanın geosiyasi rolu, qonşu və tərəfdaş ölkələrə verdiyi imkanlar barədə danışıb: “Gürcüstan Asiya və Avropa bazarlarını, Xəzər və Qara dənizləri birləşdirən regionda yerləşir. Region bir sıra ölkələrə çoxlu imkanlar təklif edir”.
 

G. Marqvelaşvili deyib ki, Sovet İttifaqının süqutundan sonra Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq qurub: "Şevardnadze Xəzər dənizinin resurslarını Qara dəniz və Türkiyə ilə birləşdirən xətt yaratdı. Bu, təxminən 25 il öncə baş verib. Bu illər ərzində biz şərq və qərb ölkələri üçün imkanlar yarada bildik. Biz bu əməkdaşlıq üçün nəqliyyat, rabitə və infrastrukturun inkişafına investisiyalar qoyacağıq. Gürcüstan qlobal layihələr üçün maraqlı və perspektivli məkanlardan birinə çevrilib”.  

Prezident qeyd edib ki, Gürcüstan kiçik ölkə olsa da, Avropa, Türkiyə, Sovet İttifaqının keçmiş respublikaları və Çinlə azad ticarəti var: "Gürcüstan əsas və qlobal iqtisadiyyatlar üçün qapılar açır".   

ABŞ Ukrayna və Gürcüstana 726 milyon dollar ayırıb

ABŞ Konqresinin Nümayəndələr Palatası 2018-ci il üçün büdcə ayırmalarına dair qanun layihəsini qəbul edib.

APA-nın xəbərinə görə, respublikaçılar və demokratlar mövcud maliyyə ili üçün 1,3 trilyon dollar həcmində büdcə barədə razılığa gəliblər.   

Ukraynaya ayrılan maliyyə yardımının ümumi miqdarı 620,7 milyon dollar təşkil edəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. Kiyev 200 milyon dollar həcmində hərbi-texniki kömək alacaq. Bu, 2017-ci maliyyə ili ilə müqayisədə 50 milyon dollar çoxdur. Vəsait Ukrayna hərbi qulluqçularının hazırlığı, hərbi texnika və silah-sursat alınması, logistik təminat və digər məqsədlərə sərf olunacaq.  Daha 420,7 milyon dollar Ukraynaya ABŞ Dövlət Departamenti də onun nəzdindəki agentliklər vasitəsilə veriləcək. Bu, 2017-ci ildə ayrılan məbləğdən 10 milyon dollar çoxdur.

Gürcüstana isə 105,3 milyon dollar ayrılıb. Qeyd olunur ki, bu vəsaitlər Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiyadakı Rusiya işğalına dəstək məqsədilə istifadə oluna bilməz.

Bu il Azərbaycan Gürcüstana qaz ixracını 5%-dək artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 89 mln. 839,7 min ABŞ dolları dəyərində 429 min 748,9 kubmetr qaz ixrac edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı statistikada qeyd edilib.

2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 19 min 937,1 kubmetr və ya 4,86% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 7 mln. 240,4 min dollar və ya 8,77% çoxdur.

Qeyd edək ki, ötən ilin iki ayında Gürcüstandan Azərbaycana 82 mln. 599,3 min dollar dəyərində 409 min 811,8 kubmetr yanacaq qazı və digər qazları ixrac edilib.

SOCAR Gürcüstanda keçiriləcək yarışa sponsorluq edəcək

"SOCAR Georgia Petroleum" şirkəti Gürcüstanda keçiriləcək avtomobil yarışının rəsmi sponsoru olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, drift üzrə yarış Gürcüstanın Avtomobil İdmanı Federasiyası və "BMW Club Georgia" tərəfindən təşkil olunacaq. İlk mərhələsi aprelin 22-də keçiriləcək yarış mövsümü noyabr ayında başa çatacaq. Yarışa gürcü və əcnəbi iştirakçılar qatılacaq. 

"SOCAR Georgia Petroleum” şirkətinin baş direktoru Levan Giorqadze bildirib ki, yarış 2018-ci il üçün planlaşdırılmış ən böyük və möhtəşəm idman hadisələrindən biridir: "Yarış Gürcüstanda avtomobil idmanının inkişafını təşviq edəcək". Şirkət həmçinin yarışa qatılacaq avtoyarışçı Mevlud Meladzenin komandasına da sponsorluq edəcək.

SOCAR-ın törəmə şirkətləri Gürcüstanda ən iri 10 şirkətin siyahısında yer alıb

Gürcüstanın Milli Statistika İdarəsi 2017-ci ildə ölkədə ən böyük dövriyyəyə malik olmuş 10 iri şirkətin adını açıqlayıb.

APA-nın yerli bürosunun məlumatına əsasən, siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı üç törəmə "SOCAR Georgia Gas”, SOCAR Georgia Petroleum" və "SOCAR Gas Export-Import" şirkəti də yer alıb. 

"Top-10"na düşmüş şirkətlərin dövriyyə həcmləri qeyd olunmayıb

Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə ev əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.

Ailənin digər nümayəndəsi Fatma Məmmədova deyib ki, 7 ailə qanunsuz olaraq küçəyə atılır: "Ailələrin durumu çox ağırdır. Kasıbçılıqla, xəstəliklə çarpışan ailələrin evlərini əllərindən necə almaq olar? Vəziyyətimiz çox ağırdır. Martın 25-də məhkəmə icraçıları yenə gələcək və növbəti evi boşaldacaqlar".

Evindən çıxarılma qorxusu ilə yaşayan Maisuradze ailəsinin yaşayış sahəsi ilə bağlı sənədləri qaydasındadır. Lakin buna baxmayaraq, onların 1969-cu ildən yaşadığı sahə ailənin xəbəri olmadan satılıb. Ailənin yaşlı qadın üzvü evsiz qalmaq qorxusunun stressinə dözməyərək bu günlərdə vəfat edib. Ailənin ahıl başçısı gözdən əlildir və bu yaşda evsiz qalmaq qorxusu onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Yeddi ailənin hüquqlarını müdafiə edən vəkil Klara Şukvani ailələrin evlərindən çıxarılmasını qanunsuz olduğunu deyib: "Məhkəmə prosesi 2010-cu ildən davam edir. Sahəni satın almış tərəf müəyyən hissəni qanunsuz əldə edib və bununla bağlı cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin son qərarı olmadan ailələrin evlərindən zorla çıxarılması yolverilməzdir. Həmin ailələrə xüsusi statusun verilməsini tələb edirik".

İş üzrə növbəti məhkəmə iclasının aprelin 2-də keçiriləcəyi gözlənilir. 

Ailələrin problemi ilə bağlı Gürcüstan Azərbaycanlılarının Milli Konqresi (GAMK) artıq müvafiq dövlət qurumlarını məlumatlandırıb. GAMK sədri Əli Babayev bildirib ki, ailələr illərdir həmin ərazidə yaşayır, kommunal xərclər və digər vergiləri ödəyir:  "Onların evlərinin olduğu sahə dələduzluq sxemi üzrə mənimsənilib. Biz tələb edirik ki, istintaq hərtərəfli aparılsın və günahkarlar müəyyən olunsun". 

Ə. Babayev məsələ ilə bağlı Gürcüstanın baş naziri, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Ombudsman Aparatına müraciətin hazırlandığını və bu günlərdə təqdim olunacağını söyləyib.

Çarəsiz qalmış azərbaycanlı ailələr son ümidlərini Azərbaycan dövlətinə bağlayıb. Onlar Azərbaycanın Gürcüstandakı səfirliyini məsələ ilə maraqlanmağa çağırıblar. Azərbaycan səfirliyindən isə bildirilib ki, azərbaycanlı ailələrin problemi nəzarətə götürüləcək və diqqətdə saxlanılacaq.

Gürcüstan prezidenti Aİ komissarı ilə BTQ layihəsini müzakirə edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Brüsseldə Avropa İttifaqının (Aİ) nəqliyyat məsələləri üzrə komissarı Violetta Bultsla görüşüb.
 

APA-nın yerli bürosunun Gürcüstan prezident administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyəti müzakirə olunub. Qeyd edilib ki, BTQ Gürcüstanın tranzit potensialını artıracaq. Tərəflər Aİ və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasını vurğulayıblar.


G. Marqvelaşvili Aİ komissarını Anaklia dərin dəniz limanının inşası ilə bağlı məlumatlandıraraq qeyd edib ki, liman böyük həcmli yük gəmilərini qəbul etmək imkanına malik olacaq və bu da ticarət üçün yeni imkanlar yaradacaq.


Görüşdə həmçinin Gürcüstanda dəmir yollarının modernləşdirilməsi və Şərq-Qərb avtomagistralının tikintisi məsələlərinə də toxunulub.

SOCAR: “Cənub Qaz Dəhlizi”nin maliyyələşməsi ilə bağlı Almaniya şirkəti və bankları ilə danışıqlara başlanıb

"Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.

Bunu "APA-Economics"in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.

Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizinin tərkib hissələri olan "Şahdəniz-2" və TANAP layihələrinin maliyyələşdirilməsi ilə bağlı Almaniya Federativ Respublikası ilə danışıqlar aparılıb, 1.5 mlrd. ABŞ dollaradək vəsaitin cəlb edilməsi üçün zəmanətin verilməsi ilə bağlı bu yaxınlarda Nazirliklərarası Komitənin İclasında razılıq əldə edilib.

O bildirib ki, zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir: “Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın EON ("Uniper") şirkəti ilə təbii qazın nəqli və satışı ilə əlaqədar uzunmüddətli müqavilələr imzalanıb. Maliyyələşmənin şərtləri ilə bağlı “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniyanın "Hermes” şirkəti və aidiyyəti banklar arasında danışıqlara başlanıb. Yekun şərtlər tam razılıq əldə edildikdən sonra müəyyənləşəcək".

Qeyd edək ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələri payçı şirkətlər ortaq şəkildə maliyyələşdirir. Azərbaycan tərəfi Cənub Qaz Dəhlizinin bütün seqmentlərində iştirak edir və buna görə, Hasilatın Pay Bölgüsü Sazişində dövlətin nəzərdə tutulan mənfəət payından başqa, hasilat və nəqldən əlavə gəlir əldə edəcək. Azərbaycan tərəfinin bütün layihə seqmentləri üzrə ümumi öhdəlikləri isə toplam sərmayə həcminin ¼ civarındadır.

İ. Əhmədov deyib ki, Cənub Qaz Dəhlizi beynəlxalq miqyaslı meqalayihədir: "Layihədə, Azərbaycan tərəfi ilə yanaşı, digər ölkələrin şirkətləri də iştirak edir. Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə, Avropa Birliyi ölkələri də layihənin gerçəkləşməsini dəstəkləyirlər. Layihənin maliyyələşdirilməsi ilə bağlı daha əvvəl maraqlı tərəflərlə danışıqlar aparılmış, müvafiq maliyyə vəsaitləri təmin edilmişdir. Azərbaycan tərəfi CQD-nin seqmentləri üzrə öz maliyyə öhdəliklərinin ¾-dən çox hissəsini artıq yerinə yetirib".

Xatırladaq ki, bu günlərdə Azərbaycandan qaz nəqlini təmin etmək məqsədi ilə Almaniya hökuməti SOCAR-a böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətində olması ilə bağlı məlumat yayılıb.

Almaniyanın DPA agentliyinin məlumatına görə, kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir. "Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır", - deyə Almaniya Maliyyə Nazirliyi yanında parlament dövlət katibi Yens Şpanın Bundestaqın Büdcə komitəsinin sədri Peter Böringerə ünvanladığı məktubda qeyd olinub.

Qeyd edək ki, 2013-cü ildə Almaniyanın E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə imzalayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr "mavi yanacaq" almasını nəzərdə tutur.

Saytda Axtarış

ახალი ამბები