Dalga Televiziyasi Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 8,4 dəfə artırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün470
DünənDünən957
Bu həftəBu həftə9671
Bu ayBu ay47409
Bu günə qədərBu günə qədər7474743

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 8,4 dəfə artırıb

2017-ci ildə Gürcüstanda elektrik enerjisinin idxalı 1 mlrd. 497,2 mln. kv/saat təşkil edib.

APA-nın yerli bürosu “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatına istinadla xəbər verir ki, ötən il qonşu ölkəyə ən çox (917,6 mln. kv/saat) Azərbaycandan elektrik enerjisi idxal olunub. Bu göstərici 2016-cı illə müqayisədə 8,4 dəfə çoxdur.

Ötən il Gürcüstan Rusiyadan 452,2 mln kv saat, Ermənistandan isə 127,4 mln. kv/saat elektrik enerjisi idxal edib.

Gürcüstandan elektrik enerjisinin ixracı isə 685,7 mln. kv/saat təşkil edib. Türkiyəyə 284,5 mln kv/saat, Rusiyaya 261,9 mln kv/saat, Azərbaycana 1,7 mln. kv/saat, Ermənistana isə 137,5 mln. kv/saat elektrik enerjisi çatdırılıb.

Gürcüstan ərazisindən tranzit vasitəsilə 254 mln. kv/saat elektrik enerjisi ötürülüb. 205,1 mln. kv/saat Azərbaycandan Türkiyəyə, 42,2 mln. kv/saat Rusiyadan Ermənistana, 6,7 mln. kv/saat isə Rusiyadan Türkiyəyə çatdırılıb.

Saytda Axtarış

ახალი ამბები