Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2512
DünənDünən2998
Bu həftəBu həftə2512
Bu ayBu ay97480
Bu günə qədərBu günə qədər8459111

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Roma Olimpiada-2024 üçün namizədliyini geri götürüb

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. 

bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb.

O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”. 

Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib.

Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək.

Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin xəritəsi hazırlanıb

alt

Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin layihəsinin xəritəsi hazırlanıb.

AZƏRTAC “agenda.ge” saytına istinadla xəbər verir ki, xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibətilə coğrafiyaşünas Giorgi Balaxadze tərəfindən hazırlanıb.

Coğrafiyaşünas bu xəritənin hazırlanmasında xüsusi kartoqrafik və digital proqramdan istifadə edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Liderlərdən enerji çıxışı - Neft ilin rekordunu qırdı

alt

İstanbulda oktyabrın 9-dan başlayaraq beş gün davam edəcək 23-cü Dünya Enerji Konqresi dünən tarixi anlarla yadda qalıb.

Qafqazinfo” xəbər verir ki, dünən Azərbaycan, Venesuela, Rusiya və Türkiyə prezidentləri çıxış ediblər. Daha sonra Mabeyn köşkündə prezident Ərdoğanla Putin bir araya gəliblər. Bir saat 40 dəqiqə davam edən görüşdən sonra hər iki lider birgə mətbuat konfransı keçiriblər. Türkiyə və Rusiya Qaradənizdən keçməklə rus qazını Türkiyəyə daşıyacaq və maliyyə xərcləri 12,5 milyard dollar olan “Türk Axını” təbii qaz boru xətti layihəsini imzalayıblar.

Dünən baş tutan Enerji Konqresində liderlərin çıxışlarından sonra neftin qiymətində kəskin artım müşahidə edilib.

Belə ki, Brent markalı neft son bir ildə ən yüksək - 53,5 dollar səviyyəsinə qalxıb. WTI markalı neftin isə bu gün səhər saatlarına görə bir barreli 51,25 dollar olub. 

“SOCAR Turkey Enerji AS” ilə “Rosneft” saziş imzaladı

“SOCAR Turkey Enerji AS” ilə “Rosneft” şirkəti İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində neft və neft məhsulları təchizatının əsas şərtləri haqqında saziş imzalayıb.

Sənədə əsasən, tərəflər tikintisi “SOCAR Turkey Enerji” tərəfindən həyata keçirilən və təxminən 10 milyon ton gücə malik yeni “STAR” neft emalı zavodu çərçivəsində əməkdaşlığın potensialını öyrənəcək. Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək. Məhsulun nomenklaturası, eləcə də təchizatın həcmi və müddəti tərəflərin ortamüddətli perspektivdə imzalayacağı hüquqi öhdəlik sənədləri çərçivəsində müəyyən olunacaq.
“Rosneft”də hesab edirlər ki, “SOCAR Turkey Enerji” ilə potensial tərəfdaşlıq şirkətin beynəlxalq əməliyyatlarından əlavə sinergetik səmərə əldə etməyə imkan verəcək.

Gürcü ekspert: “Rusiya bizə hədə-qorxu gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməyək”

alt

Bakıda “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində "Azərbaycan yolların kəsişməsində: Regional baxış" sessiyası keçirilib.

APA-nın məlumatına görə, sessiyanın moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Gülmirə Rzayeva olub.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski çıxışında bildirib ki, Azərbaycan üçün işğal olunmuş torpaqların azad edilməsi, məcburi köçkünlərin torpaqlarına qaytarılması vacibdir: “Son illər Azərbaycan xüsusən humanitar sahədə beynəlxalq təşəbbüslərin müəllifidir. 2011-ci ildən etibarən prezident İlham Əliyevin sərəncamı ilə iki ildən bir Bakıda Beynəlxalq Humanitar Forum keçirilir. Hazırda Azərbaycan dünya birliyinin nüfuzlu üzvüdür. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr də Azərbaycan xarici siyasətində mühüm yer tutur”.

Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Yerlan Karin Qazaxıstanda Azərbaycanın islahatlar sahəsində təcrübəsinin öyrənildiyini və istifadə edildiyini söyləyib: “Azərbaycan unikal mədəni dəyərlərini qoruyub, eyni zamanda müasir və inkişaf edən bir ölkədir. Bir çox ölkələr buna nail ola bilmir”.

Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun baş elmi işçisi Giorgi Badridze Azərbaycan və Gürcüstanın bir-birindən asılı olduğunu vurğulayıb: “1990-cı illərdə Azərbaycan və Gürcüstan sabit, demokratik dövlətlər qurmaq niyyətində idi. Ancaq eyni mərkəzdən idarə olunan separatçı hərəkatlarla qarşılaşdıq. Biz başa düşdük ki, yalnız bir yerdə müstəqilliyimizi qoruya, dünya iqtisadi və siyasi arenasında yer tuta bilərik.Bakı-Tbilisi-Ceyhan neft kəməri tək iqtisadi layihə deyildi. Bu gün tədbirdə ABŞ-a qarşı tənqidlər eşitdim. Mən 1990-cı illərdə Gürcüstan hökumətində təmsil olunurdum, layihə ilə bağlı danışıqlarda iştirak edirdim. ABŞ bu layihənin həyata keçirilməsində mühüm rol oynadı. Rusiya isə bizə hədə-qorxu gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində iştirak etməyək. Mən çox istərdim ki, rusiyalı həmkarlarımızla bir-birimizə yaxşı sözlər deyək. Lakin hələ də Kremldə qonşu dövlətlərin müstəqilliyi qəbul edilmir. Avropa İttifaqı regionda sabit dövlətlərin olmasını istəyir. Buna nə dərəcədə nail ola bilməsi başqa məsələdir. Burada Sergey Markov Rusiyanın Ukraynada işğala təhrik edildiyini əsaslandırmağa çalışdı. Əslində isə Rusiya Ukrayna prezidenti Viktor Yanukoviçi Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaqdan imtinaya məcbur etdi və bununla da Ukraynada böhran başladı. Bu da Rusiyanın qonşu dövlətlərə qarşı siyasətini göstərir”.

G. Badridzenin fikrincə, Azərbaycan və Gürcüstan arasında əlaqələr Orta Asiya dövlətləri üçün nümunə olmalıdır: “Azərbaycanın qurduğu infrastruktur Orta Asiya dövlətləri üçün geniş imkanlar yaradır. Orta Asiya dövlətləri müstəqilliklərinin qorunması və iqtisadi inkişafları üçün bu imkandan istifadə etməlidirlər. Mən bu baxımdan TANAP-ı qeyd etmək istəyirəm. Orta Asiya dövlətlərinin Rusiya ilə münasibətlər qurmasının əleyhinə deyiləm, ancaq bu ölkələr müstəqilliklərini qorumaq və iqtisadiyyatlarını sürətlə inkişaf etdirmək istəyirlərsə, Qərb dövlətləri ilə iqtisadi əlaqələri gücləndirməlidirlər. Azərbaycan bu imkanı yaradıb”.

Türkmənistanın xüsusi tapşırıqlar üzrə səfiri Murad Nazarov Türkmənistan və Azərbaycanın böyük neft-qaz resurslarına malik olduğunu söyləyib: “Biz Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğuna əminik. İki ölkə arasında mədəniyyət, təhsil sahəsində əməkdaşlıq güclənir. Hər iki dövlət turizmin inkişafı sahəsində böyük potensiala malikdir. Türkmənistan Azərbaycanla müştərək investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır. Türkmənistan və Azərbaycan xalqları coğrafi və etnik baxımdan yaxındır, ənənələr, dil yaxındır. Bu da əməkdaşlıq üçün geniş imkanlar açır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev Azərbaycanın regional siyasəti barədə danışıb.

Müzakirələrdən sonra SAM-ın direktoru Fərhad Məmmədov yekun çıxış edib. 

İran şirkəti SOCAR - la əməkdaşlıq edəcək

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə neft-qaz nəqli üzrə boru kəmərləri sahəsində əməkdaşlıq edəcək. 
Bu barədə "Sədid Holdinq" şirkətinin sədr müavini, Polad borular, profillər istehsalçıları İttifaqının katibi Əmir Hüseyn Kavə açıqlama verib.

Onun sözlərinə görə, "Sədid" şirkəti və SOCAR arasında əməkdaşlıq hər iki ölkə üçün daha çox gəlir gətirə bilər. “Rusiyanın “Qazprom” şirkəti ilə də əməkdaşlıqda Azərbaycan tərəfinin potensialından istifadə etmək niyyətindəyik. Hazırda “Sədid” şirkəti Azərbaycanda təcrübəli və bacarıqlı işçi qüvvəsi axtarışındadır. Bu işçi qrupunun təşkilatlanması hər iki ölkə üçün böyük iş olacaq. Əlbəttə, hazırda bəzi işçilər işə götürülüb və səfirlərlə də görüşümüz olub. Hazırda iş davam etdirilir, gözləyirik ki, iş başlasın”, - deyə Ə.H.Kavə qeyd edib.

Ə. H. Kavə İranla Rusiya əməkdaşlığında Azərbaycanın rolundan danışaraq bildirib ki, “Sədid” şirkəti hazırda Rusiyanın "Qazprom" şirkəti ilə neft-qaz boru kəmərlərinin layihələndirilməsi və təkmilləşdirilməsi layihəsini müzakirə edir: ”Biz istəyirik ki, İran və Rusiyanın əməkdaşlığında Azərbaycan əsas rol oynasın. Ona görə ki, neft-qaz boru kəmərlərinin layihələndirilməsi və təkmilləşdirilməsi layihəsində İran, Rusiya və Azərbaycanın 3 tərəfli əməkdaşlığının önəmli və əsaslı olduğunu düşünürük.”

Şirkət rəsmisinin sözlərinə görə, hazırda İran Rusiyanın böyük şirkətləri ilə böyük layihələrdə əməkdaşlıq üçün müzakirələr aparır: “Rusiyada daha çox İran şirkətlərini qeydiyyata alırıq. Yük daşımaları, ticarət və nəqliyyatda Azərbaycan şirkətlərinin potensialından istifadə etməyi qərara almışıq.”

Qeyd edək ki, “Sədid” şirkəti bir müddət öncə Rusiyanın ən böyük gəmiqayırma şirkətlərindən olan “Krasnoe” şirkəti ilə 1 mlrd. dollar dəyərində müqavilə imzalayıb. Müqaviləyə əsasən bu şirkət İran üçün dirəklər, qazma platformaları istehsal edəcək.

“Sədid” holdinq yarım əsrdir ki, fəaliyyət göstərir. İranın ən böyük sənaye şirkətlərindən biridir. Polad profayl, boru və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib

“Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib. Düşünürəm ki, dəmir yolu 2017-ci ildə tam istifadəyə veriləcək. Bunun üçün həm Gürcüstan, həm də Türkiyə tərəfində tikinti-quraşdırma və yeni infrastrukturun yaradılması işləri sürətlə davam etdirilir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində yolun tikintisi ilə məşğul olan “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi Cəmil Qasımov deyib.

C.Qasımov bişdirib ki, “Azərinşaatservis” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərini artıq başa çatdırıb: “Gürcüstan ilə Türkiyə arasındakı tunelə qədərtikinti işləri başa çatıb. Artıq işçi qatarı da Gürcüstan-Türkiyə sərhədindəki Kartsax stansiyasına çatdırılıb”.

Son günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə bağlı bəzi KİV-lərdə gedən məlumatamünasibət bildirən Cəmil Qasımov bu məlumatların heç bir əsası olmadığını deyib. “Şirkət hazırda Gürcüstan ilə Türkiyə arasındakı tuneldə işləyir və betonlama işlərini görür. Bu ilin sonunadək tuneldə betonlama işləri və kommunikasiya xətlərinin çəkilişi tam başa çatacaqdır”, - deyə “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi bildirib.

C.Qasımovun sözlərinə görə, yolun Türkiyə hissəsində də işlər sürətlənib. Türkiyə tərəfi verdiyi vədə əməl etmək və yolu 2017-ci ildə tam istifadəyə vermək üçün səylərini artırıb.

“İnanıram ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə yaxın vaxtlarda tam istifadəyə veriləcək”, – deyə C.Qasımov vurğulayıb.

Azərbaycanlı milyarderin yaxtası dünyanın ən yaxşısı seçildi

Azərbaycanlı milyarder, “Lukoyl”un prezidenti Vahid Ələkbərovun Galactica Super Nova yaxtası beynəlxalq Monaco Yacht Show-da birinci yeri tutub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ələkbərovun 70 metr uzunluqda olan yaxtası ən yaxşı interyer kateqoriyasında da qələbə əldə edib.

Galactica Super Nova ilə yanaşı, 13 yaxta yarışda rəqabət aparıb. İş adamının 12 nəfərlik sərnişin üçün nəzərdə tutulan yaxtasının qiyməti açıqlanmır.

SOCAR Gürcüstanda 600000 istehlakçını təbii qazla təchiz edib

Sentyabrın 28-də Gürcüstanın Acarıstan bölgəsinin Xutsubani kəndində bir milyonuncu abonentə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.

Mərasimdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

Zurab Pataradze tədbirdə çıxış edərək, hökumətin əhalinin təbii qazla təminatı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, SOCAR-ın dəstəyi ilə bu işlər davam etdirilir və bu gün bir milyonuncu abonentə təbii qaz verilir.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək şirkətin Gürcüstanda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, 2008-ci ildə Gürcüstanda fəaliyyətə başlayan “SOCAR Georgia Gas” şirkəti ötən müddət ərzində 5300 kilometrdən çox yeni qaz xətti çəkib, 600 yaşayış məntəqəsini qazlaşdırıb. Bütün ölkə üzrə 600000, o cümlədən Acarıstan regionu üzrə 67 min aktiv və potensial istehlakçını təbii qazla təchiz edib.

Şirkət bütün ölkə miqyasında ən böyük qazlaşdırma layihəsini həyata keçirir və 2017-ci ilin sonuna Gürcüstan əhalisinin təxminən 75 faizi təbii qazla təmin ediləcək. Bu layihə çərçivəsində azı 250 milyon ABŞ dolları dəyərində investisiya qoyulacaq və 250 mindən artıq yeni abonentin qazlaşdırılması həyata keçiriləcək.

R.Abdullayev vurğulayıb ki, SOCAR bu 10 ildə Gürcüstana 1 milyard dollardan çox sərmayə qoyub. Bunun 300 milyon dolları Kulevi neft terminalına yönəldilib. Sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək.

“SOCAR Energy Georgia” Gürcüstanın ən iri vergi ödəyicilərinin siyahısına başçılıq edir.

Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili çıxış edərək SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Ölkənin qazlaşdırılmasında və tranzit qabiliyyətinin artırılmasına göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və SOCAR-a minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları bir milyonuncu abonentin evində olublar.

R.Abdullayev SOCAR adından abonentə hədiyyə təqdim edib.

Giorgi Kvirikaşvili: SOCAR Gürcüstan iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb

“SOCAR Azərbaycan və Gürcüstan dövlətləri və xalqlarımız arasındakı dostluq, əməkdaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsində çox böyük işlər görüb. Biz bunu yüksək dəyərləndiririk”.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili söyləyib.

Baş nazir deyib: “SOCAR Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ən iri şirkətdir. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin təbii qazla təminatında mühüm işlər görüb. Bizim gələcək inkişafla bağlı çox böyük layihələrimiz var. SOCAR-ın da bu layihələrdə iştirakında maraqlıyıq”.

G.Kvirikaşvilinin sözlərinə görə, bu layihələr təkcə Gürcüstanın qazlaşdırılması ilə bağlı deyil. Nəzərdə tutulan layihələr Gürcüstanın müxtəlif sahələrini əhatə edir. Eyni zamanda, Azərbaycanın və Gürcüstanın maraqlarına xidmət edir.

Azərbaycan Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransda iştirak edir

Sentyabrın 7-də Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransı işə başlayıb. Konfrans Dünya Turizm Təşkilatının (DTT) Gürcüstan Milli Turizm Administrasiyası ilə birgə əməkdaşlığı şəraitində keçirilir.

Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkəsinin böyük turizm potensialına malik olduğunu bildirib. Baş nazir deyib ki, şərabçılıq turizmi tələbatın şaxələndirilməsi üçün böyük imkanlar yaradır. Bu baxımdan Gürcüstanda mövcud potensial hamıya yaxşı məlumdur. Biz DTT-nin Şərabçılıq Turizmi I Qlobal Konfransını ölkəmizdə keçirməsindən məmnunuq.

Baş nazir turizmin inkişafı və bu sahədə region ölkələri ilə əməkdaşlığın faydalı olduğunu bildirib. O, qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

DTT-nin baş katibi Taleb Rifahi turizmin inkişaf perspektivləri və bu sahədə gəlirlər barədə ətraflı məlumat verib.

Sentyabrın 9-dək davam edəcək konfransın sessiyaları ölkənin Kaxeti bölgəsindəki müxtəlif şərabçılıq zavodlarında keçiriləcək. İştirakçılara ekspertlərlə diskussiyalarda iştirak etmək imkanı yaradılacaq.

Konfransda 42 ölkədən, o cümlədən Azərbaycandan 250 nümayəndə və ekspert iştirak edir.

“Neft Daşları”da qazılan yeni quyudan sutkada 10 ton neft hasil olunacaq

“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançadan 2631 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1050 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Saytda Axtarış

ახალი ამბები