Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2509
DünənDünən2998
Bu həftəBu həftə2509
Bu ayBu ay97477
Bu günə qədərBu günə qədər8459108

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İlham Əliyev: “Azərbaycanla Gürcüstanın dinamik inkişafı üçün birgə səylər artırılmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövləti başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu deyib. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd edib.

Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan M. Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirib. M. Canelidze qeyd edibki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırıb münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu deyib. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən M. Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstan Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir

alt

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, irimiqyaslı layihələrdə birgə iştirak ölkələrimizin, xalqlarımızın və bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstan strateji tərəfdaşı olan Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişafına xüsusi əhəmiyyət verir. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşündə deyib.

Nazir ölkəsindəki investisiya mühiti, sahibkarlar üçün yaradılan şərait, azad ticarət zonaları, yeni sənaye obyektləri, xarici ölkələrlə ticarət dövriyyəsi, yeni iqtisadi layihələr və bu layihələrdə birgə iştirak imkanlarından danışıb. Azərbaycanda sənayenin inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasətin ölkəsində böyük maraq doğurduğunu vurğulayıb, ölkəmizin müvafiq təcrübəsindən yararlanmağın Gürcüstan üçün əhəmiyyətini qeyd edib, bu sahədə təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ticarət dövriyyəsində azalmanın müşahidə olunduğunu qeyd edən nazir, bu yöndə müvafiq işlərin görülməsinin zəruri olduğunu qeyd edib.

Dursun Həsənov strateji tərəfdaş və dost ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün konkret sahələr üzrə müvafiq işçi qruplarının yaradılmasını təklif edib. Bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatırımlarında 37 faizlik payı ilə birinci yerdədir. Azərbaycan, bu rəqəmin artmasında maraqlıdır. Səfir, eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatında görüşlərin, görülmüş işlərin artıq böyük müsbət nəticələr verdiyini, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra görüşdə, hökumətlərarası komissiyanın iclaslarının təşkili, kənd təsərrüfatı, xüsusən də, ət və süd məhsullarının dünya bazarlarında birgə satış imkanları, birgə müəssisələrin yaradılması, turizm əlaqələrinin inkişafı, bununla əlaqədar olaraq Avropa ölkələrində birgə sərgilərin keçirilməsi, yeni sənaye məhsullarının istehsalında Azərbaycan və Gürcüstan sahibkarlarının iştirakı, Cənub- Şimal nəqliyyat dəhlizində Gürcüstanın da iştirakı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Çin və Avstraliyanın təcrübəsini öyrənəcək

alt

Yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.

Qafqazinfo” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə bu gün Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili kimi məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb. İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov da iştirak ediblər.

Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri energetika naziri ilə görüşüb

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov arasında bu gün görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə energetika nazirliyindən bildirilib. Görüşdə K. Kaladze Azərbaycanın yeni təyin olunan səfiri D. Həsənovu təbrik edərək, uğurlar arzulayıb. K. Kaladze Gürcüstan və Azərbaycanın bütün sahələrdə əlaqələrinin və münasibətlərin inkişafından danışıb. O, qeyd edib ki, Azərbaycan Gürcüstanın energetika sahəsində ən vacib strateji tərəfdaşıdır. Tərəflər ölkələrimiz arasında energetikanın inkişafından və qaz anbarının tikintisindən danışıblar.

D. Həsənov təbrikə görə Kaxa Kaladzeyə minnətdarlığını bildirərək Azərbaycan və Gürcüstanın tarixi dostluğu haqqında fikirlərini bildirib. O, Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinin vacibliyindən və buna görə də ölkələrimizin münasibətlərinin daha da möhkəmləndiyindən söhbət açıb.

Azərbaycan səfiri Heydər Əliyevin uzaqgörən xarici və daxili siyasətinin hər iki ölkənin gələcəyinə möhkəm təməl olduğunu bildirib.

Tərəflər görüş çərçivəsində hər iki ölkənin maraqlarını ifadə edən vacib fikir mübadiləsi aparıblar, gələcək perspektivlərin əhəmiyyətini qeyd ediblər.

Azərbaycanlı biznesmenlər Rusiyanın “daşınmaz əmlak kralı” adını qoruyub

"Forbes" jurnalı 2016-cı il üzrə Rusiyanın "daşınmaz əmlak kralları"nın reytinqini açıqlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ötən il daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən şəxslərin reytinqinə Azərbaycan əsilli iş adamları Zarax İliyev və Qod Nisanov başçılıq edib.

Onlara məxsus "Kiyev meydanı" şirkətinin balansında olan əmlakın kirayəsindən 2016-cı ildə 1,27 mlrd. dollar məbləğində gəlir əldə olunub. Şirkət 1,238 mln. kvadratmetr ticarət və 69,3 min kvadratmetr ofis sahəsini kirayə verir. "Kiyev meydanı"na 1550 ədəd hotel nömrəsi məxsusdur.

Xatırladaq ki, "Kiyev meydanı"nın sahibləri bundan öncəki reytinqə də başçılıq edib. 2015-ci ilin yekunlarına əsasən, "Kiyev meydanı" daşınmaz əmlakın kirayəsindən 1,115 mlrd. dollar gəlir əldə edib.

2015-ci ildə Z.İliyev və Q.Nisanovun biznesinə geosiyasi amillər mənfi təsir edib. Türkiyə ordusu tərəfindən Rusiya qırıcısı vurulduqdan sonra rəsmi Moskva Ankaraya qarşı sanksiya tətbiq edib. Bundan sonra biznesmenlər Türkiyədən idxal olunan meyvə-tərəvəzin saxlanılması üçün istifadə olunan "Food City" ticarət mərkəzini bağlamaq məcburiyyətində qalıblar.

Digər Azərbaycan əsilli iş adamı Araz Ağalarov isə reytinqin 11-ci pilləsində qərarlaşıb. Biznesmenə məxsus "Crocus Group" şirkətlər qrupu ötən il daşınmaz əmlakın kirayəsindən 265 mln. dollar gəlir əldə edib. Qrup 536 min kvadratmetr ticarət və 680 min kvadratmetr sərgi sahəsini kirayə verir. "Crocus Group"a 225 ədəd hotel nömrəsi məxsusdur. Ötən il A.Ağalarovun şirkətlər qrupu Moskvada sahəsi 10 min kvadratmetr olan 3 mərtəbəli okeanariumun açılışını edib. Yeri gəlmişkən, şirkətlər qrupunun borcu 1,7 mlrd. dollara çatır.

Qeyd edək ki, A.Ağalarov bundan öncəki reytinqin 7-ci pilləsində olub. 2015-ci ilin yekunlarına əsasən, "Crocus Group" daşınmaz əmlakın kirayəsindən 365 mln. dollar gəlir əldə edib.

Qeyd edək ki, siyahıya 30 şirkət daxil edilib.

Dolların məzənnəsi 1.90 AZN-i keçdi

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bu haqda Modern.az-a Mərkəzi Bankdan bildirilib.
Hərracda manatın orta çəkili məzənnəsi 1,9052 səviyyəsində formalaşıb.

Gürcüstanda daha 11 min ailə qazla təmin ediləcək

Gürcüstanın müxtəlif bölgələrində yaşayan 11 mindən çox ailə təbii qazla təmin ediləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Nazirlər Kabinetinin bu gün keçirilən iclasında çıxış edən baş nazir Giorgi Kvirikaşvili bildirib ki, bu məq sədlə dövlət büdcəsindən 20 milyon lari ayrılacaq.

O, indiyədək ölkənin ayrı-ayrı yaşayış məntəqələrinin qazlaşdırılmasına 241 milyon lari (90 mln. dolla r) ayrıldığını və 160 mindən çox abonentin təbii qazla təmin olunduğunu bildirib: “Bu gün daha 34 kəndin qazlaşdırılması barədə qərar qəbul edilib. Gürcüstanın qazlaşdırılması prosesi 2017-ci ildə ba şa çatacaq. Bu işləri “SOCAR Georgia Gas” həyata keçirəcək”.

Qeyd edək ki, “SOCAR Georgia Gas” 2008-2016-cı illərdə 600 yaşayış məntəqəsini qazlaşdırıb. Görülmüş işlər nəticəsində 5 364 kilometr uzunluğunda qaz boru xətti çəkilib. Nəticədə 209 min potensial abonent şəbəkəyə qoşulmaq imkanı əldə edib. Hazırda “SOCAR Georgia Gas” şirkəti 500 min abonentə xidmət edir.

Türkiyə Mərkəzi Bankı qərarını açıqladı: Dollar bahalaşır

Türkiyə Mərkəzi Bankının qərarı ilə faiz dəhlizinin yuxarı həddi 8,5%-dən 9,25%-ə qaldırılıb.

Oxu.Az-ın məlumatına görə, APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Mərkəzi Bankı yenidən maliyyələşdirmə kreditləri üzrə faiz dərəcəsini 10%-dən 11%-dək artırıb.

Faiz dərəcələrinin artırılması birbaşa dolların məzənnəsinin yüksəlməsinə səbəb olub. Belə ki, Mərkəzi Bankın qərarından öncə 1 ABŞ dolları 3,74 lirəyə bərabər olubsa, qərardan dərhal sonra bu göstərici 3,82 lirəyə yüksəlib.

Gürcüstanın baş naziri və BP-nin icraçı direktoru Cənubi Qafqazdakı neft-qaz layihələrini müzakirə edib

Davosda səfərdə olan Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BP-nin icraçı direktoru Robert Dadli ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Gürcüstan ərazisindən keçən hissəsinin genişləndirilməsi istiqamətində görülən işlər, bu layihə çərçivəsində Avropa ölkələrinə nəql olunacaq qazın həcminin artırılması və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Boru Kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi qeyd olunub.

Bildirilib ki, bu layihələr təkcə Gürcüstanda deyil, Türkiyə və Avropada yeni infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Tiflisdə “Qazprom”a yox” adlı aksiya keçirilib

Yanvarın 18-də Gürcüstan hökumətinin dəftərxanası qarşısında "Qazprom"a yox" adlı etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Azadlığı müdafiə" platformasının təşkilatçılığı ilə keçirilən aksiyada Tiflis sakinləri, 18 QHT və müxalifət nümayəndələri iştirak edib. Aksiya iştirakçıları Gürcüstan hökumətinin Rusiyanın "Qazprom" şirkəti ilə bağladığı müqaviləyə qarşı etirazlarını bildiriblər.

Tədbirdə iştirak edən "Avropalı Gürcüstan" fraksiyasının üzvü, deputat Qiqi Bokeriya bildirib ki, imzalanan müqavilə Gürcüstan iqtisadiyyatına zərbə vurur və Rusiya ilə razılaşma gələcəkdə ölkə üçün təhlükə yarada bilər. Q. Bokeriya yeni müqavilə əsasında Rusiyanın başqa tələblər də irəli sürəcəyini istisna etməyib..

Etiraz aksiyasının təşkilatçılarından biri, "Azadlığı müdafiə" platformasının üzvü Tamara Çerqoleşvili APA-ya açıqlamasında etiraz aksiyasını keçirməkdə məqsədlərini bildirib: "Hökumət Rusiyanın "Qazprom" şirkəti ilə imzaladığı razılaşmanın bütün maddələrini mətbuatda dərc etməlidir. Biz müqavilənin bütünlüklə ləğv olunmasını tələb edirik".

Bu gün "Qazprom"la bağlanan müqaviləyə qarşı 80 QHT təşkilatı Gürcüstan hökumətinə müraciət ünvanlayaraq müqavilədə göstərilən şərtləri açıqlamağı tələb ediblər. Hökumət isə bu müqavilənin şərtlərinin kommersiya sirri olduğunu qeyd edib.  Aksiya təşkilatçıları bildiriblər ki, "Qazprom"la imzalanan müqavilənin şərtləri dəyişdiriməyənədək etiraz aksiyaları davam edəcək.

SOCAR qazpulunun yenidən qaldırılmasını İSTƏYİR

"Manatın dollara nisbətən məzənnəsinin aşağı düşməsi səbəbindən SOCAR-ın zərəri yaranır".

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", - deyə vitse-prezident bildirib.

Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür:

"Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizminin işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıq aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".

Ötən il Gürcüstandan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 899,4 min dollar pul köçürülüb.

“APA-Economics” Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 193,1 min dollar və ya 27,34% çoxdur. Noyabr ayı ilə müqayisədə dekabr ayında Gürcüstandan ölkəmizə pul axını 139,5 min dollar və ya 13,43% azalıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 885 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 449,7 min dollar və ya 31,33% çoxdur. Bu ilin dekabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 480,1 min dollar və ya 34,17% artıb.

Ümumiyyətlə, ötən il ərzində Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 14 mln. 751,1 min dollar, Azərbaycandan Gürcüstana isə 8 mln. 800,6 min dollar göndərilib.

Saytda Axtarış

ახალი ამბები