Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2512
DünənDünən2998
Bu həftəBu həftə2512
Bu ayBu ay97480
Bu günə qədərBu günə qədər8459111

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gələn il yekunlaşacaq” - Cavid Qurbanov

“Ümid edirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq”. 

 
Bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışı zamanı  deyib.  
 
Azərbaycanın mərkəzdə yerləşdiyini deyən C.Qurbanov ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin də mərkəzi ola biləcəyini qeyd edib.
C.Qurbanov gələcəkdə Azərbaycan dəmir yollarının inkişafı çərçivəsində Astara-Yalama istiqamətində də dəmir yollarının da tam yeniləcəyini deyib.

SOCAR və “Total” şirkəti arasında çərçivə razılaşması imzalanıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan R.Abdullayev “Total” şirkətinin Azərbaycanda fəaliyyətinin 20 illiyi münasibəti ilə şirkət rəhbərliyini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. O, SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib. Bu gün dünya neft-qaz sənayesində mühüm mövqeyə malik olan “Total”ın Azərbaycanda fəaliyyət göstərən ilk xarici enerji şirkətlərindən və ölkənin neft-qaz sənayesinə sərmayə qoymuş beynəlxalq investorlardan biri olduğu, SOCAR və “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyi vurğulanıb. “Abşeron” qaz-kondensat yatağında aparılan geoloji-kəşfiyyat və qazma işləri, yatağın texniki-iqtisadi göstəricilərinin qiymətləndirilməsi, hasilatın başlanması üçün işlənmə proqramının hazırlanması bu əməkdaşlığın bariz nümunəsidir. 

Səmimi qəbul üçün təşəkkürünü bildirən “Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanda əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib.O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib. 

Görüşdə “Total” şirkətinin Azərbaycanın digər neft-qaz layihələrində, o cümlədən “Ümid” yatağı və “Babək” perspektiv sahələrinin işlənməsi layihələrində iştirak etmək üçün öz imkanlarından maksimum istifadə istəyi ifadə olunub. 

Görüşün sonunda SOCAR və “Total” arasında “Abşeron” layihəsinin işlənmə proqramını tənzimləyən prinsiplər haqqında çərçivə sazişi imzalanıb. 

Nazir müavini: “Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının idxal-ixracında azalma var”

"Bu il Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ticarətində azalma müşahidə olunub. 2016-cı ilin 10 ayında ölkələrimiz arasında təqribən 38 milyon dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilib".

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Qoça Çopuraşvili deyib. 

Nazir müavini bildirib ki, Gürcüstan bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində Azərbaycan ilə səmərəli əməkdaşlıq edir: "Bizim fitosanitar və baytarlıq xidmətlərimiz sərhədyanı bölgələrdə tez-tez yoxlamalar aparır, informasiya mübadiləsi edirlər. Yolxucu və digər xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi istiqamətində birgə fəaliyyət göstərirlər".

O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarəti də həyata keçirilir: “Bu ilin 10 ayında Azərbaycandan ölkəmizə 16 milyon dollara yaxın taxıl, un və makaron məmulatları, qənnadı məhsulları, şokalad, bitki yağları, spirt və s məhsulları idxal olunub. Gürcüstandan isə Azərbaycana 22 milyon dollardan çox sitrus meyvələri, kartof, şərab, ət məhsulları və s ixrac edilib”.

Q.Çopuraşvili deyib ki, bu göstərici 2014 və 2015-ci illərlə müqayisədə xeyli azdır: "Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Amma bu heç də ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində problemlərin olduğu anlamına gəlmir. Sadəcə olaraq başqa ölkələrin bazarları da var və həmin malların başqa bazarlara çıxarılması halları artıb”.

Onun sözlərinə görə, Azərbaycanın iş adamları Gürcüstanda kənd təsərrüfatı sahələrinə sərmayə qoyurlar və gəlir əldə edirlər: "Hökumət onlar üçün bütün şəraiti yaradıb. Azərbaycanın dost köməyini daimi hiss edirik. Bu il taxıl biçini zamanı Azərbaycan bizə texnika ilə yardım göstərdi. Həmin texnikanın köməyi ilə biz məhsulu vaxtında toplaya bildik. Azərbaycanın dost yardımı bu gün də davam edir. Buna görə, Azərbaycan dövlətinə minnətdarlığımızı bildirirəm”. 

Ərdoğan: "Bakı-Tbilisi-Qars layihəsi bu ilin sonu açılacaq"

"Səkkiz il davam edən qlobal maliyyə böhranının neqativ təsirlərini yalnız islahatlar yolu ilə aradan qaldırmaq olar". Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bunu qonşu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Maliyyə konqresində çıxışı zamanı bildirib.

"Lazımi islahatların aparılmaması səbəbindən qlobal iqtisadiyyat 2008-ci ildəki həcmə çata bilməyib", - deyə prezident bildirib.

Onun sözlərinə görə, ciddi çağırışlara baxmayaraq, Türkiyə iqtisadiyyatı artım nümayiş etdirir: "Böyük dövlətlərin iqtisadi artım tempi 2% səviyyəsində olduğu halda, qeyri-stabil regionda yerləşən Türkiyənin iqtisadiyyatı 3-4% artıb. Qlobal maliyyə böhranı başlayan zaman mən bildirmişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri buna ciddi yanaşmadı. Lakin reallıq göstərdi ki, bir qədər qeyri-stabilliyi ilə seçilən 2009-cu ili nəzərə almasaq, Türkiyə iqtisadiyyatı rekord templərlə inkişaf etdi".

Ərdoğan bildirib ki, iri layihələrin reallaşdırılması davam etdirilir: "Ölkədə çevriliş cəhdinə baxmayaraq, biz bu layihələrin reallaşdırılmasını davam etdirdik. Onların arasında açılışı bu ilin sonuna planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də var. Bu layihə Londonla Pekin arasında dəmir yolu əlaqəsi yaradacaq".

Rəcəb Tayyib Ərdoğan: "Bakı-Tbilisi-Qars Pekin və London arasında dəmiryolu əlaqəsinin ən önəmli hissəsi olacaq"

"Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq."

"Report"un verdiyi xəbərə görə, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: "Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir". 

O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4% civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.

"Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi", - R.T.Ərdoğan deyib.

SOCAR və Misir Dövlət Neft Şirkəti arasında memorandum imzalanıb

Misirə rəsmi səfəri çərcivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev noyabrın 2-də bu ölkənin neft və mineral ehtiyyatlar naziri Tarık əl Molla ilə göruşüb.

“Report” SOCAR-a istinadən xəbər verir ki, görüşdə tərəflər SOCAR ilə EGPC (Misir Dövlət Neft Şirkəti) arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsində SOCAR-ın rolu və həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar. 

Görüşün sonunda SOCAR prezidenti R.Abdullayev və EGPC-nin icraçı direktoru Tarık əl Hadidi tərəfindən iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

TAP layihəsində 400 arxeoloq işləyəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi müddətində irsin qorunması məqsədilə 400-dən çox arxeoloq işə götürüləcək.

“Report” TAP-ın saytına istinadən xəbər verir ki, hazırda Yunanıstanda TAP-ın Layihələndirmə, Satınalma və Tikinti (EPC) üzrə podratçıları tikinti ərazisində 40-dan çox yerli arxeoloqla əməkdaşlıq edir. Gələcəkdə isə 70 nəfərin işə götürülməsi gözlənilir. Bu ekspertlərin rolu qazıntı aparılan ərazilərdə araşdırma və monitorinq aparmaq, eyni zamanda potensial tapıntıları xilas etməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili oktyabrın 24-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüşüb.

Baş nazirin dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə əsasən BP-nin regionda, xüsusən də Gürcüstanda reallaşdırdığı layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Cənub Qaz Dəhlizinin vacib komponentlərindən biri olan Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işləri müzakirə ediblər. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub.

Bildirilib ki, qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə BP 2 mlrd. dollar sərmayə qoyacaq: “Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Tbilisi-Bakı qatarının hərəkətində problem yaranıb

“Tbilisidən Bakı istiqamətinə gələn qatar Zəyəm stansiyasına daxil olarkən, 3 vaqonunun təkər cütləri yerə düşüb”.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "APA-Economics"ə açıqlaması zamanı bildirib.

N.Əzməmmədovun sözlərin görə, baş verən hadisə nəticəsində vaqon aşmayıb.

“Qatar stansiyaya daxil olarkən sürətli olmayıb. Hazırda Gəncə bərpa qatarı vaqonların qaldırılması istiqamətində işlər həyata keçirir. Yolda isə hərəkət dayanmayıb. Bir yolla biz qatarların hərəkətini təmin edirik”, - deyə N.Əzməmədov əlavə edib.

Qurum sözçüsünün sözlərinə görə, hadisə nəticəsində zərər çəkən olmayıb, qrafikdə heç bir dəyişiklik baş verməyib: “Bakıya və Tbilisiyə gedən qatarlar vaxtında mənzil başına çatıb. 1-2 saatdan sonra ikinci yolu da açacağıq”. 

Gürcüstanda yanacaq bahalaşıb

Bu gündən etibarən Gürcüstanın bütün yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın 1 litri 4-5 tetri bahalaşıb.

"APA-Economics" "Bizzone" portalına istinadən xəbər verir ki, Neft Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri Vano Mtvralaşvili qiymət artımını iki amillə əsaslandırıb - dünya bazarında neftin bahalaşması və milli valyutanın (lari) devalvasiyası ilə: "OPEC ölkələri neftin hasilatının azaldılması ilə bağlı razılığa gəldi. Bu razılaşma neftin bahalaşmasına hesablanıb. Onu da qeyd edim ki, razılığa digər iri neft istehsalçıları da qoşulub. Bu, xarici amildir. Lakin qiymət artımına daxili amil də təsir göstərir. Söhbət larinin devalvasiyasından gedir. Devalvasiya son 1-2 ay ərzində az qala hər gün baş verir. Hər iki amil yanacağın bahalaşmasına səbəb oldu".

Onun sözlərinə görə, ilk növbədə qiyməti kiçik YDM şəbəkəsinə malik olan şirkətlər qaldırıb: "Çünki bu şirkətlərin xaricdən aşağı qiymətə aldığı məhsulların ehtiyatı iri şirkətlərə nisbətən azdır. İri şirkətlər qiyməti dərhal artırmır. Lakin onlar da qiymət artımına gedir. Kiçik şirkətlər 2 həftə öncə qiyməti artırmışdı".


"Senta" şirkətinin rəhbəri Zaala Yakobidze isə bildirib ki, indiki şəraitdə yanacağın qiymətini stabil saxlamaq mümkün deyil: "Bizdə qiymətlər dünya bazarında baş verən proseslərə adekvat dəyişir".

Xatırladaq ki, 2015-ci ilin sonuna olan statistikaya əsasən Gürcüstanda SOCAR brendi altında 115-dən artıq YDM fəaliyyət göstərir.

“SOCAR Georgia GAS” Gürcüstanda daha bir xidmət mərkəzi açıb

SOCAR Energy GAS” MMC oktyabrın 13-də Gürcüstanın Kutaisi şəhərində özünün yenidən qurulmuş “Xidmət mərkəzi”ni açıb. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, İmeretiya rayonunun qubernatoru Givi Çiçinadze və digər rəsmi şəxslər iştirak ediblər. Mərasimdə bildirilib ki, hazırda şirkətin İmeretiyada 134 276 abonenti var və ilin sonuna kimi daha 4 700 qaz istifadəçisinin qeydə alınması gözlənilir.

Müasir avadanlıqlarla təchiz olunmuş ofis abonentlərə keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq, operativ və dəqiq uçot və qeydiyyatın aparılmasını, təbii qazdan istifadə ilə bağlı hesabatların hazırlanmasını təmin edəcək. Yeni texnika və texnologiyalar sənədlərin elektron variantının hazırlanması, ziyarətçilərin qəbulu kimi prosedurları asanlaşdıracaq və sürətləndirəcək. Qəbul zamanı avtomatlaşdırılmış növbəli proses metodundan istifadə ediləcək. Yeni mərkəzin personalı xidmətin keyfiyyət standartları üzrə treninqlər keçib.

Hazırda Batumi, Poti, Rustavi və Kutaisidə abonentlərə xidmət üzrə müasir mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzi ofislərlə yanaşı Gürcüstanın qaz istifadəçiləri “SOCAR Energy Georgia” abonentləri olan digər regionlarında da 40 xidmət mərkəzi var. Mərkəzlərin abonentlərə yaxınlığı istehlakçılara operativ və effektiv xidmət göstərilməsini, onların müraciətlərinə vaxtında cavab verilməsini təmin edir.

“SOCAR Energy GAS”ın Gürcüstan hökuməti ilə imzalanmış saziş çərçivəsində növbəti illərdə də bütün ölkə ərazisində, o cümlədən İmeretiya rayonunda yaşayış məskənlərinin qazlaşdırılması ilə bağlı tikinti işlərini davam etdirəcəyi açıqlanıb.

Nazir: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəni Çin və Avropa ilə qovuşduracaq"

"Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Türkiyəni Çin və Avropa ilə qovuşduracaq". 

"Dalga tv" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Kars-Digor-Tuzluca avtomobil yolunun təməlqoyma mərasimində bildirib. 

Onun sözlərinə görə, BTQ dəmiryolu xətti layihəsi tamamlanmaq ərəfəsindədir: "Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu layihə tezliklə başa çatmalıdır. Çünki Türkiyəni Çin və Avropa ilə qovuşduracaq bir layihədir".

Saytda Axtarış

ახალი ამბები