Dalga Televiziyasi SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün268
DünənDünən1595
Bu həftəBu həftə6070
Bu ayBu ay50769
Bu günə qədərBu günə qədər7421243

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Dövlət Neft Şirkəti hasil etdiyi neft və qazın həcmini açıqlayıb.

Dalga tv xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4336,9 min ton xam neft hasil edib.

7 ay ərzində SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb. Hesabat dövründə Azərbaycan üzrə 22499,5 min ton neft hasil olunub ki, onun da 3339 min tonunu iyul ayının hasilatı təşkil edib. 

Qaz hasilatı isə 3458,2 mln. kubmetr həcmində olub. 7 ay ərzində SOCAR-ın qaz hasilatının 503,3 mln. kubmetri iyul ayının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi isə 16626,5 mln. kubmetr təşkil edib. Bu həcmin 2494,7 mln. kubmetri iyulda hasil olunub.

Saytda Axtarış

Son xəbərlər