Dalga Televiziyasi SOCAR Novorossiyskdən neft ixracını artırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün304
DünənDünən3464
Bu həftəBu həftə21196
Bu ayBu ay53449
Bu günə qədərBu günə qədər9600590

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR Novorossiyskdən neft ixracını artırıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin may ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 631 ton, Supsa limanından (Qara dəniz, Gürcüstan) 260 380 ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 322 980 ton xam neft ixrac edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Novorossiyskdən ixrac ötən ilin eyni ayı ilə müqayisədə 5,84% artıb.

Ümümilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 573 838 ton, Supsa limanından 1 139 045 ton, Ceyhan limanından 6 697 067 ton xam neft ixrac edilib.

Novorossiyskdən ixrac illik müqayisədə 79,61%, Supsadan 9,42% artıb.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-ın özünə məxsus xam neft həcmlərini əks etdirir.

Saytda Axtarış

Son xəbərlər