Dalga Televiziyasi Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz tədarük olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3018
DünənDünən3048
Bu həftəBu həftə9119
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465718

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcü nazir: “Azərbaycandan kifayət qədər qaz tədarük olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz”

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

 

"Qazprom" şirkəti ilə razılaşmaya əsasən Gürcüstan Rusiyadan əlavə həcmdə təbii qaz almağa məcbur deyil. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu qazın tranzitinə dair yeni şərtlər barədə açıqlama verən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria bildirib.

"Gürcüstan üzərindən Ermənistana tədarük edilən Rusiya qazının tranzit haqqı əvvəlki kimi qazla yox, pulla ödəniləcək. Bundan əlavə, yeni müqavilənin şərtlərinə əsasən, Gürcüstan Rusiya qazını bazardakından, daha aşağı qiymətə, yəni min kubmetr qazı 215 dollara yox, 185 dollara ala biləcək. Bu, Gürcüstanın əsas təbii qaz təchizatçısı olan Azərbaycanın təklif etdiyi qiymətlə bərabərdir", - deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, Gürcüstan Rusiya ilə müqavilə imzalayarkən üzərinə Rusiyadan qazın alınmasına dair heç bir öhdəlik götürməyib: "Strateji tərəfdaşımızdan bizə kifayət qədər qaz ixrac olunarsa, bizim əlavə qaza ehtiyacımız qalmaz, biz bu qazı almayacağıq və bu mövzu bağlıdır", - deyə nazir bildirib.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən Rusiya qazını almır. Ölkəyə əsas xammal təchizatçısı Azərbaycandır. Azərbaycan Gürcüstana lazım olan təbii qazın 90% həcmini təmin edir.

Saytda Axtarış

ახალი ამბები