Dalga Televiziyasi Avropa Parlamentinin komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2973
DünənDünən3048
Bu həftəBu həftə9074
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465673

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Avropa Parlamentinin komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiqləyib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Avropa Parlamentinin Vətəndaş azadlıqları, ədliyyə və daxili məsələlər üzrə komitəsi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair sazişi təsdiq  edib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi  məlumata görə, viza rejiminin ləğvinə dair Avropa İttifaqı (Aİ) Şurası və Assambleya arasında əldə olunan sazişinin lehinə 42, əleyhinə 2 deputat səs verib.

Qeyd edək ki, ötən ayın əvvəli Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli səyahətlər etmək üçün viza rejimin ləğvinə  dair ilkin razılığa gəliblər. Ona əsasan, saziş  pozuntular ortaya çıxdığı halda, onu ləğv edən mexanizmin tətbiqi ilə birgə qüvvəyə minəcək.

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir.

Bununla bağlı iclasın yanvar ayında keçiriləcəyi gözlənilir.

Saytda Axtarış

Son xəbərlər