Dalga Televiziyasi Gürcüstanda azərbaycanlı deputat Vahid Milli Hərəkat partiyasının sıralarını tərk edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2997
DünənDünən3048
Bu həftəBu həftə9098
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465697

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlı deputat Vahid Milli Hərəkat partiyasının sıralarını tərk edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan parlamentinə proporsional qaydada deputat seçilən Azər Süleymanov Vahid Milli Hərəkat partiyasını tərk edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

A. Süleymanovun “Gürcüstanın Avropa Gələcəyi Naminə” parlament fraksiyasına daxil olduğu bildirilir.

Yerli mətbuata açıqlama verən A. Süleymanov qərarının partiya daxilində baş verən münaqişə ilə bağlı olmadığını bildirib: “Mən artıq partiyanın Siyasi Bürosunun üzvü deyiləm. Partiyadan çıxan yalnız mən deyiləm”.

A. Süleymanov Milli Hərəkat Partiyasının qurultayında heç bir qarşıdurma olmayacağını bildirib.

APA-nın Gürcüstan bürosunun müxbiri dəfələrlə A. Süleymanovla əlaqə yaratmağa çalışsa da, onun telefonu bağlı olub.

Qeyd edək ki, azərbaycanlı deputatlardan Ruslan Hacıyev bu gün parlamentdə qeydiyyatdan keçən "Gürcü Arzusu - mühafizəkarlar" fraksiyasının, Savalan Mirzəyev isə “Gürcü Arzusu-sosial demokratlar” fraksiyasının üzvü olub.

Saytda Axtarış

Son xəbərlər