Dalga Televiziyasi Çavuşoğludan erməni deputata sərt reaksiya - “Mən Qarabağı işğal etdim?”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3244
DünənDünən3048
Bu həftəBu həftə9345
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465944

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Çavuşoğludan erməni deputata sərt reaksiya - “Mən Qarabağı işğal etdim?”

alt

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.

Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.

Saytda Axtarış

ახალი ამბები