Dalga Televiziyasi Gürcüstanda noyabrın 2-nə qədər seçkilərin ikinci turu keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3279
DünənDünən3048
Bu həftəBu həftə9380
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8465979

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda noyabrın 2-nə qədər seçkilərin ikinci turu keçiriləcək

alt

Gürcüstanda parlament seçkilərinin ikinci turu noyabrın 2-nə qədər keçiriləcək. 

 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, ilkin nəticələrə əsasən ikinci tur 50 dairədə keçirilməlidir: “Oktyabrın 27-də yekun qiymətləndirmə prosesi başa çatacaq. Noyabrın 2-nə qədər baş tutacaq ikinci turda ən çox səs toplayan iki namizəd iştirak edəcək”.

Mətbuat katibi 73 dairədən cəmi 539 şikayət daxil olduğunu bildirib. O, hazırda şikayətlərin araşdırıldığını və məlumatların dəqiqləşdirildiyini söyləyib.

Xatırladaq ki, MSK proporsional sistem üzrə “Gürcü Arzusu”nun 48,67%, Vahid Mili Hərəkat Partiyasının 27,11% səs aldığını açıqlayıb. “Vətənpərvərlər İttifaqı”nın 5% səs aldığı bildirilsə də, hələ ki bu siyasi qüvvənin minimal baryeri keçib-keçmədiyi dəqiqləşməyib. Bəzi məntəqələrdə nəticələrin ləğv olunması bu məsələdə çətinlik yaradır.   

 

 
 

Saytda Axtarış

ახალი ამბები