Dalga Televiziyasi Milli Məclisdə qalmaqal - "Sənin səviyyən yoxdur"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün9
DünənDünən3331
Bu həftəBu həftə9441
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8466040

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Milli Məclisdə qalmaqal - "Sənin səviyyən yoxdur"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Milli Məclin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Zahid Orucla sədr Oqtay Əsədov arasında qalmaqal yaşanıb.

İclasın açıq elan edilməsindən sonra deputatlar birbaşa gündəlikdə duran məsələlərin müzakirəsinə keçiblər. Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini müzakirə ediblər.
Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O qeyd edib ki, təklif edilənlər vacib dəyişikliklərdir. Deputat Qüdrət Həsənquliyev bu dəyişiklikləri müdafiə etdiyini açıqlayıb.
Zahid Oruc isə deyib ki, Böyük Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi:
"Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən funt strerlinqin qiyməti aşağı düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, "tax-free" siyasətinə diqqətlə yanaşmaq lazımdır".
Spiker Oqtay Əsədov deyib ki, "tax free" dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?".
Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, mən də sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma".
Zahid Orucun yerdən danışması spikeri yenidən əsəbləşdirib: "Otur yerində. Sakit ol. Səviyyəni gördük. Səviyyəsiz. Sənə söz verməyəcəm".


Deputat Siyavuş Novruzov tərəfləri sakitliyə dəvət edib. O, spikerin istənilən məsələ ilə bağlı fikrini demək hüququnda olduğunu bildirib: "Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrafon söndüsə, deməli söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq".
İclasın sonunda spiker Oqtay Əsədov Zahid Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılması ilə bağlı İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib. O, komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev jurnalistlərə açıqlamasında deyib ki, Milli Məclisdə fikir ayrılıqları, mübahisələr ola bilər. "Ancaq Milli Məclis üzvünün Milli Məclis sədri ilə söz güləşdirməsi qəbuledilməzdir. Sədri Milli Məclisin üzvləri seçib. Onun vəzifəsi Milli Məclisin iclaslarını idarə etməkdir. Milli Məclis sədri deputatın mövqeyini müdafiə də edə, razı olmaya, irad bildirə bilər. Oqtay Əsədov həm də Zahid Orucdan yaşlıdır. Zahid Oruc kimi cavan deputat bu amilləri nəzərə alaraq, Oqtay Əsədovla söz güləşdirməməli, elə reaksiya verməməli idi.
A.Abıyev bu həftə ərzində İntizam Komissiyasının iclasının keçiriləcəyini nəzərə çatıdırıb. Komissiyada Zahid Orucla həmkar olaraq söhbət ediləcəyini deyən Ağacan Abiyev əlavə edib ki, 12 nəfər komissiya üzvü öz fikrini bildirəcək. "Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik. Zahid Oruc iclasa dəvət olunacaq və Milli Məclisdə sədrə qarış belə davranışının yolverilməz olduğu onun nəzərinə çatdırılacaq".

Saytda Axtarış

Son xəbərlər