Dalga Televiziyasi Azərbaycan Metanol Şirkəti məhsullarını xarici bazara çıxarmaq üçün Gürcüstanda və Türkiyədə xüsusi terminallar tikir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün879
DünənDünən1299
Bu həftəBu həftə9123
Bu ayBu ay46861
Bu günə qədərBu günə qədər7474195

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Metanol Şirkəti məhsullarını xarici bazara çıxarmaq üçün Gürcüstanda və Türkiyədə xüsusi terminallar tikir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Bakı Sərgi Mərkəzində təşkil olunmuş XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinin iştirakçılarından biri olan Azərbaycan Metanol Şirkəti (AzMeCo) ilk məhsulunu bazara çıxarmağa hazırlaşır.
Bu barədə AzərTAc-a məlumat verən şirkətin nümayəndəsi Nahid Abbaszadə bildirmişdir ki, zavod gündə 2 min ton metanol istehsal edəcəkdir. İlk vaxtlar müəssisə istehsal gücünün 60 faizi həcmində, bir qədər sonra isə tam həcmdə işləyəcək və bazara ildə 720 min tona qədər metanol çıxaracaqdır.
N.Abbaszadə qeyd etmişdir ki, istehsal olunan məhsulu dünya bazarlarına çıxarmaq üçün Gürcüstan və Türkiyədə xüsusi terminallar tikilir. Terminallar 30 min ton metanol məhsulunun saxlanılması üçün nəzərdə tutulmuşdur. Burada hər ay 60 min tondan artıq məhsulu yükləyib boşaltmaq mümkün olacaqdır.
Şirkət nümayəndəsinin verdiyi məlumata görə, ötən il Londonda keçirilmiş “Xəzər dəhlizi” konfransında (Caspian Corridor Conference) Britaniyanın BP şirkəti ilə metanolun alqı-satqısına və marketinqinə dair niyyət memorandumu imzalanmışdır.

Saytda Axtarış

Son xəbərlər