Dalga Televiziyasi Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Tbilisidə konsert proqramı ilə çıxış ediblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün589
DünənDünən1299
Bu həftəBu həftə8833
Bu ayBu ay46571
Bu günə qədərBu günə qədər7473905

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

alt

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisinin zalında konsert veriblər.

Konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bildirib ki, səfirlik və SOCAR-ın Gürcüstan nümayəndəliyi Ulu Öndərin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Bu tədbir də həmin planın tərkib hissəsidir.

Akademiyanın prorektoru Nərminə Quliyeva Azərbaycanda musiqi və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb. O, Tbilisidə belə bir tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlıq edib.

Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyevin əsərlərini və dünya klassik musiqisindən parçalar ifa ediblər.

Konsertin tamaşaçıları arasında Azərbaycan səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın Gürcüstandakı şirkətlərinin əməkdaşları, elm, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri olublar.

alt

alt

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Saytda Axtarış

Son xəbərlər