Dalga Televiziyasi Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3943
DünənDünən4900
Bu həftəBu həftə28162
Bu ayBu ay3943
Bu günə qədərBu günə qədər9016850

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan xalçaları Gürcüstanda beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan xalçaları Gürcüstanda keçiriləcək Beynəlxalq Xalça Festivalında nümayiş olunacaq.

APA-nın “Sputnik-Georgia” agentliyinə istinadən verdiyi məlumata görə, festival iyunun 28-də Tiflis Xalq Tətbiqi Sənəti Muzeyində keçiriləcək.

Festival Azərbaycan Dövlət Xalça Muzeyinin sərgisi ilə açılacaq. Ekspozisiya bir ay davam edəcək.

İyunun 30-dan iyulun 2-dək festival Axaltsixedə rayonunda Rabat qalasında davam edəcək.

Festivalda İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Türkiyə və Gürcüstanın müasir xalçaçılıq nümunələri təqdim olunacaq.

Festival çərçivəsində həmçinin yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Master-klasla yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq.

Saytda Axtarış

Son xəbərlər