Dalga Televiziyasi Rusiya təmsilçisi Kiyevdə keçiriləcək “Eurovision-2017” müsabiqəsinə buraxılmaya bilər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün570
DünənDünən957
Bu həftəBu həftə9771
Bu ayBu ay47509
Bu günə qədərBu günə qədər7474843

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiya təmsilçisi Kiyevdə keçiriləcək “Eurovision-2017” müsabiqəsinə buraxılmaya bilər

Rusiyanı Kiyevdə keçiriləcək “Eurovision-2017”də təmsil edəcək Yuliya Samoylova Ukraynaya buraxılmaya bilər.

APA-nın məlumatına görə, bunu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.

O bildirib ki, əgər bu şəxs həqiqətən incəsənət adamıdırsa, o zaman Ukrayna Rusiya nümayəndəsinin Kiyevdəki çıxışından yalnız məmnun ola bilər: “Əgər Yuliya Samoylova Krımın ilhaqını və Ukraynaya qarşı təcavüzü ictimai şəkildə dəstəkləməyibsə, burada bir problem yoxdur. Lakin əgər o, siyasi bəyanatlar verəcəksə, onun Ukraynaya girişinə qadağa qoyula bilər”.

Xatırladaq ki, Y. Samoylova Kiyevdə keçiriləcək “Eurovision-2017” mahnı müsabiqəsində “Od yanır” mahnısı ilə çıxış edəcək.

Saytda Axtarış

Son xəbərlər