Dalga Televiziyasi Leyla Əliyeva beynəlxalq forumda
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün520
DünənDünən2551
Bu həftəBu həftə11545
Bu ayBu ay520
Bu günə qədərBu günə qədər7817844

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Leyla Əliyeva beynəlxalq forumda

altOktyabrın 13-də Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının universitetin yubileyinə həsr edilmiş II Beynəlxalq forumu işə başlayıb. Tədbirdə MDBMİ-nin dünyanın 50-dən çox ölkəsindən 1 000-dən çox məzunu – məşhur dövlət xadimləri və ictimai xadimlər, tanınmış biznesmenlər, akademik dairələrin nümayəndələri iştirak edirlər. MDBMİ məzunlarının II Beynəlxalq forumunda diskussiyalar dünyada inkişafın əsas problemləri, MDBMİ məzunlarının təmsil etdikləri ölkələrdə cəmiyyətin və iqtisadiyyatın təkamülü məsələləri ətrafında aparılacaq.

ANS PRESS-in AzərTac-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDBMİ-nin ölkəmizdən olan məzunlarının böyük nümayəndə heyəti iştirak ediblər.

Forum çərçivəsində çar II Aleksandrın dövründə Rusiya xarici siyasət idarəsinin başçısı, Rusiya imperiyasının sonuncu kansleri (1867-ci ildən) olmuş Aleksandr Mixayloviç Qorçakovun abidəsinin, “Dünya MDBMİ-çilərin gözü ilə” art-sərgisinin açılışı və “Rusiya və müasir dünya: inkişaf trayektoriyası” mövzusunda plenar sessiya keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq forumu 2013-cü ilin aprelində Bakıda keçirilib. Azərbaycan MDBMİ Məzunları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilmiş və “Birlikdə gələcəyə” devizi altında keçirilən həmin forumda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva, nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri, Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Vyetnam və başqa ölkələrdən biznesmen və maliyyəçilər iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər