Dalga Televiziyasi Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel qurbanlarının xatirəsini yad edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün889
DünənDünən5197
Bu həftəBu həftə6086
Bu ayBu ay15339
Bu günə qədərBu günə qədər9028246

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel qurbanlarının xatirəsini yad edib

Bu gün Gürcüstanda 1989-cu il 9 aprel hadisələrinin 29-cu ildönümü qeyd olunur.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları hadisə qurbanlarının xatirəsini yad ediblər. Səfirliyin adından Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısında yerləşən 9 aprel qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidənin önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Gürcüstanda aprelin 9-u Müstəqilliyin bərpası günü kimi qeyd olunmaqla yanaşı, azadlıq tələbi ilə keçirilən kütləvi mitinqin qurbanları da yad edilir. Dinc mitinqin sovet qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, on minlərlə insan mənşəyi məlum olmayan qazdan zəhərlənib.

Saytda Axtarış

Son xəbərlər