Dalga Televiziyasi ATƏT PA seçkilərə müşahidəçi göndərməyəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2779
DünənDünən2993
Bu həftəBu həftə18685
Bu ayBu ay12080
Bu günə qədərBu günə qədər9673445

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ATƏT PA seçkilərə müşahidəçi göndərməyəcək

alt

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda oktyabrın 9-da keçirilək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb.

Seçki ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda keçiriləcək payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub. 

R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Bununla yanaşı, qurum payız sessiyasından iki həftə sonra – oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.


Qeyd edək ki, ATƏT PA-nın rəhbəri sentyabr ayında bir sıra ölkələrə, o cümlədən Gürcüstana səfər planlaşdırır. Azərbaycana səfər nəzərdə tutulmayıb. 

Saytda Axtarış

Son xəbərlər